5-Cİ MÜNAZİRƏ - III hissə

:

BÜTÜN POZĞUNÇULUQ VƏ SAVAŞLAR İRQÇİLİK SƏBƏBİNDƏNDİR

Bütün fitnə, fəsad, savaş və çəkişmələr, irqləri ilə öyünmələrdən və cahillik təəssübünə görədir. Almanlar deyirlər ki, “Ariya” və “Cirmin” irqi bütün irqlərdən üstündür. Japonlar deyirlər ki, ağalıq haqqı sarı dərili olan irqindir.

Avropalılar da deyirlər ki, ağ dərili olanlar böyük və üstündürlər. Ucqar Amerikada zəncilər insan haqlarından məhrumdurlar; hətta ağların kafe, kinoteatr və mehmanxanalarına girməyə belə haqları yoxdur. Bir xristian zəncinin ağların kilsəsinə girməyə haqqı yoxdur. Təəccübləndirici şey budur ki, məbəddə də bir səviyyədə oturmağa haqqları yoxdur. Zəncilərin ziyalı və alimləri ağ dərili ziyalıların elmi toplantılarında iştirak edərlərsə, məclisin arxa tərəfində oturmalı, ağ dərililərin qarşısında elmlərini izhar etməməlidirlər. Zənci olan bir ziyalı, ağ dərili gəncin qarşısında təzim edib, təslim olmalıdır. Zənci tələbələri, ağ dərililərin məktəblərinə buraxmırlar; hətta qatarın vaqonlarının arasında olan keçidə bir zənci durub qalsa da, onun ağ dərililərin boş olan vaqonlarına keçmək haqqı yoxdur. 

Qısaca desək, Amerikadakı zəncilərin öz azadlıqları üçün apardıqları mübarizəyə baxmayaraq, heyvanların cərgəsində sayılırlar. Ağ dərililər kimi mövcud imtiyazlardan yararlanmaq haqları yoxdur. (İtalyanın diktator rəhbəri Mussalini (Benito), öz təmsilçisinin beynəlxalq toplantıdan çıxmasını əmr etdi. Çünki Həbəşi zəncilərinin qatıldığı bir toplantıya onun təmsilçisinin qatılması, onun üçün bir təhqir idi. Amma İslam Peyğəmbəri (s) on dörd əsr əvvəl Həbəşi zənci olan Bilalı bağrına basıb, ona ”Ya Bilal! Bizə Quran oxu, bizi məsrur et» buyurmuşdu.” İndi əziz oxucular yolun hardan haraya fərqli olduğuna bir diqqət etsinlər.)

Lakin müqəddəs İslam dini azğın və xurafi əqidələri, 1400 il bundan əvvəl aradan aparmış və «bütün müsəlmanlar, hansı irq və qəbildən olursa-olsunlar, möhtərəmdirlər» – deyə buyurmuşdur.

Bu səbəbdən, soyum Hicazi, Qüreyşi, Haşimi və Mühəmmədi olduğuna görə, haqqı gizlətməyim və təkzib etməyim doğru deyildir. Qətiyyətlə deyirəm ki, saxta hicazlıları mərdud sayır və iranlı müsəlmanları isə sevirəm. Biz insanların qəlibnə və imanına baxırıq, zahirinə yox! 

Üstəlik, siz iranlı ğulatları heç bir dəliliniz olmadan, pak, müvəhhid və xalis şiələrlə qarışdırdınız. 

Ardı var... 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!