9-CU MÜNAZİRƏ - III hissə

:

XRİSTİANLARIN ƏQİDƏSİ

Bu ayə, xristianların nəsturiyə, milqaiyə və yaqubiyə kimi firqələrinə aiddir. Onlar da bu inancları bütpərəstlərdən və məcusilərdən götürmüşlər.

Qısaca desək xristianlar da bütpərəst və məcusilər kimi müşrikdirlər. Çünki üç əslə inanmaqdadırlar. 

Başqa bir sözlə desək, onlar üluhiyyətin Allah, Məryəm və İsanın arasında ortaq olduğunu söyləyirlər. Onlardan bəziləri Allah, İsa və Ruhul-Qüdusun ayrı-ayrı ilahlar olduğu inancnıdadırlar. Deyirlər ki, başlanğıcda ilahlar üç idilər: Ata, oğul və Ruhul-Qüdus. Sonra bu üçü bir araya gəlib, Məsih oldular.

Şübhə yox ki, əqli və nəqli dəlillərə görə, bu anlamda belə, bir ittihad imkansız və batildir. Hətta Vacibul-vücudun zatı xaricindəki varlıqlar üçün belə imkansızdır. Bu səbəblə, yuxarıda söylədiyimiz ayənin sonunda belə buyurur: «O tək bir ilahdan başqa ilah yoxdur». Yəni, bir olan Allahdan başqa, ibadətə layiq heç bir varlıq yoxdur. O xalis vəhdaniyyət mahiyyətlidir.

b) Sifətlərdə şirk

Allah-taalanın elm, hikmət, qüdrət, həyat və başqa bu kimi sifətlərini, qədim və Onun zatına zaid (yəni zatın xaricində) bilmək, sifətlərdə şirk anlamına gəlir. Əbülhəsən Əli ibn İsmail Əşəri Bəsrinin davamçıları olan Əşərilərin etiqadı belədir. Sizin böyük alimlərinizdən Əli ibn Əhməd ibn Həzm əz-Zahiri «Fəslin» ΙV cüzünün, 207-ci  səhifəsində və məşhur filosof Əndülüslü İbn Rüşd «əl-Kəşfu ən Mənahicil-Ədilləti fi Əqaidil-Milləti» kitabının 58-ci səhifəsində Allahın sifətlərinin zaid (zatından əlavə) və qədim olduğuna inandıqlarını yazmışdır.

Belə isə, əgər bir kəs Allahın sifətlərini Onun uca zatının xaricində olduğunu qəbul edirsə, yəni Allahı alimiyyət, qadiriyyət, hikmət, həyat və bu kimi sifətlərlə vəsfləndirir və bunları Allah-təalanın zatının özü olaraq bilməzsə, müşrikdir. Çünki qədimlikdə Onun üçün bənzər və bərabər edilmiş olar. Halbuki, Allah-taalanın zatının xaricində heç bir şey qədim deyildir. Allahın sifətləri Onun zatının özüdür. Məsələn, şəkər və şirinlik, yağ və yağlılıq kimi; şəkərdən şirinliyi, yağdan da yağlılığı ayırmaq mümkün deyildir; şirinlik və yağlılıq, sonradan şəkər və yağın zatına qatılan şeylər deyillər. Allah-taaladaha başlanğıcda onları şirin və yağlı olaraq yaratmışdır. Şəkərdən şirinliyi, yağdan da yağlılığı ayıra bilsək, artıq o, yağ və şəkər olmayacaqdır. 

Bax bunlar bir qrup misalardır; onları insanlara göstərib, bildirərik, ancaq elm sahiblərindən başqaları bunları anlamaz. 

Allahın sifətlərinin, Onun zatından ayrı olmadığını daha yaxşı anlaya bilmək üçün misallar mövzunun daha aydın anlaşılmasını təmin edir. Allah yəni «Alim», «Həyy», «Qadir»,  «Hakim»… deməkdir.

c) Fellərdə (əmələrdə) şirk

Həqiqət və mənada Allahı bir bilməmək, fellərdəki şirkdir. Yəni, məxluqatdan birini və ya bir neçəsini İlahi fellərdə təsirə malik, ya da onun bir hissəsi olaraq bilmək, ya da işləri yaradılışdan sonra insanlara təfviz edilmiş olaraq bilmək şirkdir. Yəhudilər belə bir inanca sahibdirlər. Onlar deyirlər:  «Allah məxluqatı yaratdı. Sonra da işləri məxluqatın ixtiyarına verib, özü kənara çəkildi». 

Çünki «Maidə» surəsinin 64-cü ayəsində yəhudilər belə pislənilir: «Yəhudilər, «Allahın əli bağlıdır» dedilər. Onların öz əlləri bağlansın! Dedikləri bu sözə görə [qoy] Allahın lənətinə gəlsinlər». 

Özlərini müfəvvizə adlandıran ğulat müşriklər, Allahın işləri imamların ixtiyarında olmasına və onların yaradıb, ruzi verməsinə inanırlar.

Kim, hansı yolla olursa olsun, Allahın fellərində istər təsir qoyan cüzi olsun, istər işləri ənbiyaya, ümmətlərə, imamlara və ya məmurların ixtiyarına verilməsi şəklində olsun, başqasını şərik bilmək qətiyyən şirkdir.

d) İbadətdə şirk

İbadətdə şirk isə budur: İnsanın ibadət etdiyi zaman zahiri görünüşünü, ya da qəlibndəki niyyətini Haqqdan (Allahdan) başqa səmtə çevirməsinə deyilir. Məsələn, namazı başqaları üçün niyyət edib qılmaq kimi. Niyyətə aid olan ibadətlərdə niyyətini Allahdan başqasına çevirən müşrikdir. Çünki Quran, «Kəhf» surəsinin 110-cu ayəsində belə bir əməli (şirki) nəhy (qadağan) edərək buyurur: «Kim Rəbbi ilə görüşəcəyinə ümid bəsləyirsə, gərək saleh əməl etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın». 

Əməl və ibadət edildiyi zaman, Allahdan başqasına yönəlməməli və peyğəmbərin, imamın ya da mürşidin üzü göz önündə canladırılmamalıdır. Yəni namaz, oruc, həcc, xumus, zəkat, nəzir, qurban və bu kimi fərz və ya sünnə ibadətlərin zahiri Allah üçün olsa, amma qəlbdə və batində Allahdan başqasının diqqətini çəkmək və ya məşhur olmaq üçün olarsa, bu şirkdir. Çünki hədislərdə, əməldə riya etməyin kiçik şirk olduğu bəyan edilmişdir. Bir hədisdə Rəsulullahın (s) belə buyurduğu nəql edilir: «Kiçik şirkdən çəkinin!» Kiçik şirkin nə olduğu soruşulduqda, O həzrət belə buyurdu: «Riya və şöhrətdir» (Şöhrət ‒ yəni etdiklərini başqalarına eşitdirmək və ya göstərməklə məşhur olmağa çalışmaq). 

Başqa bir hədisdə Rəsulullah (s) belə buyurur: «Sizin üçün qoxduğum ən pis şey, gizli şirkdir. Gizli şirkdən uzaq durun. Çünki ümmətimin içində gizli olan şirk, qaranlıq gecədə, qara daşın üstündə yavaş yeriyən qarışqadan daha gizlidir». 

Sonra o həzrət belə buyurdu: «Kim namazında, orucunda riya edərsə, müşrikdir. Kim sədəqəni riya ilə verərsə, həccə riya ilə gedərsə və riya ilə kölə azad edərsə, müşrikdir».

Hafiz: «Siz öz özünüzü ələ verdiniz. Deyirsiniz ki, insan, insan üçün nəzir deyərsə, müşrikdir. Belə isə, siz şiələr müşriksiniz. Çünki imamlara, ya da imamzadələrə hər zaman nəzir deyirsiniz. Belə bir nəzir Allahdan başqası üçün olduğuna görə, şirkdir».

Ardı var...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!