12-Cİ MÜNAZİRƏ - III hissə

:

ADSIZ ƏSGƏR MƏZARI
Qəzetlərdə, jurnallarda və ya bəzi qərb ölkələrinə gedib-gələnlər Paris, London, Berlin, Vaşiqton və başqa bu kimi şəhərlərdə «Adsız əsgər» deyə adlanan qəbirlər olduğunu söyləyirlər.

Bu qəbirlərin üzərində abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: Bu əsgər, zalımların zülmünə qarşı, vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və paltarından kim olduğu və hansı ailə və şəhərdən olduğuna dair hər hansı bir məlumat və əlamət yoxdur.
O əsgər, hər nə qədər adsız, kim olduğu bilinməməsinə baxmayaraq, qanını zalımların zülmünü dəf etmək yolunda axıtdığı üçün dəyəri vardır. Hər hansı bir dövlət adamı, baş nazir, nazir və ya dövlət məmuru o şəhərlərdən birinə səfər etsə, ehtiram olsun deyə o adsız əsgərin qəbrini ziyarətə gedər və məzarı üstünə çələng qoyarlar. Ona, milli heysiyyətlərini dünya millətləri qarşısında qorumaq üçün ehtiram göstərirlər.
İndi insaflı ağalardan soruşuram; biz müsəlmanlar 72 nəfər bilinən, tanınan, hamsı alim, abid və təqvalı olan, onlardan bəzisi isə Quran qarisi və hafizi olan, zalımların zülmü qarşısında din və tövhidi, İslam və ədaləti müdafiə etmək yolunda canlarından keçən və əksəriyyəti də həzrət Peyğəmbərin pak Əhli-beytindən olan insanları yad edən və onları ziyarət edənləri təqdir və təşviq etmək əvəzinə onlara manieə törətmək təhqir etmək təəssübkeş alimlərin təhrikləri ilə onların qəbirlərini dağıtmaq utandırıcı deyilmi?!
Hicri-qəməri 1216-cı ilin Qədiri-Xum bayramı günü Kərbəla əhalisini çox hissəsi ziyarət məqsədilə Nəcəfi-Əşrəfə səfər etmişdi. Nəcdli vəhhabilər fürsəti qənimət bilib Kərbəlaya hücum edərək müdafiəsiz zəif şiələri qətlə yetirib mallarını talan etdilər. Tövhid yolunda can vermiş İslam fədakarlarının (Yəni imam Hüseyn (ə) və onunla birlikdə şəhid olanların) müqəddəs qəbirlərini dağıdıb yerlə-yeksan etdilər!
Kərbəla əhalisindən təxminən 5 min nəfər, alim-cahil, zəif-güclü, böyük-kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam Hüseynin (ə) məqbərəsindəki xəzinələri talayıb qiymətli daşları, əntiq əşyaları apardılar. Hətta qəbirin üstündəki sənduqəni (taxta zərihi) yandırıb ondan qəhvə düzəltdilər. Bir çox insanı da əsir edib özləriylə apardılar. “İnna lillah və inna iləyhi raciun.” (Ar olsun belə bir müsəlmanlığa!)
Dünyanın bütün modern ölkələrində alimlərin, sultanların, ziyalıların, hətta adsız əsgərlərin belə ehtiramla yad edildiyi halda, müsəlmanlar, iftixarları olan insanların qəbirlərini qorumağı bir yana onları vəhşicəsinə dağıdıb talan etməkləri həqiqətən çox üzücüdür.
Hətta həzrət Həmzə kimi Ühüd şəhidlərinin qəbirlərini, Əbdülmüttəlib və Abdullah kimi həzrət Peyğəmbərin (s) ata və babalarının qəbirlərini, imam Həsən Müctəba (ə), imam Zeynəlabidin (ə), imam Baqir (ə) və imam Sadiq (ə) kimi Rəsulullahın (s) övladları və İslamın iftixarları olan digər kəslərin qəbirlərini Məkkə və Mədinədə dağıdıb yerlə-yeksan etmək sonra da özlərinə biz müsəlmanıq deyirlər! Amma öz rəhbərlərinin və sultanlarının qəbirlərinin üzərində abidələr ucaldırlar!
Sizin və bizim alimlərimiz, möminlərin qəbirlərini ziyarət etmək haqqında, onların müxtəlif hadisələrdən vaqiələrdən qorunması üçün bir çox hədislər nəql etmişlər. Rəsulullahın (s) bilavasitə özü möminlərin qəbirlərini ziyarətə gedib onlar üçün məğfirət diləyirdi.
Buna baxmayaraq,  bir qurp qara əllər, dinin adı ilə İslamın iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərini dağıdıb onlardan ən kiçik bir əlamət belə qoymurdular. Sözün qısası, deyiləsi dərdlərimiz çoxdur.

ALİ-MÜHƏMMƏD HAQQ YOLUN ŞƏHİDLƏRİ
Siz din və tövhid yolunda can verən o uca ailənin insanlarını şəhid olaraq qəbul edirsiniz, yoxsa etmirsiniz? Əgər şəhid qəbul etmirsinizsə, o zaman dəliliniz nədir? Əgər şəhid qəbul edirsinizsə, o zaman nəyə əsasən onlara ölü deyrsiniz? Görəsən, Quran; «Onlar diridirlər və Rəbbləri yanında ruzilənirlər» – deyə buyururmu?
Demək ki, Quran və hədislərin hökmü ilə onlar diridirlər, ölü deyillər. Belə isə biz ölüyə tapınmırıq, onlarla salamlaşiırıq. Əksinə biz yaşayanlarla danışırıq.
Şiələrin heç biri onları, istəklərin qəbul edilməsində əsas olaraq görmürlər, onları Allahın saleh bəndələri və Allah yanında etibarlı şəxslər olaraq qəbul edib onların vəsiləsi ilə Allaha yönəlməktədirlər. (Bu mövzuya əvvəlcədən toxnmuşduq.)
Lakin hacətlərini (istəklərini) onlara ərz edirlər. Çünki imamlar (ə) saleh və etibarlı olduqları üçün Allahdan, biz günahkar qullara inayət etməsini istəməkdədilər. Əgər şiələr, ya Əli, ya Hüseyn deyirlərsə, bu buna bənzəyir ki: Məsələn biri nəfərin padşahdan bir istəyi olur, o da padşahın vəzirinin yanına gedib, “möhtərəm vəzir lütfən mənə yardım edin!” – deyrsə, o şəxs heç bir zaman vəzirə padşah gözüylə baxmır. O, vəzirin yanına getməklə vəzirə bunu demək istəyir: “Sizin padşahın yanında etibarınız vardır, lütfən vasitəçilik edin ki, mənim bu işim düzəlsin!”
Eyni şəkildə şiələr də, heç bir zaman Ali-Mühəmmədi (s) Allah ya da Allahın fellərinin (işlərinin) şəriki olaraq qəbul etmirlər. Onları Allahın saleh qulları olaraq görürlər. Çünki onlar, ibadət, təqva və şəri riyazətlər nəticəsində, pak fitrətləri Allahın yanında xüsusi bir məqama sahib olmuşdur. Bu səbəbdən hər iki aləmdə onlara imamət, vilayət və böyük məqamlar verilmiş, Allahın izni və əmri ilə yaradılmışlar üzərində ixtiyar və rəhbərlik haqqına sahibdirlər.
Onlar, Allah-taalanın əminləri və vəkilləri olduqları üçün, istəklərimizi Allaha ərz edirlər. Əgər uyğun olarsa, istəyimiz yerinə yetirilir. Əks təqdirdə əvəzi axrətdə verilir. Biz bunları əmələn edir və nəticə də alırıq.
Bunlar, «Nə səbəbdən ölülərlə danışırsız?» sualınıza verdiyim qısa cavablardır. Bu mövzu daha geniş bir şəkildə açıqlana bilər.
Bir incə nöqtəni də nəzərinizə çatdırmaq istərdim. O da budur ki, şiələr məsum imamın məqamını, digər şəhidlərin məqamından daha üstün bilirlər. Yəni onların məqamı, başqa şəhidlər kimi sadəcə diri olduqları mövzusundan başqa bir şeydir. İmamların sadəcə diri olduqlarına deyil, onların, bunun daha böyük məqamlara sahib olduqlarına da inanmaqdadırlar.
Hafiz: «Bu cümləniz izaha ehtiyacı olan bir müəmmaya bənzəyir. Sizin imamınızın başqa imamlardan fərqi nədir? Sizin imamınız sadəcə seyid olub Rəsulullahın soyuna mənsub olmaqdan başqa hər hansı bir üstünlükləri yoxdur!
Dəvətçi: «Müəmma deyə bir şey yoxdur ortada. Ömrünüz boyu “imamət” məqamını tanımadınız və ondan uzaq düşdüyünüz üçün bu mövzunu anlamaq sizə çox çətin gəlir. Əgər təəssüb və adətlərdən kənara çıxıb elm, əql, məntiq və insafla “imamət” məqamını araşdırsanız, şiənin imamət məqamına olan inancı ilə sizin imamətə olan inancınız arasındakı fərqin nə qədər aşkar və aydın olduğunu görərsiniz.
Bu mövzunu isbat edə bilmək üçün sabahı gözləməyimiz lazımdır. Çünki bu önəmli mövzu geniş bir vaxt tələb edir. İnşaallah sabah söhbət edərik!

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!