MƏRYƏM SURƏSİNİN 96-CI AYƏSİNDƏ SÖHBƏT KİMDƏN GEDİR?

:

Əli (ə) möminlərin qəlbində
Sual: “Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
Həzrət buyurdu: “Məryəm” surəsinin 96-cı ayəsində oxuyuq:

إِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً
“İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.”
Cavab: Əhli-sünnənin bir çox hədis və təfsir kitablarında bu ayənin izahı ilə bağlı Peyğəmbərə (s) istinad edilən çoxlu sayda hədislər var. Bu, onu göstərir ki, ayə ilk növbədə həzrət Əli (ə) haqqında nazil olub.
Əllamə Zəməxşəri “Kəşşaf”, Sibt ibn Cuzi “Təzkirə” kitabında, Gənci Şafei, Qurtubi özlərinin məşhur təfsirlərində, Muhibuddin Təbəri “Zəxairul-uqba” kitabında, Nişaburi məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Süyuti “Durrul-mənsur”, Heysəmi “Səvaiqul-muhriqə”, Alusi “Ruhul-məani” kitabında bu ayənin təfsiri haqqında çoxlu sayda hədis yazıblar.
1. Sələbi öz təfsirində Bərra ibn Azibdən nəql edir ki, Allahın Rəsulu (s) həzrət Əliyə buyurdu:
قُلِ اللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً، وَ اجْعَلْ لِى فِى قُلُوبِ الْمُؤْمِنِیْنَ مَوَدَّةً، فَأَنْزَلَ اللّهُ تَعالى إِنَّ الَّذِیْنَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً
“De ki, ey Allah, mənim üçün öz yanında bir əhd müəyyən elə, mənim məhəbbətimi möminlərin qəlbinə sal.” Bu zaman “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi nazil oldu. (1)
Başqa kitablarda bu hədis bir qədər fərqli şəkildə qeyd olunub.
2. İslam dünyasına aid kitabların bir çoxunda İbn Abbasdan nəql olunur:
نُزِّلَتْ فِى عَلِىِّ بْنِ أَبِیْطالِب إِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّا قالَ: مَحَبَّةً فِى قُلُوبِ الْمُؤْمِنِیْنَ
Yəni, “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. (2)
3. "Səvaiq" kitabında Məhəmməd ibn Hənifə ayənin təfsiri barədə yazır:
لایَبْقى مُؤْمِنٌ إِلاّ وَ فِى قَلْبِهِ وُدٌّا لِعَلِىٍّ وَ لاِهْلِبَیْتِهِ
“Elə bir imanlı şəxs tapılmaz ki, onun qəlbində həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) məhəbbəti olmasın.” (3)
4. Ola bilsin ki, bu səbəbdən səhih və mötəbər bir rəvayətdə Əmirəl-möminin Əlidən (ə) belə nəlq olunub:
لَوْ ضَرَبْتُ خَیْشُومَ الْمُؤْمِنِ بِسَیْفِى هذا عَلى أَنْ یُبْغِضَنِی ما أَبْغَضَنِى وَ لَوْ صَبَبْتُ الدُّنْیا بِجَمّاتِها عَلَى الْمُنافِقِ عَلى أَنْ یُحِبَّنِى ما أَحَبَّنِى وَ ذلِکَ أَنَّهُ قُضِىَ فَانْقَضَى عَلى لِسانِ النَّبِىِّ الاْ مِّىِّ(صلى الله علیه وآله) أَنَّهُ قالَ لایُبْغِضُکَ مُؤْمِنٌ وَ لایُحِبُّکَ مُنافِقٌ
”Əgər bu qılıncımla (qılıncın qəbzəsi və arxası ilə) mənə düşmən olsun deyə möminin burnuna vursam, heç vaxt düşmən olmayacaq. Məni sevsin deyə bütün dünyanı (nemətlərini) münafiqə versəm, sevməyəcək. Bu, ona görədir ki, Peyğəmbər (s) qəti bir hökm kimi mənə buyurdu: Ey Əli! Heç bir mömin sənə düşmən olmaz və heç bir münafiq sənin məhəbbətini qəlbində yerləşdirməz.” (4)
5. İmam Sadiqə (ə) aid bir hədisdə oxuyuruq:
“Peyğəmbər (s) namazının sonunda camaatın eşidə biləcəyi uca bir səslə Əmirəl-möminin Əli (ə) üçün belə dua etdi:
” أَللّهُمَّ هَبْ لِعَلِىٍّ الْمَوَدَّةَ فِى صُدُورِ الْمُؤْمِنِیْنَ، وَ الْهَیْبَةَ وَ الْعَظَمَةَ فِى صُدُورِ الْمُنافِقِیْنَ فَأَنْزَلَ اللّهُ إِنَّ الَّذِینَ آمَنُوا... ”
“Ey Allah, Əlinin (ə) məhəbbətini möminlərin qəlbində yerləşdir, onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal!”
Bu zaman sözügedən ayə nazil oldu.

Hazırladı: Qahir Vaqifoğlu
Makarem.ir

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!