YA MUSTAFA (s) YA MÜCTƏBA (ə)!

:

Salam olsun mərhəmət və eşqin xətminə! Salam olsun nurlu qədəmləri ilə bəşəri cahillikdən hidayət yoluna çəkdi!
Bu gün ərşin mələkləri peyğəmbərlər sonuncusu həzrət Muhəmməd Mustəfanın (s) vəfatına ağlaşır. Aşiqləri göz yaşları içində qəm mərsiyəsi zümzümə edir. İlahi! Biz də aşiqlərilə birlikdə həzrətin vəfatına qəmlənirik və Səndən diləyirik bizi də o həzrətin aşiqlərindən, dostlarından qərar ver!

Hicrətin on birinci ilidir. Mədinənin küçələrini ölüm sükutu bürümüş və Peyğəmbərin (s) pak bədəni xəstəlik yatağında dincəlir, son dəqiqələr sürətlə ötüb keçirdi. Aləmlərə rəhmət olan peyğəmbər gah gözlərini çətinliklə açır, bir qədər sonra yenə yumurdu. Soyuq tər alnını bürümüşdü. Bu an ölüm halı o həzrətin mübarək üzündə görsəndi və mübarək başı həzrət Əlinin (ə) dizi üzərində olan halda canını tapşırdı. Hamımız Allahdanıq və Ona doğru qayıdacağıq.
Tarix yazarlar Əhli-Beytin (ə) hədislərinə əsasən həzrət Peyğəmbərin (s) vəfatını bazar ertəsi səfər ayının 28-də qeyd etmişdir. Nəql olunur ki, imam Əli (ə) Peyğəmbərin (s) vəsiyyətinə əsasən gözləri yaşlı o həzrətin qüsl və kəfənləmə işləri ilə məşğul olur və bu sözlərlə Peyğəmbərin (s) ayrılığına sakitlik tapırdı.
Atam anam sənə fəda olsun ey Allahın Rəsulu! Sənin ölümün ilə elə bir kök kəsildi ki, sənin ölümündən başqa bu cür birləşmə olmamışdır. Sənin ölümünlə Peyğəmbərlik kökü kəsildi və asimani mesajlar qırıldı.
İmam Həsənin(ə) şəhadəti
O həzrətin ömrü altmış üç il idi. Qırx yaşında peyğəmbərlik məqamına çatdı, on üç il Məkkədə yaşadı və hicrətdən sonra on il də Mədinədə yaşadı.
Hicrətin üçüncü ilinin ramazan ayının ortasında Əlinin (ə) və Fatimənin (s) ilk ciyərparəsi həzrət Həsən (ə) dünyaya göz açdı. Ata anası körpənin ad qoymasını həzrət Peyğəmbərə (s) tapşırdı və həzrət də Allahın əmrini gözlədi və həzrət Cəbrail nazil olaraq, Allahın əmrini gətirdi: "Allah salam göndərir və buyurur ki, körpənin adını Həsən qoy!"
İmam Həsən əleyhissalam ən məzlum məsumlardan biridir. Hələ yeddi yaşında ikən əziz cəddi həzrət Peyğəmbəri (s) itirdi. Peyğəmbərin (s) vəfatı ilə onun məzlumiyyəti və qürbəti başlandı. Uşaqlıq dövrünü babası və anasını itirmək qəm-qüssəsi ilə başa vurdu və cavanlıq dövrünü isə atasının gözündə tikan, boğazında sümük qalan kimsə kimi səbr edərək haqqının qəsb olunması və nəhayət məzlumcasına arxadan başından zərbə alaraq şəhid olmasını görərək sona yetirdi. İmam Həsən Müctəba əleyhissalam İmamət dövrünü isə xilafət, özünün açıq aydın haqqı olmasına baxmayaraq əlindən alınması ilə başa vurdu.
O həzrətin uzaqgörən addımları və səyləri məlun Müaviyənin batil və qəsbkar olduğunu açıb ağardaraq rüzvay etdiyi üçün o məlun həzrət İmam Həsəni terror edərək zəhərlə ölürtdü. O həzrətin məzlumiyyəti o həddə idi ki, onun dəfni zamanı mübarək cənazəsi oxlandı.

Əziz və dəyərli izləyicilərimiz. Aləmlərə rəhmət Həzrət Muhəmməd (s) peyğəmbərin və əziz nəvəsi İmam Həsənin (ə) şəhadəti münsasibəti Həzrət İmam Zaman (əc) və rəhbərimiz Ayətullah Xamenei cənabları öndə olmaqla hamınıza dərin hüznlə başsağlığı verir Uca Allahdan Həzrətlərin layiqli davamçısı olmağımızı diləyirik.

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , İMAM HƏSƏN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!