KƏBƏ ÖZÜ QUCAQ AÇDI BU GÜN MÖVLAYA

:

Salam olsun sənə ey möminləri izzətli edən, kafirləri zillətə salan Mövlam (ə)!

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

HƏZRƏT ƏLİNİN (Ə) MÖVLUDUNDAN ÖNCƏKİ GÜNLƏRDƏ BAŞ VERƏN HADİSƏLƏR

1. Həzrət Əbdul Mütəllib (ə) buyurur: Yuxuda gördüm ki, mənim belimdə bir ağac bitib ki, onun hündürlüyü göylərə çatır və budaqları isə şərqdən qərbə kimi yayılıb. O ağacdan bir nur qalxır ki, günəşin nurundan yetmiş dəfə çox nurludur. Gördüm ki, ərəblər və əcəmlər onun müqabilində səcdəyə düşmüş və günü güdən onun nuru çoxalır. Sonra Qüreyşdən olan bir dəstə onu kəsmək istədiyini gördüm. Elə ki, o ağaca yaxınlaşıb onu kəsmək istədikdə gözəl simalı və pakizə bir cavanın onların paltarından tutub belini sındırdığını və gözlərini çıxardığını gördüm. 
Yuxu yozan dedi: Sənin sülbündən bir övlad dünyaya gələcək ki, şərq və qərbə malik olub camaat üçün vəhy gətirəcək. 
Həzrət Əbdül Mütəllib həzrət Əbu Talibə (ə) dedi: bax bəlkə sən olasan (yəni bu ağacı müdafiə edən cavanın atası bəlkə sənsən).
2. Həzrət Fatimə (s) binti Əsəd (İmam Əlinin (ə) iffətli anası), Peyğəmbər (s) dünyaya göz açanda həyat yoldaşı Əbu Talibin yanına gəlib buyurdu ki, Peyğəmbər (s) doğulanda həzrət Aminə (s) Fars torpaqları və Şamın qəsrlərini uzaqdan gözü ilə görüb. Həzrət Əbu Talib (ə) buyurdu: bu məsələdən təəccüblənmisən? Otuz il səbr et səni o övlad kimi bir övladla müjdələyirəm fərqi yalnız peyğəmbər olmamasındadır! Səni hamilə olacaqsan və onun canişini və vəzirini dünyaya gətirəcəksən!
3. Həzrət Fatimə (s) binti Əsəd deyir: dualarımın birində Allahdan bir hacət istədim və ərz etdim: Pərvərdigara! Mənə bir oğlan övladı əta et ki, Muhəmmədin (s) qardaşı və vəziri olsun. 
4. Həzrət Əbu Talib və Fatimə binti Əsədin övladı olmurdu: Buna görə də Peyğəmbəri (s) öz himayəsinə öz ohdəsinə aldılar. 
Peyğəmbər (s) Fatimə binti Əsədin ana olmaq istəyini anlamışdır və ona görə buyurdu: Ana can! Xalis niyyətlə Allah üçün bir qurbanlıq kəs və kimsəni onda şərik etmə. Allah onu səndən qəbul edib hacətini yerinə yetirəcək.
Fatimə binti Əsəd İxlasla qurban kəsib Allahdan istədi ki, bir oğul övladı ona əta etsin. 
Mənbə: Məhəllati, seyid Haşim, İmam Əlinin (ə) həyatı, Tehran, Elmiyyəye İslami nəşriyyatı.

Övladlarını Allah üçün sevən və onlara Allaha görə mehriban olan, övladlarının müxtəlif istəkləri müqabilində təvazökarlıqla səbr edən atalara təqdim edirik:

Atacan! Sənin haqqında yazmaq istədim, sənə Yədullah (Allahın qüdrəti) demək istədim gördüm Yədullah Əlidir. Gecələr çörək gətirənimsən demək istədim Əlini gördüm, Eşq bəsləməkdə ixlasından yazmaq istədim ruhunu hər tərəfdən axtardımsa Əliyə çatdım. Bu zaman anladım ki, sən Əlinin günəşindən ayrılmış bir nursan ki, hər bir evə nur saçırsan. Məhz bu cür olduqda bildim ki, Allahın və Peyğəmbərin (s) nümayəndəsi olan Əlinin (ə) şiəsisən. Atacan eşq dolu bir dəstəmaz alıb anlımı torpağa qoyub aləmlərin Rəbbi olan Allaha şükr edirəm ki, sənin kimi təmiz bir insan və həqiqi şiənin övladıyam. Atacab aşiqanə səni sevib əllərindən öpürəm. Atalar günü bütün mehriban və zəhmətkeş atalara mübarək olsun.
  Əziz və hörmətli izləyicilərimiz. 2017-cı il aprel ayının 11-i, on bir imam atası həzrət Əmirəl-Mömin imam Əlinin (ə) mübarək təvəllüdü və atalar günü münasibətilə hamınızı məxsusən ataları təbrik edir uca Allahdan sizlərə bu mübarək günə xatir dünya və axirət səadəti nəsib etməsini diləyirik.

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!