ABİDLƏRİN ZİNƏTİ HƏZRƏT SƏCCAD(Ə)IN TƏVƏLLÜDÜ MÜBARƏK!

:

Hicrətin 38-ci ili Müqəddəs Mədinə şəhərində dünyaya göz açan şiələrin dördüncü imamı Əli ibni Hüseyn (ə), həm Kərbəlanın şahidi və həm də inqilabın qoruyucusu idi.

Şaban ayının 5-i Mövla İmam Səccad əleyhissalamın doğum günüdür. Göyün mələkləri İmam Hüseynin (ə) ziyarətinə gələrək təkbir sədaları altında təbriklər söyləyir. Həzrət Hüseynin (ə) qucağında nurlu körpə atasını və asiman mələklərini salamlayır və nuru imam Hüseynin (ə) nuruna qarışır, necə deyərlər nur üzərinə nur yağır sankı.

Əbul-Həsən və Əbu-Muhəmməd İmam Səccadın (ə) künyələrindən məşhurlarıdır. O Həzrət (ə) üçün tarixi mənbələrdə Zeynul-abidin, Seyyidus-sacidin, Seyyidul-abidin, Zeynus-salihin, Varisu-elmin-nəbiyyin, Vəsiyyul-vəsiyyin, Minarul-qanitin, Xaşi, Əl-muctəhiduz-zahid, Əl-abid, Əl-buka, Əs-Səccad, Əz-Zəki və Əmin ləqəbləri yer almışdır.

Allaha bəndəlik və xalis ibadət Həzrət Zeynul-abidini (ə) izzətin yüksək zirvəsinə ucaltmışdı. Düşmənlər onu alçatmağa çalışsalar da, Onun hörməti artmaqda idi. Əbdul-Malik ibn Mərvan deyir: “Zeynul Abidin əzəmət və şəxsiyyət baxımından olduqca yüksək məqamda idi. Onu nə qədər təhqir və kiçiltmək istəyirdilərsə izzəti daha da yüksəlir və şərəfi daha da artırdı”.

İMAM SƏCCAD (ə) VƏ "ZEYNUL-ABİDİN" LƏQƏBİ
İmam Səccad əleyhissalam gecələrin birində mehrabda namaza durmuşdu. Şeytan, Həzrətin gözündə böyük bir ilan şəklində cilvələndi. Məqsəd İmamın diqqətini ibadətdən yayındırmaq idi. İmam Səccad (ə) əsla ona əhəmiyyət vermədi. Şeytan, İmam Səccadın (ə) ayaq barmağını sancdı. İmam (ə) yenə də namazına davam etdi. Mövla namazdan sonra üç dəfə belə bir səs eşitdi: “Əntə Zeynul-Abidin! – Sən abidlərin zinətisən!”. Bundan sonra həmin ləqəb İmam Səccada (ə) məxsus oldu.

İmam Sadiq əleyhisssalam cəddi Allahın Rəsulundan (s) nəql edir: “Qiyamət günü carcı car çəkər ki, “Zeynul-Abidin haradadır?” Mən sanki Əli ibni Hüseyni (İmam Səccadı) görürəm ki, camaat arasında qürurla və başı uca yol gedir”.1

İmam Səccad əleyhissalamın mübarək doğum günü münasibətilə öncə ağamız Mövla Sahibəzzamanı (əc) və bütün haqqsevərləri təbrik edir Uca Allahdan iman əhlinə dünya və axirət səadəti arzulayırıq.

İMAM SƏCCAD (Ə) HAQQINDA ƏTRAFLI MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN

İMAM ZEYNÜLABİDİN(ə)İN HƏYATI - I hissə

İMAM ZEYNÜLABİDİN(ə)İN HƏYATI - II hissə

İMAM SƏCCADIN PEYĞƏMBƏR (S) HAQQINDA ETDİYİ DUA

İMAM SƏCCADIN (Ə) HACƏTDƏN ÖNCƏ OXUDUĞU DUA


1. Muntəhəl-Amal, səh. 739 / İləluş-Şərai, bab 165, səh. 33 / Mənaqib, c. 3, səh. 304

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM SƏCCAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!