7-Cİ MÜNAZİRƏ - III hissə

:

KİYSANİYYƏ (yaxud Keysaniyyə) FİRQƏSİ

İkinci firqə, kiysaniyyə firqəsi idi. Bu firqənin mənsubları, həzrət Əlinin (ə) azad etmiş köləsi olan Kiysanın (Keysan) əshabından sayılırdılar. Onlar həzrət Əlinin (ə) Həsən və Hüseyndən (ə) sonra böyük oğlu olan Məhəmməd Hənəfiyyənin imamətinə inanırdılar.

Lakin cənab Məhəmmədin belə bir iddiası yox idi. Əksinə, ona “seyyidüt-tabein” (tabe olanların ağası) deyirdilər. Elm, zöhd, təqva və imamın əmrinə itaət etməkdə məşhurdur.

Bəzi azğınlar, onun imam Zeynəlabidin (ə) ilə müxalifət etmə hadisəsini bəhanə edərək, bunun Kisanın imamətliyinə bir dəlil olmasını iddia edirdilər. Həqiqətdə bu hadisə, imaməti iddia etmək məsələsi deyildi. Cənab Məhəmmədin məqsədi, dördüncü imam həzrət Səccadın (ə) məqamını isbat etmək və bu yolla hər şeydən xəbərsiz və saf müridlərinə özünün bu məqama layiq olmadığını bildirmək idi.

Çünki hədis və tarix kitablarında təfərrüatlı bir şəkildə nəql edilmişdir. Məscidül-Həramda “Həcərul-əsvəd” qarşısında haqq sabit olduqdan sonra Həcərul-əsvəd həzrət Səccadın (ə) imamətliyinə iqrar etdi. O cənabın imamətliyinə inananların önündə gələn Əbu Xalid Kabuli, Məhəmməd Hənəfiyyənin imamətliyinə inanan bir qrup camaatla bərabər, cənab Məhəmməd Hənəfiyyəyə təslim olaraq, imam Səccadın (ə) imamətliyini etiraf etdilər. 

Lakin bir qrup saxtakar və hər şeydən xəbərsiz cahil avamlar, o inanca bağlı qalmadılar. Onlar bəhanə gətirərək deyirdilər: «Məhəmməd təvazökarlıq göstərmişdir və Bəni-Üməyyə qarşısında siyasət belə tələb edirdi; buna əsasən, cənab Məhəmmədin imam olması qətidir». 

Bunlar Məhəmmədin vəfatından sonra da eyni inanc üzərində sabit qaldılar; Onlar «Cənab Məhəmməd ölməmişdir, o Mədinə yaxınlığında Rəzəvi dağında qeybə çəkilmişdir, bir zaman gəlib dünyanı ədalətlə dolduracaqdır» deyirdilər. Daha sonra dörd firqəyə ayrıldılar: «muxtariyyə, kərbiyyə, ishaqiyyə, hərbiyyə». Hal-hazırda belə bir inancın ardıcıları qalmamışdır.

Ardı var... 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!