SƏN PEYĞƏMBƏRƏ (S) HAMIDAN ÇOX OXŞAR İDİN

:

Cavanlıq ömrün baharı və sıçrayış fəslidir. İnsan ömrünün heç bir dövrü cavanlıq dövrü qədər şad və xürrəm keçmir. Heç bir insan da cavanlıqda olduğu qədər enerjili və güclü olmur.

Gənclik neməti - insan ömrü tək ona yalnız bir dəfə verilir. Bu fürsət təkrar olmadığı üçün ondan səmərəli istifadə etməyənlər anladıqda çox peşman olurlar. “Cavanlıq fürsəti” ən qızıl fürsət və nadir gövhərdir. İmanlı şəxs üçün gəncliyi yalnız əyləncələrdə və xoşgüzəranlıqda keçirmək, heç də cavanlıqdan səmərəli istifadə etmək mənasında deyil. Necə ki, İmam Əli (ə) buyurur: "Ləzzətlərin bir gün gedəcəyi və yerinə peşmançılığın qalacağı yadınızda olsun".

Ləzzətlərlə yaşamaq həmişə insanı xoşbəxt edə bilməz. Bir gün arxaya baxıb ömrümüzü təbah etdiyimizi görə bilərik. Gəncliyin qədrini bilən insanlar tarixdə çox olsalar da onlardan ən yadda qalanı isə əziz Peyğəmbərimizə (s) həm zahiri baxımdan, həm də əxlaqi baxımdan çox oxşayan İmam Hüseynin (ə) Kərbəlada İslam uğrunda canından keçən və ilahi imtahanı ən ali qiymətlə başa vuran cənab Əli Əkbər-əleyhissalam-dır. O, öz cavanlığında haqq və ədalət uğrunda canını fəda edərək bütün cavanlara örnək oldu və beləcə də şərafətli adını tarix səhifələrində əbədiyyət üçün həkk etdi.

Şaban ayının 11-i, Hz. Əli Əkbərin mövlud gününü imanlı cavanlar - MÜSƏLMAN GƏNCLƏR GÜNÜ - kimi qeyd edirlər.

www.Rizvan.net saytının əməkdaşları Əli Əkbər əleyhissalamın mübarək təvəllüdü - "Cavanlar günü" münasibətilə müsəlman xalqımızı və məxsusən qeyrətli cavanlarımızı təbrik edirlər. Əl açıb Uca Allahdan Azərbaycan cavanları üçün bərəkətli ömür, yeni-yeni maddi və mənəvi nailiyyətlər diləyirik.

Bayramın mübarək, ey cavan!


Əlavə məlumat:
HƏZRƏT ƏLİ ƏKBƏRİN (S) HƏYATINA QISA BAXIŞ

Tags: ƏHLİ-BEYT (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!