AND OLSUN KƏBƏNİN RƏBBİNƏ NİCAT TAPDIM

:

Ramazan ayının iyirmi biridir. Məsciddən sübh azanının sədası ucalır. Sən ey Allahın aydın dəlili və ey Allahın tərif etdiyi ən mənalı əsəri. Azan səsi gəlir kimsə səni səsləyir. Azan səsi gələndə sənin and olsun Kəbənin Rəbbinə nicat tapdım səsin azan səsinə qarışır.

İnna ənzəlnahu fi ləylətill Qədr oxuyarkən ixtiyarsız olaraq kimsəsizlik göz yaşları üzümüzə axır. Kaş ki, Ramazan ayınn iyirmi birinci günəşi doğmazdı, kaş ki, zamanın ayağı sınardı. Sabah Əli (ə) əbədiyyətə qovuşur və günəş kimi vücudu zamanın gərdişində gizlənir. Sabahdan Əli (ə) insanlar arasında görünməyəcək.

Əli (ə) yoxdursa cahillik insanların vücudunu bürüyəcək. Əli (ə) yoxdursa xurafatlar cəmiyyəti ağuşuna alacaq. Əli (ə) yoxdursa haqqın məzhəri pünhan olacaq. Əli (ə) yoxdursa haqq sevərlər qəm qüssə içində ömürlərini keçirəcək. Əli (ə) yoxdursa yetimlər yenidən bir daha yetim qaldı. Əli (ə) özü göyün mələklərini seyr edərək görür ki, mələklər onun yoxluğuna ah-nalə edirlər.

Əziz mömin qardaş və bacılarımız. Ədalət carçısı, müttəqilərin və möminlərin əmiri həzrət Mövla Əli əleyhissalamın şəhadət günü münasibəti ilə əza sahibi həzrət Sahibəzzamana (əc) və cənab Ayətullah Xamenei başda olmaqla hamınıza başsağlığı verir və hamımıza Uca Yaradandan o həzrətə layiq şiə olmamızı arzu edirik. Başınız sağ olsun.

İMAM ƏLİNİN (ə) HƏYATI HAQQINDA GENİŞ MƏLUMAT AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN

İMAM ƏLİNİN (ə) HƏYATI - 1

İMAM ƏLİNİN (ə) HƏYATI - 2

İMAM ƏLİNİN (ə) HƏYATI - 3

İMAM ƏLİNİN (ə) HƏYATI - 4

İMAM ƏLİNİN (ə) HƏYATI - 5

İMAM ƏLİNİN (ə) HƏYATI - 6

İMAM ƏLİNİN (ə) HƏYAYI - 7

İMAM ƏLİNİN (ə) HƏYATI - 8

 

 

Tags: İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!