HƏZRƏT İMAM CAVAD(Ə.S)DAN GÖZƏL BİR HƏDİS

:

Bağışlayan və mehriban Allahın adı ilə
Mömin insanın malik olması gərəkən üç xüsusiyyət

İmam Cavad (ə) buyurur: Mömin üç xüsusiyyətə malik olmalıdır: Allah-Təalaya təvəkkül etməli, daxilində olan ağıl və vicdan agahlığına önəm verməli və ona nəsihət verənin xeyirli məsləhətini qəbul etməlidir.

قال امام جواد علیه السلام: اَلمُؤمِنُ یَحتاجُ إلی ثَلاثِ خِصالٍ: تَوفیقٍ مِنَ اللهِ، وَ واعِظٍ مِن نَفسِهِ وَ قَبُولٍ مِمَّن یَنصَحُه.تحف العقول، ص 457 

"Allah-təalanın tofiqini qazanmaq"
"Tofiq" məqsədə yetişmək üçün, bütün səbəblər, amillər və istəkləri təmin etmək bir-birinə uyğunlaşdırb əlaqələndirildikdə əldə edilir. Tofiqin bünövrəsi yalnız Allah-Təala tərəfindən qoyulur.
İlahi peyğəmbər (s)-lər Allah-Təala tərəfindən onlara verilən missianı, yəni bəşəri hidayətə qovuşdurmaları üçün onları seçməsi, İlahi tofiqə nail olmalrını vurğulamışlar. Bu səbəbdən dolayı, insan İlahi tofiqə və səbəblərin fərahəm olmasında yalnız Allah-Təalaya pənah aparmalı və ona təvəkkül edib, etimad bəsləməlidir, çünki bütün amillər onun iradəsiylə gerçəkləşir.
"Daxildə olan ağıl və vicdan agahlığı"
Ağıl və vicdan, insana yol göstərən batini bir çıraq olduğundan dolayı, yaxşılıqları və doğruluğu ona nişan verir və əgər xoşagəlməz işlər görsə onu məzəmmət edər. Rəvayətlərdə buyurulur: Batini vəkil və agahlığı olmayan şəxs, başqalarının nəsihətinə çox fikir verməz. Batini agahlığın oyanması və vicdanın aktivləşməsi insanın islah olmasında və onun günah etməsinin qarşısını almasında böyük rol oynayır.
"Xeyirli məsləhəti qəbul etmək"
Məsləhət bu hədisdəki üçüncü tələbdir. Təvazökarlıq budur ki, bir kəs sizi xeyirxahlıq üzündən nəsihət edib qınayarsa, onun xeyirli məsləhətlərini qəbul edəsiniz. Məlumatlandırıcı məsləhətlərə və şəfqətli xəbərdarlıqları qəbul etmək, müdrikliyin və düşüncəli insanların əlamətidir. İşlərində müvəffəq olmağı bacaran kəslər, vicdan işığını batinində nurlu saxlayan, başqalarının xeyirli məsləhətlərinə qulaq asıb və qəbul edən kəslərdir.
 İmam Cavad (ə)-ın şəhadəti münasibəti ilə həzrət İmam Zamana (əc) və bütün müsəlmanlara başsağlığı veririk.

Mənbə: "Biharul-Ənvar", Cild.75, Səh.358
Hazırladı: Rəsul Mahmudzadə

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!