İMAM CAVADIN (Ə) TƏVƏLLÜDÜ MÜBARƏK

:

O kiçik yaşlarında imamət məqamına çatdı

Adı “Muhəmməd” və künyəsi “Əbu Cəfər” olan doqquzuncu imamımız həzrət İmam Muhəmmədi Təqi (ə), Təbrəsinin “Elamul Vəra”1 kitabında qeyd etdiyinə əsasən hicrətin 195-ci ili Rəcəb ayının 10-da dünyaya göz açmışdır. Bəziləri isə o həzrətin doğum tarixini Ramazan ayında qeyd etmişdir.2  O həzrətin anası xanım Səbikə adlı iffətli bir qadın idi ki, əxlaqi fəzilətdə üstün bir məqama yetişmişdir və həmçinin öz dövründə ən üstün xanım idi. Hətta İmam Rza (ə) o xanımı pak, fəzilətli kimi yad edir.3

İmam Cavad (ə) atası şəhid ediləndə 8 yaşı və öz şəhadətə çatanda isə 25 yaşı var idi və Bağdadın Qüreyş qəbristanlığında cəddi İmam Kazımın (ə) qəbri kənarında dəfn edildi.
İmam Cavad (ə) yetkinlik dövründə öz dövrünün ən alim şəxsi idi. Camaat yaxından və uzaqdan onun yanına gəlib elmi problemlərini onun vasitəsi ilə həll edərdi.
İmam Cavadın (ə) elmi haqqında Peyğəmbər (s) ailəsini sevən və sevməyən alimlərin nəzərlərini qeyd edirik:
İbn Həcər Heysəmi “Səvaiqul-Muhərrəqə” kitabında belə deyir: Məmun onu öz kürəkəni seçdi çünki az yaşı olmasına baxmayaraq elm və helmi baxımdan bütün alimlərdən üstün idi.
Şəblənci “Nurul-Əbsar” kitabında gətiribdir: Məmun ona çox heyran olmuşdu, çünki az yaşı olmasına baxmayaraq öz fəzilət, elm və kamalı ilə əzəmətini aşkar etmişdi.
Cahiz Mötəzili Osmani, İmam Əli (ə) və ailəsinin düşmənlərindən olmasına baxmayaraq bu həqiqəti etiraf edirdi ki,  imam Cavad (ə) Əbu Talib övladlarından on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onların hər biri alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Ərəb ailələri arasında heç bir ailə şiə imamları kimi şərafətli deyil.4
Əziz və dəyərli izləyicilərimiz! Doqquzuncu imam həzrət İmam Cavadın (ə) mübarək mövludu münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir Uca Allahdan hamınıza o həzrətə ləyaqətli şiə olmanızı arzu edirik.

Diqqət! İmam Cavadın (ə) həyatı haqqında ətraflı məlumatı aşağıdakı linklərdən əldə edin

İMAM CAVADIN (Ə) HƏYATI - 1

İMAM CAVADIN (Ə) HƏYATI - 2

İMAM CAVADIN (Ə) HƏYATI - 3

İMAM CAVADIN (Ə) HƏYATI - 4


1 - Təbrəsi, “Elamul Vəra”, s344
2 - Usuli-Kafi, c1, s492.
3 - Məs`udi, İsbatul-Vəsiyyə, s209.
4 - “Sireye Pişvayan”, Mehdi Pişvai, İmam Sadiq (ə) müəssisəsi, Qum, 1381-ci şəmsi ili, s55.

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!