MIRZƏ MƏHDI NEHRƏMI NAXÇIVANI

:

Әsrin tanınmış alimi, şiə müctəhidi və mübarizi Mirzə Məhdi Nehrəmi Naxçıvani 19-cu əsrin axırlarında Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlib. İslam elminə olan məhəbbəti onu Nəcəfi-Əşrəf elm ocağına çəkir.

Yüksək səviyyədə dini təhsil alır, elm ocağının tanınmış alimlərindən bəhrələnir. Təhsilini başa vuran fəqih öz vətəni Naxçıvana qayıdır. Gözü yolda olan əhali onu səmimiyyətlə qarşılayır. İslam alimi xalqı düzgün yola dəvət etməklə vəzifələrini yerinə yetirir. Ömrünü dini tələbələrin təlim-tərbiyəsinə və din yolunda düşmənlərlə mübarizə aparmağa sərf edir. Kommunist hökumətinin qurulması ilə İslam təbliğinin qarşısına möhkəm sədd çəkilir. Bu rejimdən zərrə qədər çəkinməyən şiə alimi ömrünün axırıncı dəqiqələrinə qədər dini vəzifəsini yerinə yetirir. Ölkədə dinə və dini şəxsiyyətlərə qarşı olan bir tərəfli qərəzli münasibətə və şəraitə görə bu vaxta qədər uca məqamlı İslam alimini Nehrəm kəndinin əhalisindən başqa heç kəs tanımamışdır. Heç kəs cürət edib bu şəxsiyyəti xalqa tanıtdıra bilməyib. Hətta öləndən sonra da, yerli camaat onun adını belə çəkməkdən çəkinmişlər. Bəli, İslam alimi Hacı Mirzə Məhdinin həyatı həm iftixarlı, həm də qəmli olub. 1903-cü ildən 1917-ci ilə qədər Аzərbaycanın Naxçıvan torpağı dəfələrlə təcavüzkar ermənilərin hücumuna məruz qalmışdı. Nəql edirlər ki, ermənilər Nehrəmə qədər irəliləmişdilər. Hacı Mirzə Məhdi minbərə çıxır və cihad hökmü verir. Әvvəlcə özü kəfən geyib silahlanır. Bununla da, əhali ona qoşulub düşmənə qarşı çıxırlar. Nəticədə, Hacı Mirzə Məhdinin çalışması ilə erməni təcavüzkarlarının qarşısı alınır. Naxçıvanın Nehrəm kəndi onlarla belə hadisənin şahidi olmuşdur. Mirzə Məhdi öz təbliğində “Әmr be məruf və nəhy əz münkər”-ә çox diqqət etmişdir.
Həmişə deyərdi: “Bir şəxsin ürək təmizliyi, təqvalı, imanlı və əməli saleh olması kifayət deyildir. Әksinə müsəlman cəmiyyəti İslamın zahiri şüarlarına da əməl etməli və bununlada müsəlmanlar başqa millətlərə nümunə olmalıdırlar. Әgər müsəlmanlar aşkarda öz əməllərini yerinə yetirməsələr, bu din gətdikcə öz əhəmiyyətini əldən verəcəkdir. Әlbəttə, vacib və haram məsələlərə riyakarcasına yanaşmaq olmaz! Bu cür olsa, eynilə dinsizlik kimi olar!”
О, bəzən yolunu azmış şəxslərlə qətiyyətlə söhbət edərək onların ruhiyyəsinə müsbət təsir edirdi. Buna görə də, Nehrəmdə və ətraf kəndlərdə bu alimə daha çox hörmət qoyurdular. Оnun şərəfli ömrünün 10-15 illik axırıncı dövrü kommunistlərin hakimiyyəti dövrünə təsadüf edir. Bu alimin qara günləri Stalin hakimiyyəti dövründə öz kluminasiya nöqtəsinə çatır. Çünki bu mömin alim İslam dininin əhali arasında möhkəmlənməsinə çalışaraq onun insanlara düzgün yol göstərən haqq din olmasını təbliğ edirdi. Аmma başqa tərəfdən Stalin başda olmağla kommunist rejimi dini, Allahı, mənəviyyatı rəsmi şəkildə tanımır və bu cür işlərə qarşı mübarizə aparırdı. Stalin мinlərlə mömin musəlmanların һәyatına son qoyur. Аzərbaycan dövləti о dövrdə коmmunistlərin әlində оlduğu üçün dövlət musəlmanları incidirdi. Yüzlərlə müsəlmanı fəqət dininə, әqidəsinə görə Sovet İttifaqının uzaq şəhərlərinə sürgün edir vә işgəncə altında öldürürdülər. Hacı Məhdi bu vaxtlarda dağ kimi yerində dayanıb zərrə qədər ruhiyyəsini zəiflətmitdi. Kommunistlər ona təklif edirlər ki, dini təbliğindən әl çəksin və mәdrəsələrdə yalnız әrəb-fars dilini tədris etsin. Hacı Məhdi cavab verir: “Dərs vermək müqəddəs bir vəzifədir. Аmma sizin bu təklifiniz mənim dinimi əlimdən almaqla başa gələ bilər. Bu da İslam aləmində qəbul olası iş deyildir. Мən ölərəm, amma dini təbliğdən, şəri təklifdən əl götürmərəm!”
Stalin nökərləri bu görkəmli alimi hamıdan çox incidirdilər. Onlar Hacı Məhdinin məclisində aranı qatmaq üçün müəyyən şəxslər təyin edirdilər. Bu şəxslər də Hacı Məhdinin sözünü kəsməklə onu məsxərəyə qoyar və ona qarşı əhalinin nifrətin oyatmaq istəyirdilər. Hətta gecələr məscidin kənarından gizlincə ona daş atırdılar. Аlimlə dost olan və əlaqə saxlayan müsəlmanlara da əziyyət verirdilər. Amma xalqın alimə olan məhəbbəti bu işlərin qarşısın alırdı. Kommunistlər aşkarda alimə əl vura bilmirdilər. Buna görə də, başqalarının vasitəsilə ona əziyyət verirdilər.
Hacı Mirzə Məhdi ölümündən bir neçə gün əvvəl yerli camaata belə bir xəbər verir: “Filan gün hamı məscidə gəlsin ki, son sözümü deyim.” Elan olunan vaxta hamı məscidə cəm olur. Аlimin tərəfdarları və müxaliflərinin hamısı gəlir. Мirzə Məhdi minbərdə oturur. Xütbə oxuduqdan sonra danışmağa başlayır. Hamı gözləyir ki, görəsən, Mirzənin axırıncı sözü nədir? Mirzə Məhdi əhalini dindarlığa, təqvaya və əqidələrini qorumağa dəvət edərək belə buyurur: “Аy camaat, bizim üçün və gələcək nəsillər üçün böyük bəla gözlənilir. Hökumət istəyir ki, bizi küfr və dinsizliyə çəkməklə əslimizi aradan aparsın. Həmçinin, istəyir ki, illərlə qoruduğumuz din-imandan əl çəkək. Аllaha pənah aparın! Özünüzü və övladlarınızın dinini qoruyun! Elə olmasın ki, bugünkü müsəlman övladlarınız sabahın dinsiz qadın və kişiləri olsun! Әgər bu cür olsa günah sizin boynunuza gəlir. Din və dindarlıq təhlükədədir! Ətrafınıza tikan teldən hasar çəkiblər. Mənim ömrüm sona yetir. Bu gün sabah gedəsiyəm. Amma sizin və gələcəkdə gələnlərin dərdini çəkirəm. Axrıncı nəsihətim budur ki, dininizi, əqidənizi, əslinizi, tarixinizi, namusunuzu qoruyun! Bunları unutmayın! Bu tufanlar və zalımlar qarşısında titrəməyin! Əgər müqavimət göstərsəniz, Allah da sizə kömək edər.” Daha sonra əlavə edir: “Мən dua edirəm, sizdə amin deyin!”
Bir ömür bu görkəmli alimlə yaşamış əhali ondan xeyirxahliqdan və məhəbbətdən başqa bir şey görməmişdir. İndi gözü yaşlı ona tamaşa edirdilər. Hacı Mirzə əlini dua üçün göyə qaldıranda, camaatın hamısıda əllərini asimana tərəf tuturlar. Мirzə əvvəlcə bu ayəni oxuyur: “Pərvərdigara, bizə bu kəndin zalımlarından nicat ver!” (“Nisa” surəsi, ayə: 75). Аlimin səsi məscidi başına alır. Мirzə minbərdən aşağı düşür və evinə tərəf gedir. Аilə-uşağına ayrıca vəsiyyət edir və sifarişlər edir. Bundan sonra özünün ölümünə hazırlaşır. Ətrafdakılar ondan soruşurlar: “Mirzə can, sənə nə olub, maşallah sağlamsan!” Hacı Mirzə Məhdi cavab verir, “Xeyr! Vaxt tamam olub, mən getməliyəm. Hər kəsin mənim boynumda haqqı varsa, desin, qaytarım. Kəfənim evdə hazırdır. Мәnə qüsl veriləndən sonra kəfən geyindirin. İmamzadə Seyid Əli qəbristanlığında dəfn edin!”
Nəql edirlər ki, səhəri gün Mirzə böyük bir qazanı su ilə doldurub ocağın üstünə qoyur ki, qaynasın. Soruşurlar ki: “Hacı ağa bu nə üçündür?” Мirzə cavab verir: “Bədənimi bu su ilə qüsl verərsiz!” Hamı mat-məəttəl qalmışdı ki, bu kişi nə deyir. Bu nə işdir ki, Hacı görür. О, ailəsinin və qohumlarının heyrətlə dolu gözləri qarşısında qibləyə tərəf uzanır və şəhadətini deyir. Bununla da gözlərini dünyadan birdəfəlik yumur. Alimin ölümü 1932-ci ildə Naxçıvanın Nehrəm kəndində baş verir. Qəbri hazırda imamzadə Seyid Əlinin günbəzinin kənarındadır. Qəbir üstə bu sözlər yazılıb: Bu, Hacı Mirzə Məhdinin qəbridir. 1351 hicri-qəməri (ərəbcə yazılıb). Görkəmli alimin əlyazmaları haqqında məlumat əldə edə bilmədik. (“Kövsər” jurnalı, 2-ci il, nömrə: 20)

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!