YEZİDİN CİNAYƏTLƏRİ

:

Yezid (Allahın lənəti olsun ona) öz qısamüddətli yəni, üç il beş aydan çox çəkməyən qəsb etdiyi xilafət dövründə böyük cinayətlərə əl atdı. Bu cinayətlərin hər biri öz-özlüyündə onun və sülaləsinin rüsvayçılığı üçün kifayətdir. Onların içində üç böyük cinayətə toxunuruq:

1. Qanlı Kərbəla faciəsi

Bu haqda kifayət qədər məlumat mövcuddur

2. Mədinə əhalisinin qətliamı
Bu faciə 63-cü hicri-qəməri ilinin zil-hiccə ayında baş verib1 və “Hərrə hadisəsi” adı ilə məşhurdur.2
Qanlı Kərbəla hadisəsindən sonra xalq Yezidin kimliyindən, onun çirkin əməllərindən xəbər tutmağa başladı. Abdullah ibn Hənzələ (Hənzələ – mələklərin qüsl verdiyi şəxs olmuşdur) və Mədinənin digər nüfuzlu şəxsləri tərəfindən cihad elan olundu. Mədinədə qanlı inqilab başladı.
Mədinə əhalisi əvvəlcə Abdullah ibn Hənzələyə canları bahasına beyət etdilər və Mədinə valisi Osman ibn Məhəmməd ibn Əbu Süfyanı şəhərdən qovdular. Bəni-Üməyyə Mərvan ibn Həkəmin evinə toplaşdı və hamılıqla orada dustaq olaraq qaldı.
Mədinə əhalisi Yezidi xilafətdən kənar sayaraq onu lənətləməyə və haqqında pis sözlər danışmağa başladılar. Yezid hadisədən xəbərdar olan kimi qüdrətli bir ordu tədarük gördü və ordunun rəhbərliyini Müslim ibn Əqəbə adlı qaniçən bir insana tapşırdı.3
Qeyd etmək yerinə düşər ki, böyük Kərbəla faciəsinin ümumi fikirlərdə yaratdığı nüfuzu nəzərə alaraq, Yezid göstəriş vermişdi ki, bu hadisədə İmam Əli ibn Hüseynə (ə) və ailəsinə toxunmasınlar və onu bu beyətdən istisna etdi.
Bu qaniçən cəllad Mədinəni mühasirə edəndən sonra onların müqavimətini sındırdı və şəhər əhalisinə divan tutdu. Mədinədə kütləvi qırğın başladı.
Bu faciədə mühacir və ənsar böyüklərindən 1700 nəfər, digər müsəlmanlardan isə 10 min nəfər qətlə yetirildi.4 3. Kəbəyə od vurmaq
Yezidin ordusu Mədinə şəhərini qarət etdikdən sonra Abdullah ibn Zübeyrlə döyüşmək üçün Məkkəyə doğru yollandı. Musrif (Müslim) ibn Əqəbə yolda həlak oldu.5
O, son nəfəslərində Yezidin tapşırığına əsasən Huseyn ibn Numeyri ordu başçısı təyin etdi. Şam ordusu Məkkəni mühasirəyə aldı. Məscidul-hərama sığınan Abdullah İbn Zübeyrə hücum etdilər. Onlar mancanaqla Allah evinə – ilahi hərəmə od yağdırdılar və nəticədə, Kəbənin pərdələri və damı od tutub yandı. (ixtisarla) Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu – Rizvan.net saytı üçün


1 İbn Əsir, “Kamil”, c. 4, səh. 117.

2 “İmamətu vəs-siyasə”, c. 1, səh. 238.

3 “Təbəri tarixi”, c. 4, səh. 381; İbn Əsir, “Kamil”, c. 4, səh. 118; “Murucuz-zəhəb”, c. 3, səh. 70.

4 “İmamətu vəs-siyasə”, c. 1, səh. 239.

5 Musrif dəfn olunandan və Şam ordusu oradan hərəkət etdikdən sonra bir qadın Musrifin cənazəsini qəbirdən çıxarıb dara çəkdi. Camaat bu hadisədən xəbər tutandan sonra oraya gəlib onun cənazəsini daşqalaq etdilər. “İmamətu vəs-siyasə”, c. 1, səh. 242.

 

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!