QURANDA YUXU

:

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yuxu üç qisimdir: Ya Allah tərəfindən müjdədir, ya şeytan tərəfindən qəm-qüssədir, ya da insanın gündəlik qayğıları ilə bağlıdır...”[1] Bə’zi alimlər və psixoloqlar yuxunu insan həyatındakı çatışmamazlıqların təsiri sayırlar.


Onlar “ac toyuq yuxuda darı görər” məsəlinə istinad edirlər. Bəziləri isə yuxunu qorxunun təlqini sayırlar.
Bir məsəldə deyilir: “Dəvədən uzaqda yat ki, yuxunu qarışıq görməyəsən.” Bəziləri də yuxunu daxili meyillərin təzahürü sayır. Yuxuya münasibətlər müxtəlif olsa da, kimsə yuxunu bir hadisə kimi inkar etmir. Unutmamalıyıq ki, bütün yuxulara eyni cür yanaşmaq, onları eyni qaydada araşdırmaq olmaz.
Mərhum Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində yazır: “Üç aləm mövcuddur: Təbiət aləmi, Misal aləmi, Əql aləmi. İnsan ruhu mücərrəd olduğundan yuxuda həmin iki aləmlə əlaqədə olur və öz istedadı həddində həqiqətləri dərk edir. Kamillikdə son dərəcəyə çatmamış ruh həqiqətləri başqa qəliblərdə müşahidə edir. Dünya həyatında şirdə şücaət, tülküdə hiylə, dağda ucalıq gördüyümüz kimi, yuxuda elmi nur, izdivacı libas, cəhaləti qaranlıq formasında müşahidə edirik.

YUXU GÖRƏN İNSANLAR BİR NEÇƏ DƏSTƏDİR:
Birinci dəstədən olanların ruhu kamildir. Onlar yuxuya getdikdən sonra duaları Əql aləmi ilə əlaqədə olur. Digər dünyaya aid həqiqətləri saf və aydın dərk edirlər. Bu sayaq yuxuların təbirə ehtiyacı yoxdur.
İkinci dəstədən olanların ruhu orta haldadır. Onlar röya aləmində həqiqətləri dumanlı şəkildə müşahidə edirlər. Bu sayaq yuxuların təbirə ehtiyacı var.
Üçüncü dəstədən olanların ruhu o qədər dəyişkəndir ki, onların gördüyü yuxunun mənası yoxdur. Bu sayaq yuxular təbir olunmur.

QURANIN MÜXTƏLİF SURƏLƏRİNDƏ BƏZİ GERÇƏKLƏŞMİŞ YUXULARA İŞARƏ OLUNUR:
a) 11 ulduz, ayla günəşin Yusifə səcdə etməsi ilə bağlı yuxu; bu yuxu həzrət Yusifin qüdrətə çatması, qardaşlarının, ata-anasının onun qarşısında təvazökarlığı kimi təbir olundu.
b) Yusifin zindandakı iki yoldaşının yuxusu; sonradan onlardan biri azad oldu, ikincisi isə edam edildi.
v) Misir padşahının yuxuda arıq və kök inək görməsi; bu yuxu bolluqdan sonra qıtlıq və quraqlıq kimi təbir olundu.
q) Peyğəmbərin (s) yuxuda müşrikləri azsaylı görməsi; nəticədə müşriklər məğlub oldular.[2]d) Peyğəmbər (s) yuxuda gördü ki, müsəlmanlar başları qırxılmış halda Məscid-ül-Hərama daxil oldular; bu yuxu Məkkənin fəthi və Allah evinin ziyarəti kimi təbir olundu.[3]j) Həzrət Musanın anasının yuxusu; o, körpəni sandığa qoyub suya atdı. “Ta-ha” surəsinin bu hadisə ilə bağlı nazil olmuş 38-39-cu ayələrində vəhy deyərkən həmin yuxu nəzərdə tutulur.
z) Həzrət İbrahimin oğlu İsmayılın zibhi ilə bağlı yuxusu.[4]

Yuxunun tamamilə etibarlı olmasını iddia etmək mümkün olmasa da gündəlik həyatda yuxunun həqiqətlə bir çox hallarda uyğunluğunun şahidi oluruq. Görürük ki, bəziləri adi yolla əldə oluna bilməyən məlumatları yuxuda əldə edirlər. Çox təəssüflə qeyd etmək lazımdır ki, yuxu və yozum xəstəliyi ruhi cəhətdən zəif insanlar üçün xərçəng xəstəliyi qədər öldürücüdür. Sadəcə bu xəstəlik insanın şəxsiyyətini öldürür


Mənbələr:
1 - “Biharul-Ənvar”, c. 14, s. 441
2 -  “Ənfal” surəsi, 43-cü ayə
3 - “Fəth” surəsi, 27-ci ayə
4 - “Saffat” surəsi, 10-cu ayə

Bu məqalə NUR təfsirindən götürülmüşdür.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!