İMAMLARIN (Ə) AŞURA HADİSƏSİNİ YAŞATMA METODLARI

:

Əhli-beyt (ə) imamları İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsini yaşatmaq üçün müxtəlif metodlardan istifadə etmişlər. O cümlədən:
1. Əzadarlıq mərasimlərinin keçirilməsi
Əlqəmə Həzrəmi nəql edir ki, İmam Baqir (ə) Aşura günü İmam Hüseyn (ə) üçün öz evində əzadarlıq edərdi.
İmam Baqir (ə) İmam Hüseynə (ə) ağlayır və evdə olan kəslərə görə də “təqiyyə” etmir və buyururdu: “O Həzrətə əzadarlıq edin”! , “Hüseynin (ə) müsibətində bir-birinizə başsağlığı verin”! 1
2. O həzrətin müsibətlərinin xatırladılması
Müxtəlif münasibətlərlə bağlı bir hədisdə İmam Sadiqin (ə) Davud Riqqiyə belə buyurduğunu oxuyuruq:
“Mən İmam Hüseyni (ə) xatırlamadan əsla soyuq su içməmişəm. ”2
3. Ağlamaq və ağlatmaq
Məsum imamların (ə) Aşura hərəkatını yaşatmaq üçün tökdükləri ən təsirli tədbir İmam Hüseynə (ə) ağlamaqdan ibarətdir. İmam Səccad (ə) imamət dövrü boyunca Aşura hadisəsinə görə əzadarlıq etmiş və bu müsibətə o qədər ağlamışdı ki, ona “Çox ağlayan” ləqəbi vermişdilər.3
İmam Rzadan (ə) nəql edilən rəvayətdə bildirilir:
“Ağlayanlar İmam Hüseyn (ə) kimisinə ağlasınlar. Ona görə ki, o Həzrətə ağlamaq böyük günahları aradan aparır. ”4
4. Şairləri şeir, mərsiyə yazmağa təşviq etmək
5. İmam Hüseyn (ə) türbətinə əhəmiyyət vermək
6. İmam Hüseynin (ə) qəbrinin ziyarətinə xüsusi diqqət göstərmək
Məsum imamların (ə) özləri İmam Hüseynin (ə) qəbrinin ziyarətinə getməkdən əlavə, Həzrətin ziyarəti üçün veriləcək böyük mükafatları bəyan edərək, şiələri Kərbəlaya getməyə təşviq və səfərbər edirdilər, həmçinin, o şəhidlərin xatirəsini yaşadır, Əhli-beyt (ə) düşmənlərinə ağır zərbələr vururdular.
Həmçinin, İmam Sadiqdən (ə) belə nəql edilir:
مَنْ سَرَّهُ أَنْ يَكُونَ عَلى مَوائِدِ نُور يَوْمَ الْقِيامَةِ، فَلْيَكُنْ مِنْ زُوّارِ الْحُسَيْنِ بْنِ عَلِىٍّ)عليهما السلام(
“Kim Qiyamət günü ilahi nur süfrələrinin kənarında əyləşmək istəyirsə, İmam Hüseynin (ə) ziyarətçilərindən olmalıdır.”5 Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.az saytı üçün


1 “Vəsailuş-şiə”, c. 10, səh. 398, “məzar” bölməsi, 66-cı bölmə, hədis 20.
2 Şeyx Səduq, "Əmali", səh. 142.
3 "Vəsailuş-şiə", c. 2, səh. 922, 87-ci bölmə, hədis 7.
4 "Biharul-ənvar", c. 44, səh. 284 və "Vəsailuş-şiə", c. 10, səh. 394, hədis 8.
5 "Biharul-ənvar", c. 98, səh. 72; "Vəsailuş-şiə", c. 10, səh. 330, hədis 38.

 

Tags: İMAM HÜSEYN (ə), MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!