İMAM HÜSEYN (Ə) DÜNYA ALİMLƏRİNİN BAXIŞINDA

:

İmam Hüsüeynin (ə) haqqında təkcə peyğəmbər və imamlar deyil hətta müsəlman olmayan böyük şəxsiyyətlər belə müsbət fikirlərini bildirmişdir. Bu ondan xəbər verir ki, dinindən, irqindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün azadlıq sevər insanlar İmam Hüseyni (ə) özünə örnək bilir. Bu alimlərdən bəzilərini sizlərə təqdim edirik:

 Tomas Karleyl, ingiltərəli yazar, tarixçi və şərqşünas: “Kərbəla faciəsindən aldığımız ən gözəl dərs Hüseyn və tərəfdarlarının Allaha möhkəm iman bəsləməsidir. Onlar öz əməlləri ilə göstərdilər ki, haqqın batillə qarşılaşdığı hallarda say bərabərliyi mühüm deyil və Hüseynin malik olduğu az bir dəstə ilə qələbə çalması məndə təəccüb doğurur”.
Edvard Qibbon, ingilis yazarı, keçmiş parlament üzvü: “Hüseynin şəhid edilmə səhnəsi hətta ən soyuqqanlı oxucuda da rəğbət oyatmaq gücünə malikdir”.
Abbas Mahmud Əqqad, müasir Misir yazıçısı: “Kərbəla hadisəsində Yezidi öz tərəf müqabilinə mütləq şəkildə zəfər çalmış, Hüseyni isə əksinə, həmin gündə məğlub olmuş görürük, amma qısa bir müddətdən sonra nəticələr təəccüblü şəkildə dəyişir və müqayisə (ölçü) tərəzisinin gözlərində heyrətamiz dəyişiklik meydana çıxaraq görünməyə başlayır. Belə ki, tərəzinin aşağı olan gözü göyə qədər qalxır və yuxarı olan gözü isə yerin dərinliklərinə qədər enir. Təəccüblü burasındadır ki, bu həqiqət tərəzinin xeyir və ziyan olan gözlərini müəyyən etməkdə müşahidə edənlər üçün heç bir şübhə yeri qoymur”.
Rajendra Prasad, Hindistanın ilk prezidenti: “İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir”.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu / Rizvannet saytı üçün

 

Tags: İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!