HƏZRƏT İMAM HÜSEYN (ə) BİZƏ NƏ ÖYRƏTDİ?-1

:

İMAM HÜSEYN(Ə) BİZƏ YALNIZ ALLAHA İBADƏT ETMƏYİ ÖYRƏTDİ

Allah-təala Qurdanın Casiyə surəsinin 23-cü ayəsində buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ

Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər. Məgər düşünüb ibrət almırsınızmı?

İmam Hüseyn(ə) Aşura günü Kərbəla qiyamında bütün insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan öz nəfsani istəklərinin qulu olmamalı və onları özünə məbud (tanrı) etməməlidir. O həzrət öz qiyamı ilə yuxarıda qeyd olunan ayəni bir daha açıq aydın təfsir etdi və bütün dünyaya bildirdi ki, insan öz nəfsinin qulu olmamalıdır. İmam Hüseyn(ə) hətta ömrünün son anlarında belə qılıncların altında belə həqiqi məbuda ibadət etməyi bir daha sübuta yetirdi. O Həzrət ömrünün son anlarında Allahla münacat edərək bu sözləri zikr edirdi:

لا مَعْبُودَ سِواكَ يا غِِياثَ الْمُسْتَغِثِينَ

Səndən başqa məbud yoxdur Ey pənahsızların ən ulu pənahı.
Məbud insanın inandığı və ibadət etdiyi şeyə deyilir. Elə insanlar vardır ki, onların məbudu yalnız Allahdır. İmam Hüseyn(ə) ömrünün son anlarında da belə Allahla münacat edib yalnız Ona ibadət etdiyini öz qanı ilə imzaladı. İmam Hüseyn(ə) necə ki, evində asudəçiliklə namaz qılarkən Allaha “yalnız Sənə ibadət edirəm və yalnız Səndən kömək diləyirəm” deyirdisə, eləcə də Kərbəla meydanında qılıncların altında da son nəfəsinə qədər bu sözləri dedi.
Tasua günü İmam Hüseyn(ə) günortadan sonra öz xeyməsinin qarşısında qılıncına söykənmişdi. Həzrəti bir qədər yuxu apardı. Qılınca söykənmiş halda bir az mürgülədi. Bu vaxt xanım Zeynəb(s.ə) gəlib İmama müraciətlə dedi: Elə bil düşmən ordusu hücuma keçmək istəyir. İmam başını qaldırdı və bacısına buyurdu: Bacı yuxuda cəddim Peyğəmbəri(s) gördüm. O Həzrətin yanında bir neçə mələk var idi. Onların birinin əlində yaşıl şüşədən bir qab var idi. Həzrət Peyğəmbər(s) mənə buyurdu ki, sabah Cənnətdə mənə qonaq olacaqsan. Sonra yanındakı mələkləri mənə göstərib buyurdu: Mələklərin əlində o yaşıl qabı görürsənmi? Sən şəhid olandan sonra boğazından tökülən qanı o qaba yığıb ərşi-əlaya aparacaqlar.
Aşura günü İmam Hüseyn(ə) şəhid olarkən onun qanı üç qismə bölündü. Birinci qismi bədəninə dəyən oxların və qılıncların yarasının qanı ikinci qismi boğazından tökülən qan idi ki, mələklər onu yaşıl şüşə qabın içinə töküb ərşi-əlaya apardılar. Çünki o qan yerə tökülməməli idi. Hədislərdə vardır ki, əgər İmam Hüseynin(ə) boğazının qanından bir damla yerə tökülsəydi, yer üzündə bir nəfər də olsun insan qalmazdı.
Qeyd etmək lazımdır ki, qiyamət günü Həzrət Fatimeyi Zəhra(s.ə) İmam Hüseyn üçün toxuduğu köynəyi gətirəcək və o qan da ərşdən gələcək. Orada hər şeydən öncə İmam Hüseynin(ə) növhəsini oxuduqdan sonra, hesab kitab başlanacaq və günahkarlar günahsızlardan ayrılacaq.

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

“Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!”
İmam Hüseynin(ə) qanının üçüncü qismi isə ürəyindən axan qan idi. Hərmələ üç tirəli oxu o Həzrətin ürəyinə vurdu. Ox ürəyinə dəyəndə İmam buyurdu:

بِاسْمِ اللَّهِ وَ بااللهِ وَ على مِلَّتِ رَسول الله لا حَولَ وَلا قُوَّةَ اِلاّ باللهِ العَلِىِّ العَظِيم

Sonra əlini kürəyinə aparıb oxu çıxartdı. Çünki, ox o Həzrətin ürəyinə elə dəymişdi ki, onu qabaq tərəfdən çıxartmaq mümkün deyildi. İmam oxu çıxartdıqdan sonra ovucunu ürəyindən axan qanla doldurub göyə səpdi.
İmam Hüseyn(ə) son anlarında da belə yalnız Allaha ibadət etdi. O özünə Allahdan başqa heç bir şeyi məbud etməmişdi. O Həzrət evində asudəçiliklə Allaha ibadət etdiyi kimi, Kərbəla meydanında ox, nizə və qılıncların altında da belə o cür ibadət edirdi. Allah təala onu Kərbəlada imtahan imtahan edirdi.
Aşura günü İmam Hüseynin(ə) səhabələrinin hamısı, qardaşı Əbülfəzl, oğlanları Əli Əkbər və Əli Əsğər şəhid olmuşdu. İmam Hüseyn(ə) atını minib izzət və əzəmətlə düşmən qoşununa tərəf irəlilədi. Gəlib düşmən ordusunun qarşısında onlarla üz-üzə dayandı. Tarixlərdə düşmən qoşununun sayı 30 min nəfərdən 500 min nəfərə qədər olduğu qeyd olunmuşdu. Onların hamısı qılınclarını çəkib İmamla döyüşə hazır dayanmışdı. Qılınclar günəşin parlaq şüalarını əks etdirirdi. İmam Hüseyn(ə) onların əllərində parlayan qılınclara baxıb uca səslə buyurdu:

إِنْ كانَ دِينُ مُحَمَّدٍ لا يَسْتَقِيمُ إِلاّ بِقَتْلِى يَاصُيُوفُ خُذُونِى

Əgər cəddim Mühəmmədin dini mənim ölməyimlə diri qalacaqsa, elə isə ey qılınclar, doğrayın məni!
İmamın bu sözü tarixin səhifələrində göydəki ulduzların parıltısından da daha parlaqdır. İmam Hüseyn(ə) Kərbəla qiyamında öz hərəkatı ilə bütün müsəlmanlara bildirdi ki, insan çətinlikdə olsa belə gərək nəfsinin könüllərinə yox yalnız Allaha ibadət etməlidir.
Lakin dünyada elə insanlar da vardır ki, mal-dövləti, pulu, qızılı, vəzifəni və bu kimi şeyləri özlərinə məbud etmişlər. Belə insanlar artıq haqq yoldan uzaqlaşan şəxslərdir. Tarix boyu bir şəhvətin və ya bir vəzifənin üstündə insanların bir-birini qırması və müharibələrə səbəb olması dəfələrlə müşahidə olunmuşdur. Bunların hamısı həvayi nəfslərinə qul olduqlarından müxtəlif cinayətlərə əl atıb özlərini alçaltmışlar. Allah-təala Quranda onların barəsində belə buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ

Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər. Məgər düşünüb ibrət almırsınızmı?
Bu ayə barədə bəziləri elə fikirləşməsinlər ki, Allah-təala insanları zəlalətə və bədbəxtçiliyə çəkib onların yoldan çıxarır. Allah-təala özlərini zəlalətə atıb öz nəfslərinin qulu olduğunu və özləri üçün heç bir hidayət çırağı qoymadığı insanları gördükdə onların daha azğınlığa çəkir.
Sual oluna bilər ki, Allah-təala belə insanları hansı yollarla azğınlığa çəkir.?
Cavab belədir ki, əgər bir insan həvayi nəfsini özünə məbud edərsə və özü üçün heç bir hidayət yolu qoymazsa, onda Allah-təala həmin şəxsdən (təşxis) seçim qüvvəsini alar. İnsan bu qüvvənin vasitəsilə yaxşını pisdən, halalı haramdan, haqqı batildən, pakı napaklıqdan seçə bilir. Əgər bir insandan seçim qüvvəsi alınarsa onda öz vəzifəsinin nədən ibarət olduğunu anlamaz və belə olduqda isə artıq onun nəfsi onu hansı səmtə yönəltsə o tərəfə də gedəcək. Çünki belə insanda artıq seçim qüvvəsi yoxdur. Bu Allahın göndərdiyi ən böyük bəlalardan biridir ki, həvayi nəfslərini özünə məbud edən insanlara nazil edir. Allah-təala belə insanların azğınlığını bu yolla artırır.
Buna əsasən də əgər bir insandan seçim qüvvəsi alınarsa artıq belə şəxs öz vəsifəsinin nədən ibarət olduğunu və Allahın ondan nə istədiyini başa düşməyəcək. Həvayi nəfsini özlərinə məbud edən şəxslər özlərini heyvan səviyyəsinə bəlkədə ondanda alçaq bir səviyyəyə gətirib çıxarırlar ki, Allah-təala Quranda onların barəsində belə buyurur:

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

“Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayar).
İnsan nəfsani istəklərinə itaət etdikdə nəfs onu çəkib yavaş-yavaş bədbəxtlik dərəsəinə yuvarladar. Ondan sonra artıq onun üçün çıxış yolu tapılmaz.
Buna görə də İmam Hüseynin(ə) Kərbəlada Aşura günü etdiyi inqilabla bütün insanlara başa saldı ki, insan gərək öz nəfsani istəklərini özünə məbud etməməli və yalnız Allahı özü üçün həqiqi məbud qərar verməlidir.
Nəfsani istəklər insanın daxilində olan qərizələrdir ki, əgər insan onu azad buraxsa o, insanı Allahdan uzaqlaşdırıb bədbəxt edər. Bu barədə Peyğəmbər və İmamlardan bir çox hədis və rəvayətlər nəql olunmuşdur.
Həzrət Peyğəmbər(s) bu barədə belə buyurmuşdur: Ümmətim üçün ən çox iki şeydən qorxuram. Həvayi nəfs və uzun-uzadı arzular. Həvayi nəfs insanı haqq yoldan uzaqlaşdırar.

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

MƏQALƏDƏ YER ALAN BÜTÜN HƏDİSLƏR "İMAM HÜSEYN (Ə) MƏKTƏBİ" KİTABINA İSTİNAD OLUNUR
Müəllif: SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD
Hazırladı: Rəsul Mahmudzadə

Tags: İMAM HÜSEYN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!