HƏZRƏT İMAM MƏHƏMMƏD BAQİRİN (ə) DÖVRÜNDƏ ELMİN İNKİŞAFI

:

İmam Məhəmməd Baqir (ə) dövrünün mövcud siyasi-ictimai vəziyyətini nəzərə alıb bütün səyini İlahi maarifin təliminə və təbliğinə həsr etmək və elmi məsələləri izah etməklə elmin inkişafına zəmin yaratdı. Cəmiyyətdə elmə artan maraq və şövq, sonralar o Həzrətin oğlu İmam Cəfər Sadiqin (ə) böyük bir elm mərkəzi təsis etməsilə nəticələndi. İmam Baqir (ə) elm, zöhd, təqva və fəzilətdə Bəni-Haşim şəxsiyyətlərinin sərvəri idi. Onun böyük elmi, əxlaqi keyfiyyətləri dostu da, düşməni də özünə cəlb edirdi. O Həzrətdən şəri hökmlər, Quran təfsiri, İslam tarixi və başqa mövzular barədə saysız hədislər , rəvayətlər nəql olunubdur .1 O dövrün böyük elmi şəxsiyyətləri , eləcə də , o dövrədək sağ qalan Peyğəmbər səhabələri onun elm və təqvasından bəhrələnmişlər . Tabeinlərdən olan Cabir ibn Yezid Cufi və Kisan Si cistani , həmçinin , İbn Mübarək , Zühri , Uzai , Əbu Hənifə , Malik , Şafei , Ziyad ibn Munzər Nəhədi kimi fəqihlər onun elmindən bəhrələnmiş , onun kəlamlarını ya birbaşa özləri , ya da başqalarının dilindən rəvayət etmişlər .

Əhli - sünnə məzhəbinin mötəbər alimlərindən və tarixçilərindən olan Təbəri Bilazəri , Səlami , Xətib Bağdadi , Əbu Nəim İsfahaninin və başqalarının əsərlərində da , Muvəttəi - Malik , Sunəni - Əbu Davud , Musnədi - Əbu Hənifə , Musnədi Mərvəzi , Təfsiri - Nəqqaş , Təfsiri - Zəməxşəri ( əl - Kəşşaf ) və onlarla bu kimi qaynaq kitablarda Imam Baqirin ( ə ) qiymətli kəlamları nəzərə çarpır .2 Şiə qaynaqları da Imam Baqirin ( ə ) müxtəlif sahələri əhatə edən rəvayət və hədisləri ilə doludur . Sözümüzün doğruluğuna əmin olmaq istəyənlər mötəbər qaynaqlarımızın yalnız bir neçəsinə müraciət etsələr kifayət edər .

ALİMLƏRİN ETİRAFI
İmam Məhəmməd Baqirin (ə) elminin səs-sədası İslam məmləkətinin hər bir tərəfinə yayılmış və o, Baqirul-ulum (elmlərin qapisını açan) ləqəbini qazanmışdı. İbn Həcər Heytəmi yazır: "Məhəmməd Baqir (ə) o qədar gizli elm xəzinələrini üzə çıxarmış, (şəri) hökmlərin va hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdir ki, bunu ancaq bəsirət sahibi olmayanlar və ya bəd əməl sahibləri dana bilər. Ela buna gorə də, onu "elmlari yaran" və "elm bayraqdarı" adlandırmışlar."İmam Baqirin (ə) dövründa yaşamış görkəmli alim vo böyük şəxsiyyət Abdullah ibn Əta deyir: "Mən İslam alimlərinin Məhəmməd ibn Əlinin (ə) əzəmətli elmi qarşısında na qədər aciz olduqlarını gördüm. Elm və fiqhdə ad çıxaran Həkəm ibn Uteybəni gördüm ki, Məhəmməd Baqirin (ə) məhzərinda böyük ustadın qarşisinda diz üstə əyləşən bir şagird kimi əyləşmiş və onun şəxsiyyətinə, kəlamlarına heyran qalmışdı."İmam Baqir (ə) öz sözlərinə adətən Quran ayələrindən sübut gətirər və buyurardı: "Əgər məndən soruşsaniz ki, bəyan etdiyim bu məsələ Quranın harasındadır, mən həmin məsələyə aid ayəni sizə göstərərəm."5

İMAM BAQİRİN (Ə) YETİRMƏLƏRİ
İmam Baqir (ə) fiqh, hədis, təfsir va dini elmlərin digər sahələrində böyük alimlər yetişdirmişdir. Məhəmməd ibn Müslim, Zürarə ibn Əyan, Əbu Bəsir, Bureyd ibn Müaviyə Əcəli, Cabir ibn Yezid, Həmran ibn Əyan, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqirin (ə) yetirmələrindəndir. İmam Sadiq (ə) buyurard: "Bizim məktəbimizi (məzhəbimizi) və atamın hədislərini dörd nəfər yaşatdı: Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim va Bureyd ibn Müaviya Əcəli. Əgər bu şəxslər olmasaydı, kimsə dini təlimlərdən və Peygəmbər məktəbindən bəhrələnə bilməyəcəkdi. Bunlar dinin mühafizəçiləri olmuşlar. Bizim dövrdə yaşayan şiələrimiz arasında onlar bizim məktəbimizi öyrənən ilk şəxslər olmuşlar, Qiyamətdə də məhz onlar hamıdan qabaq bizə qovuşacaqlar."6
İmam Baqirin (ə) şagirdləri öz dövrlərinin ən bilikli fəqih və hədisçiləri olmuş, elmi rəqabət meydanında qeyri-şiə fəqih və qaziləri geridə qoymuşlar.

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif:Mehdi Pişvayi
Hazırladı:Rəsul Mahmudzadə


1.Əl-İrşad,səh.261
2.Mənaqibu Ali-Əbi Talib,c.4,səh.195
3.Əs-Səvaiqu-muhriqə,səh.201
4.Təzkirətul-xəvas,səh.337;əl-Bidayətu vən-nihayə,c.9,səh.311
5.Əl-İhticac,səh.176
6.İxtiyaru-mərifətir-rical,səh.136-137

Tags: İMAM BAQİR (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!