MƏNƏVİYYAT AYINDA MÜBARƏK TƏVƏLLÜD

:

“Baqir” lüğətdə “yaran”, “parçalayan” deməkdir. Şiələrin beşinci imamı Həzrət Muhəmməd ibni Əliyə (ələyhiməssəlam) elm dəryasını yarıb elmin sirlərini açıqladığı üçün “Baqir” ləqəbi verilmişdir. Amma bununla yanaşı o Həzrətin “şakir” (şükür edən), “sabir” (səbir edən) və “hadi” (hidayət edən, yol göstərən) kimi digər ləqəbləri də vardır.

Oğlu İmam Sadiqin (ələyhissəlam) adı ilə bağlı İmam Baqir(ə)in yeganə künyəsi “Əbu Cəfər” (Cəfərin atası) olmuşdur. Məşhur nəzəriyyəyə əsasən İmam Həsənın (ələyhissəlam) qızı Fatimə hicrətin 57-ci ilində İmam Baqir(ə)i dünyaya gətirmişdir. Baxmayaraq ki, 56, 58 və 59-cu illərə də mənbələrdə rast gəlinir. Lakin hansı ayda və hansı gündə bu əlamətdar hadisənin baş verdiyi tarixçilər tərəfindən daha da çox ixtilafla qeyd olunub. 

“Ə'yan-uş-Şiə” (cild: 1, səh.: 650) Mübarək Rəcəb ayının ilk, həftənin isə 2-ci gününü İmam Baqir(ə)in doğum günü kimi qeyd etmişdir. Əlavə məlumat kimi bilmək yaxşı olar ki, “Dəlail-ul-İmamə”, “Misbah-ul-mutəhəccid” və “Ə'lam-ul-vəra” kitablarında yazarlar Rəcəb ayının birinci cüməsini doğum günü bilmişlər. Səfər ayının 3-ü gününü “Kəşf-ul-ğummə”, “Fusul-ul-muhimmə”, “Misbah” (Kəf'əmi) və “Nur-ul-əbsar”-da müəlliflər doğum günü yazmışlar. “Təzkirət-ul-əimmə” kitabında mərhum Lahici İmam Məhəmməd Baqir(ə)in mövludunun hicri qəməri təqvimi ilə 57-ci ilin Səfər ayının 5-nə təsadüf etdiyi qənaətindədir. Qeyd etmək lazımdır ki, tədqiqatçıların fikrincə Səfər ayının 3-ünün doğum günü olması tarixi həqiqətə daha oxşardır.
Həzrət Baqir (ələyhissəlam) 4 yaşında ikən atası İmam Səccad (ə) və babası İmam Hüseyn(ə)i dəhşətli Kərbəla səfərində müşayiət etməsi, bəşər ömrünün ən sarsıdıcı və faciəli hadisəsi ilə yanaşı tarixin yaddaşında həkk olmuşdur.
Allah bütün Əhli-Beyt (ələyhimussəlam) ardıcıllarını İmam Baqir(ə)ə layiq şiələrdən qərar versin.

Rizvan.Net – İslam Maarifi Jurnalı mövlud münasibəti ilə oxucuları təbrik edir.

İMAM BAQİR ƏLEYHİSSALAM HAQQINDA ƏTRAFLI MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN!

İMAM BAQİRİN (Ə) HƏYATI

İMAM BAQİR (Ə) KİMDİR?

İMAM BAQİR(ə)İN FİKRİ-SİYASİ TARİXİ

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM BAQİR (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!