EY RİZA...

:

Əhli-beyt (ə) şairi Mirfətulla Ağanın İmam Riza(ə)ya eşqlə dolu şeirini mövlud münasibəti ilə əziz Rizvan.Net oxucularına təqdim edirik.

EY RİZA!

Bizi gəl qovma pənahi ələmindən ağacan

Naümid eyləmə babi kərəmindən ağacan

* * * * *

Ey Riza ey özü məzlum qəriblər atası

Gözümüz var dəri-cudində1 Cəvadın atası

Sailə naz eləməz babul-həvaic balası

Çəkmərik əl bu dəri-möhtərəmindən ağacan!

* * * * *

Ey Riza, olma riza qəlbimiz həsrətlə dola

Var ümid hacətimiz burda bəravərdə ola

Ağalıq eylə qapından əli boş salma yola

Gedirik, doymadıq əmma, hərəmindən ağacan!

* * * * *

Mə`siyət başımızı gərçi salıbdır aşağa

İstədin didivə2  gəldik elə hörmət qonağa

Bazdidə3  gəl o dəm ki, yetişər can dodağa

Ta öpək eşq ilə xaki qədəmindən ağacan!

* * * * *

Xoş onun halına Tusə gələ izzət qazana

Yol tapar həşridə sayəndə gəlib daldalana

Qoymaram - sən demisən - zairimi odda yana

Mən it olsam da ayrıma həşəmindən ağacan!

* * * * *

İldə bu Tusidə Mövla, neçə mö`cüz görünər

Sərətani4  də gəlib rəxti-şəfayə5  bürünər

Çarəsiz dərdi olanlar üzü üstə sürünər

Kam ala ta o məsihayi dəmindən ağacan!

* * * * *

Sevinər sail ürəkdən gələ şəh xidmətinə

Şəh keçər pisləri də yaxşıların hörmətinə

And verrəm mən o Zəhra anavun ismətinə

Silə vursan bizi salma qələmindən ağacan!

* * * * *

Qəbrivə qoymuru kəsrət6 çata zəvvarın əli

Bağlıyıb Kərbübəla yolların əşrarın əli

Vəli bilmillə ki bağlanmaz ələmdarın əli

Bizə də təzkirə al qolsuz əmundan ağacan!

* * * * *

Ey Hüseyn tə`ziyəsində evinə qarə çəkən

Ağladıb İbn Şəbibi üzə göz yaşı tökən

Kəfənə peykərini əhli Sənabad bükən

Cəddivin dərdü qəmi çoxdur qəmindən ağacan!

Hazırladı: Məsum Əlizadə

--------------------------------------------------------------------------------------

1-Ehsan qapında, 2-Görüşünə, 3-Yenidən görüşə, 4-Xərçəng xəstəliyinə tutulan, 5-Şəfa libasına, 6- Camaatın çoxluğu

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!