O SARAYLAR

:

Şəhər başdan başa zülmət qaranlığa bürünmüşdü. Səhərdən axşama qədər günəş öz odunu şəhərin canına salmış, indisə sönərək dağların başına çəkinmişdi. Hava bir o qədər isti deyildi. Samirra camaatı yorğun işdən sonra evlərində istirahət edirdilər.

Əli silahsız altı əsgər səssiz-səmirsiz və payi-piyada şəhərin sükuta bürünmüş ensiz küçələrində addımlayırdılar. Hamidan böyük görünən ucaboy və enlikürək zabit də qalan beş nəfərin arasında irəliyə gedirdi. Onlardan biri üzünə örtdüyü parçanı yuxarı qaldırıb, qorxu və həyəcan içində gülümsəyərək, dedi:

-    Gərək onu elə tutaq ki, silahı və məktubları gizlətməyə fürsət tapa bilməsin!
Zabitin yanında hərəkət edən əsgərlərdən biri onun üzünə baxıb soruşdu:
-    Cənab zabit!... cəsarət olmasın... Amma niyə... nə üçün Əmirəl-Möminin Mütəvəkkil dövlət ilə müxalif olan bu kişini hələ də öldürməyib?!. Allah göstərməsin əgər... .
Zabit tünd baxışları ilə onun sözünü kəsib dedi: “Ay axmaq, hələ bizim üçün cənab Mütəvəkkilin işlərindən baş açmaq tezdir.”
-    Yəni ..., yəni deyirsiz...
-    Bəli ... Əbülhəsən camaatın yanında möhtərəm adamdır. Onu asanlıqla aradan aparmaq olmaz. Elə buna görə də cənab Mütəvəkkil bizi gecənin bu vaxtında bura göndərib ki, onu gecə ilə evinin içində rahat yaxalaya bilək.
Əsgərlərdən biri qırmızı kəmərini bərkidə-bərkidə dedi:
-    Elə Əbülhəsəni Mədinədən bu şəhərə sürgün etdilər ki, onun məhəbbətini camaatın qəlbindən silsinlər. Doğrudan da belə bir şəxsi aradan götürmək çox çətin işdir.
Zabitin güya yadına nə isə düşdü. Dayanıb uca səslə dedi:
-    Bəsdir! ... daha danışmayın ... gərək onlar bizim burada olmağımızı hiss etməsinlər. Küçələr vədaşlara diqqət edin. Mümkündür bu qaranlıqda ağacların arxasından ya evlərin üstündən bizə hücum etsinlər, hərəkət zamanı bir-birinizdən uzaqlaşın... Tez olun!... tez... tez!
-    Əsgərlər əllərində olan xəncər vəağaclarını möhkəm sıxıb, sakit və xəlvət küçələri keçib, bir evə çatdılar.
Beş əsgər zabitin başına toplaşıb, qulaqlarını onun ağzına tərəf yönəltdilər.
-    Sakit! Yaxşı-yaxşı qulaq asın... .
-    Siz üç nəfər mənim işarəmlə cəld divardan aşıb evə hücum edəcəksiniz.
-    Mən... amma mən, bu bu iki nəfər ilə burada qalıb vəziyyəti idarə edəcəyik əgər biri qaçmaq istəsə onun canını alacağıq.
-    Cənab! Belə mühüm iş üçün üç nəfər az deyilmi?
-    Əh... keçi qulaq... üç nəfər bir nəfər üçün, yenə də nə ... az danış... tez ol!
Zabit kəmərini yaxşıca bərkidib əlini xəncərinə çəkdi. İki əsgərlə birlikdə evi mühasirəyə aldılar.
Evlərdən gələn zəif işıltılar bir-birinin ardınca sönürdülər. Sükut öz sayəsini tamamilə şəhərin üzərinə salmışdı. Çox keçmədən zabit öz xəncəri ilə sanki havanı yardı. O, xəncərini aşağı endirməklə əsgərlərə işarə etdi ki, başlasınlar.
Birdən üç uca qamətli əsgər divarı aşıb həyətə atıldılar. Üçü də əlini xəncərə aparıb, dal-dala söykənib yavaşcadan fırlanaraq ətrafa göz gəzdirdilər.
Hər yer zülmətə bürünmüşdü. Ancaq otaq sarı şölələrlə boyanmışdı.
Hər yer sükuta qərq olmuşdu. Yalnız o otaqdan xısın-xısın zümzümə səsləri eşidilirdi. Bu səsləri eşidən əsgərlərin əlləri ixtiyarsız süstləşib, xəncərlərindən çəkildi. Onlar bir-birinə baxaraq sanki nə edəcəklərini unutmuşdular. Nəhayət onlardan biri dil açıb dedi: - “hər bir hərəkəti izləyin mən onlara vəziyyəti dedim.”
Sonra isə xəncərini bərkidərək qapını yavaşca açıb küçəyə atıldı. Çox keçmədi ki, həyətdə ayaq səsləri ucaldı. Zabit özündən razı halda irəlilədi. Onun işarəsi ilə əvvəl özü, sonra isə əsgərlər otağa hücum etdilər.
 Otaqda başında əmmamə olan bir kişi, qumun üstündə əyləşib həzin səslə Quran oxuyurdu. O, nə cavan nə də ki, qoca idi. Ağ nurani üzü və çatma qaşları var idi. Zümzümə edərkən gözlərindən nar giləsi tək damlalar onun gözəl yanaqlarındanaşağı süzülürdü. Başının üstündə dörd nəfər silahlı adam durduğuna baxmayaraq işini davam etdirirdi. Kişi Quranıən gözəl ayələrindən oxuyur, zalımların, yaxşı və pis insanların gələcəyindən xəbər verirdi.
Zabit daha nə edəcəyini bilmirdi. Xəcalət təri tökən iki əsgər isə pəncərənin yanına çəkilib durmuşdular. Onlardan biri pəncərədən gözünü ulduzlarla dolu mavi səmaya dikmişdi. O biri başının şalını açmış, sanki qıçları sınıbmış kimi oturmuşdu. Zabit vəziyyəti belə görüb, hirsini boğub əsgərlərin üstünə cumaraq ayaqlarını təpiklədi:
-    Axmaq! Nə edirsən... yadından çıxıb haradasan?.
Əsgərlər birdən özünə gəlib pəncərənin önündən uzaqlaşdılar.
Kişi Quran oxumağı qurtardıqdan sonra yavaş-yavaş başını qaldırıb, onlara baxdı. Uca qamətli zabit yerini dəyişib, əlini bığlarına çəkdi. O kişinin son dərəcə xoş rəftarından qəzəbləndi. Kişinin xoş rəftarı ona başqa cür hərəkət etməyə icazə vermirdi. Nəhayət o, özünü əla alıb dedi:
-    Eşitmişik siz... sizin burada silahınız var, həmçinin burada cənab Mütəvəkkilin dövlətinin ziddinə kağız-kuğuz toplamısınız. İcazə versəniz evi axtarardıq.
  Kişinin sakitliyini və bir söz demədiyini görüb, yoldaşlarına işarə etdi.
Əsgərlər evi bir-birinə vurudu lakin evdən nə kağız, nə məktub nə də ki, silah tapdılar. Zabit yerində qımıldanıb əsl mətləbə keçdi.
-    Ey Əbülhəsən! Siz gərək bizimlə birlikdə Əmirəl-möminin cənab Mütəvəkkilin yanına gedəsiniz. Bunu da deyim ki, paltarlarınızı dəyişməyə də vaxt yoxdur... elə bu cür!
  Sarayın böyük qapıları açıldı. Əbülhəsən əsgərlərin mühasirəsində saraya daxil oldu. Sarayın gözəl işıqları adamı heyrətə gətirirdi. Divarlar ayna, gözəl və qiymətli məşəllərlə bəzənmişdi. Şam işıqları divarları daha da parlaq və gözəl görsədirdi. Sarayın sütunları isə ləlcəvahiratla zinətlənmişdi. Mütəvəkkil sevinc və fərəhlə taxdın üzərində əyləşib gülürdü. Onun əynində xalis ipəydən gözəl yaşıl rəngli paltar var idi. Başında rəngbərəng parçalardan əmmamə və əlində şərabla dolu qızıl cam var.
Əbülhəsən həmin sadə paltarları ilə sakit halda kiçik lakin möhkəm addımlarla saray camaatının qarşısından ötüb taxtın yanında dayandı. Mütəvəkkil o tərəf bu tərəfə boylandı, əlacsız qalıb Əbülhəsənin qarşısında təzim etdi.
əsgərlər başlarına gələn macəranın hamısını Mütəvəkkilə danışdılar. Mütəvəkkil biraz fikrə getdi. Əlini barmağındakı üzüyə çəkib, şərab camını Əbülhəsənə qarşı uzatdı.Mütəvəkkilin vəzirindən biri gülümsəyib o birinə dedi: “Şiələrin onuncu imamını görürsən? O indi qüdrətli hakimin önündə durub. Gərək bu gün onun yalançı olması ifşa olsun.”
Əbülhəsən sakitliklə cavab verdi:
İndiyə qədər mənim qanıma, canıma şərab daxil olmayıb.
Mütəvəkkil başqa bir tədbirə əl atıb, dedi:
-    Onda ey Əbülhəsən! Bizim üçün şer oxu ki, səndən razı qalaq!
-    Şer? ... mən şerlə çox az məşğul oluram.
-    Sənin başqa çarən yoxdur, gərək oxuyasan!
Sarayda sakitlik hökm sürürdü. Hamı gözünü bu iki nəfərə dikmişdi.
Mütəvəkkilin vəziri yenə də gülümsünüb o birinə dedi: “Bu dəfə cənab Mütəvəkkilin sözü çox gözəldir!”
-    Bu nə sözdür deyirsən?
-    Hay-hay ... bizim əmirimiz bu dəfə Əbülhəsəndən elə bir şey istəyib ki, onun nəzərində şərab içmək kimi haram deyil. Onun üçün şer demək asandır. Gərək əmirin bu istəyini yerinə yetirsin. Baxmayaraq ki, ... ha... ha... ha... o, şərab məclisində şeir oxusa onun şəxsiyyəti camaat arasında alçalar. Mütəvəkkil sanki qalib gəlmiş kimi gülümsəyirdi. Əbülhəsən də özünü elə aparırdı ki, guya şeir oxumağa hazırdır. O, mənalı baxışları ilə Mütəvəkkili başdan-ayağa süzdü, sonra isə saraya və camaata nəzər salıb uca və möhkəm bir səslə oxumağa başladı:
Bilirsənmi şahlar necə
Gecə keçirirdilər?
Gözəl saraylarda, uca qalalarda.
Uca qüllələr başında.
İgid oğullaar gecədən səhərə qədər
Onları qoruyurdular.
Amma...
Əfsus ki, o saraylar, qalalar,
Qüllələr, səadətetmədilər.
Niyə o qüdrət və şövkətdən sonra
Onları yerə endirib, qəbirlərə saldılar.
Ah! Nə pis enmək oldu,
Qəbrə qoyandan sonra,
Uca səslə onlara dedilər:
Hey... haradadır taxtınız, tacınız?
Hey... haradadır o gözəl libasınız?
Haradadır gözəl üzlər,
O üzlər ki, gözəl geyimlər
Onu yaraşığa gətirirdi...?
Bu fəryad,
Qəbrin verdiyi ilk sualdır onlara
Daha sonra qəbr dedi:
Bunlar o gözəl üzlərdir ki,
İndi qurdlar onun üstündə gəzir
Doğrudan da bunlar həmin
Adamlardır ki, saraylarda
Yeyib, içib, kef çəkərdilər!
İndi isə...
Bütün o ləzzətlərdən,
Heç nə qalmayıb.
Şeir sona çatdı. Elə bil bu şeir Mütəvəkkilin belini əymişdi. O, bu şeiri dinlədikcə o qədər ağlamışdı ki, göz yaşları saqqalını tamamilə yaş etmişdi. Məclisdə olanlar başlarını aşağı salıb ağlamağa başladılar. Sanki sarayıən sütunları lərzəyə gəldi, arayın tavanı aşağı endi, divarlar bir-birinə yaxınlaşıb möhkəm bədənləri sıxdılar. Sanki aynalar sındı, məşəllər söndü. Sarayın o gecəsi, qəbrə oxşayırdı.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!