NUR ÜZƏRİNƏ NUR SAÇDI, İMAM HADİ (Ə)

:

Sahibimiz həzrət İmam Zamanın (əc) babası olan həzrət İmam Hadi (ə) 212-ci hicri ilinin Zilhiccə ayının 15-də dünyaya göz açaraq imamət ailəsini sevindirib nur üzərinə nur saçdı. 

O həzrət şiələrin onuncu imamı, adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. İmam Əliyyən Nəqi Əl-Hadi (ə) 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı məntəqədə dünyaya gəlmişdir. Atası imam Mühəmməd Cavad (ə), anasının adını isə Səmanə və yaxud Süsən qeyd etmişlər.  (“Əl-irşad”, Şeyx Müfid, s. 327). O həzrət otuz iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yetişmiş və öz evində də torpağa tapşırılmışdır.

Əziz və dəyərli izləyicilərimi! İmam Hadi əleyhissalamın doğum günü bu il (2016) sentyabr ayının 17-nə təsadüf edir. Bu mübarək gün münasibətilə öndə haqq carçılarının sonuncusu Həzrət Sahibəzzəman (əc), onun naibi cənab Ayətullah Xameneiyə və sonra siz əziz mömin qardaş və bacılarımıza təbrik deyir Uca Allahdan hamınıza bərəkətli ömümr sürməyi arzu edirik. 

İmam Hadinin (ə) həyatı haqqında rizvan.az saytı əziz izləyiciləri üçün geniş məqalə hazırlamışdır. Onları aşağıdakı linklərdən əldə edə bilərsiniz. 

İMAM ƏLİYYƏN-NƏQİ(ə)NİN HƏYATI - 1

İMAM ƏLİYYƏN-NƏQİ(ə)NİN HƏYATI - 2

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HADİ (ə), İMAM NƏQİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!