NƏHC-ül-BƏLAĞƏ - 136-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (bey’ətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.

 Sizin mənimlə bey’ətiniz fikirləşmədən və düşüncəsiz deyildi.1 Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin burnuna həlqə keçirib cilovunu çəkdikləri kimi) burnunun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım).

ومن کلام له عليه السلام 

في أمر البيعة 

لَمْ تَکُنْ بَيْعَتُکُمْ إِيَّايَ فَلْتَةً، وَلَيْسَ أَمْرِي وَأَمْرُکُمْ وَاحِداً. إِنِّي أُرِيدُکُمْ لِلَّهِِ وَأَنْتُمْ تُرِيدُونَنِي لِأَنْفُسِکُمْ. أَيُّهَا النَّاسُ، أَعِينُوني عَلي أَنْفُسِکُمْ، وَايْمُ اللهِ لَأٌنْصِفَنَّ الْمَظْلُومَ، مِنْ ظَالِمِهِ, وَلَأَقُودَنَّ الظَّالِمَ بِخِزَامَتِهِ حَتَّي أُورِدَهُ مَنْهَلَ الْحَقِّ وَإِنْ کَانَ کَارِهاً.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

137-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Əksinə, toplaşaraq düzgün fikir və düşüncə əsasında bu işi görmüsünüz. Deməli, sizlərdən heç biriniz bey’ətini pozmamalı və ya peşman olmamalısınız. Bu, Əbu Bəkrə düşünmədən etdiyiniz bey’ət kimi deyil. Onda Ömər də demişdi: إِنَّ بَيْعَةَ أَبِى بَكْرَ كانَتْ فَلْتَةً وَقِى اللهُ شَرَّها فَمَنْ عادَ إِلى مِثْلِها فَاقْتُلُوهُ  yəni, «Əbu Bəkrə düşünülmədən bey’ət edilmişdir. Allah onun şərindən saxlasın. Əgər kimsə onun mislinə qayıtsa, onu öldürün.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!