NƏHC-ül-BƏLAĞƏ - 3-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir.1

Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdül-Üzza olmuş, sonra Həzrət Rəsul - səlləllahu əleyhi və alih - onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi.2
Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.3 Mirasımın tarac olunduğunu görürdüm.4
(Allah Peyğəmbərinin - səlləllahu əleyhi və alih - vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi - özündən sonra - İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyid Rəzi deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Əşanın şeirini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ(Bu şeiri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var.5 Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini istəyir.6 Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi.7 Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.
Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu.8 Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu,9 başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi.10 Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır.
(Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların Beytül-malını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.11
(Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (beyət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Beyətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan beyətlərini pozdu, bir dəstə (Nəhrəvan xəvarici və başqaları) beyətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-taalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür» - deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.)
Agah olun! Toxumu ortadan yarıb cücərdən və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-taalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım 12 xəlifəliyin sonuna əvvəldə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin burnunun suyu qədər dəyərsizdir.

Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim».

(Seyid Rəzi deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَdedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. (أَشْنَقَ النّاقَةَ- əşnəqən-naqətu) dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, həmçinin (وَشَنَقَهَا – və şənəqəhə) də deyirlər. İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا – əşnəqə ləha - buyurur أَشْنَقَهَا – əşnəqəha - demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَاdeməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها – əsləsə ləha - ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: “Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar.”
Hədisdə buyurulur: “Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu.

قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا - yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.)

اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür.

سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى وَإِشْناقُها إِلَى الْأَعْناقِ

“Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir.”

وَ مِنْ خُطبَةٍ له عليه السلام

وَ هِى الْمَعْرُوفة بالشِّقْشِقية

(و تشمل على الشكوى من أمر الخلافة ثم ترجيح صبره عنها ثم مبايعة الناس له)

أَمَا وَ اللَّهِ لَقَدْ تَقَمَّصَها فُلانٌ وَ إِنَّهُ لَيَعْلَمُ أَنَّ مَحَلِّي مِنْهَا مَحَلُّ الْقُطْبِ مِنَ الرَّحَى. يَنْحَدِرُ عَنِّي السَّيْلُ وَ لا يَرْقَى إلَيَّ الطَّيْرُ؛ فَسَدَلْتُ دُونَها ثَوْباً، وَ طَوَيْتُ عَنْها كَشْحاً. وَ طَفِقْتُ أَرْتَئي بَيْنَ أَنْ أَصولَ بِيَدٍ جَذَّاءَ أَوْ أَصْبِرَ عَلَى طَخْيَةٍ عَمْياءَ يَهْرَمُ فِيها الْكَبِيرُ، وَ يَشِيبُ فِيهَا الصَّغِيرُ، وَ يَكْدَحُ فِيها مُؤْمِنٌ حَتَّى يَلْقَى رَبَّهُ

ترجيح الصبر

فَرَأَيْتُ أَنَّ الصَّبْرَ عَلَى هَاتا أحْجَى فَصَبَرْتُ وَ في الْعَيْنِ قَذىً، وَ في الْحَلْقِ شَجاً أَرَى تُراثي نَهْباً

حَتَّى مَضَى الْأَوَّلُ لِسَبيلِهِ، فَأَدْلَى بِها إِلَى فُلانٍ بَعْدَهُ (ثُمَّ تَمَثَّلَ بِقَوْلِ الْأَعْشَى)

شَتّانَ مَا يَوْمِي عَلَى كُورِهَا

وَ يَوْمُ حَيَّانَ أَخِي جَابِرِ

فَيَاعَجَبا!! بَيْنا هُوَ يَسْتَقِيلُها في حَياتِهِ

إِذْ عَقَدَهَا لِآخَرَ بَعْدَ وَفاتِهِ

- لَشَدَّ مَا تَشَطَّرَا ضَرْعَيْها! - فصيّرها في حَوْزَةٍ خَشْنَاءَ يَغْلُظُ كَلْمُها، وَ يَخْشُنُ مَسُّها، وَ يَكْثُرُ الْعِثَارُ فِيها، وَ الْاعْتِذَارُ مِنْهَا، فَصَاحِبُها كَرَاكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَها خَرَمَ، وَ إِنْ أَسْلَسَ لَهَا تَقَحَّمَ، فَمُني النَّاسُ لَعَمْرُ اللَّهِ - بِخَبْطٍ وَ شِماسٍ وَ تَلَوُّنٍ وَاعْتِرَاضٍ؛ فَصَبَرْتُ عَلَى طُولِ الْمُدَّةِ، وَ شِدَّةِ الْمحْنَةِ

حَتَّى إِذَا مَضَى لسَبيله جَعَلَهَا فِي جَمَاعَةٍ زَعَمَ أَنِّي أَحَدُهُمْ، فَيَاللَّهِ وَ لِلشُّورَى! مَتَى اعْتَرَضَ الرَّيْبُ فِيَّ مَعَ الْأَوَّلِ مِنْهُمْ، حَتَّى صِرْتُ أُقْرَنُ إِلَى هذِهِ النَّظَائِرِ!! لكِنِّي أَسْفَفْتُ إذْ أسَفُّوا وَ طِرْتُ إذْ طَارُوا؛ فَصَغَى رَجُلٌ مِنْهُمْ لِضغْنِهِ وَ مَالَ الْآخَرُ لِصِهْرِهِ مَعَ هَنٍ وَهَنٍ إِلَى أَنْ قامَ ثالِثُ الْقَوْمِ نافِجاً حِضْنَيْهِ بَيْنَ نَثِيلِهِ وَ مُعْتَلَفِهِ، وَ قَامَ مَعَهُ بَنُوا أَبِيهِ يَخْضَمُونَ مَالَ اللَّهِ خَضْمَ الْإِبِلِ نِبْتَةَ الرَّبِيعِ إِلَى أَنِ انْتَكَثَ عَلَيْهِ فَتْلُهُ، وَ أَجْهَزَ عَلَيْهِ عَمَلُهُ وَ كَبَتَ بِهِ بِطْنَتُهُ

مبايعة علي

فَمَا رَاعَني إِلاَّ وَ النَّاسُ كَعُرْفِ الضَّبُعِ إِلَيَّ يَنْثالُونَ عَلَيَّ مِنْ كُلِّ جَانِبٍ حَتَّى لَقَدْ وُطِيَ الْحَسَنَانِ، وَ شُقَّ عِطْفايَ، مُجْتَمِعِينَ حَوْلي كَرَبِيضَةِ الْغَنَمِ فَلَمَّا نَهَضْتُ بِالْأَمْرِ نَكَثَتْ طَائِفَةٌ، وَ مَرَقَتْ أُخْرَى، وَ قَسَطَ آخَرُونَ كَأَنَّهُمْ لَمْ يَسْمَعُوا اللَّهَ سُبْحَانَهُ يَقُولُ: تَلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوَّا في الْأَرْضِ وَ لاَ فَسَاداً وَ الْعَاقِبَةُ لِلْمُتَّقِينَ بَلَى! وَ اللَّهِ لَقَدْ سَمِعُوهَا وَ وَعَوْهَا، وَ لكِنَّهُمْ حَلِيَتْ الدُّنْيَا في أَعْيُنِهِمْ وَرَاقَهُمْ زِبْرِجُها. أَمَا وَ الَّذِي فَلَقَ الْحَبَّةَ، وَ بَرَأَ النَّسَمَةَ لَوْ لا حُضُورُ الْحَاضِرِ وَ قِيامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ، وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ، وَ لا سَغَبِ مَظْلُومٍ، لَأَلْقَيْتُ حَبْلَها عَلَى غَارِبِها، وَ لَسَقَيْتُ آخِرَهَا بِكَأْسِ أَوَّلِها، وَ لَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هذِهِ أَزْهَدَ عِنْدي مِنْ عَفْطَةِ عَنْزٍ

قالوا: و قام إليه رجل من أهل السواد عند بلوغه إلى هذا الموضع من خطبته فناوله كتاباً (قيل إن فيه مسائل كان يريد الاجابة عنها)، فأقبل ينظر فيه (فلما فرغ من قراءته) قال له ابن عباس: يا أميرالمؤمنين، لو اطَّردتْ خُطْبتُكَ من حيث أفضيت

فَقَالَ: هَيْهَاتَ يابْنَ عَبَّاسٍ! تِلْكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ

قال ابن عباس: فواللَّه ما أسفت على كلام قط كأسفي على هذا الكلام ألاَّ يكون أميرالمؤمنين عليه السلام بلغ منه حيث أراد.

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

4-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Həzrət xütbənin sonunda İbn Abbasa buyurdu: يا ابن عَباسٍ تِلكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ «Burada zülm və sitəm vasitəsilə məndən önə keçən üç xəlifədən şikayət xalqı doğru yola hidayət coşqusuna və şövqünə görə edilmişdir. Bir dəvənin şiqşiqəsi tək səs salıb öz yerində dayanması kimi. Yəni, belə sözlər hər zaman və həmişə söylənilməz». «Şiqşiqə» lüğətdə həyəcanlandıqda və nəfəsi daraldıqda dəvənin ağzından bayıra çıxararaq boğazının alt hissəsində səsləndirdiyi, ilk baxışda dillə səhv salınan qoyunun ağ ciyərinə oxşar ət parçasıdır.
2. Dəyirmanın dövr etməsi və fırlanması ortadakı dəmir mismardan asılı olduğu, onsuz dəyirman xüsusiyyətinə malik olmadığı kimi, xilafətin məndən qeyrisinin əlində olmasının da ziyanı vardır, belə olduqda o, bir küncə atılmış, küfr və zəlalətin ayaqları altında tapdanan daşa bənzər.
3. Çox kədərləndim, çünki Əbu Bəkr və qeyrilərinin xəlifəliyində azğınlıqdan başqa bir şey görmürdüm. Tənha və köməksiz olduğumdan söz deyə bilmirdim.
4. Xəlifəiyi qəsb etdilər və bundan törəyən fəsadlar yer üzündə Ali-Mühəmmədin Qaiminin - əleyhis-salam - qiyamına qədər qalacaqdır.
5. Cabirin qardaşı Həyyan Yəmamə şəhərində çoxlu qala, dövlət və sərvət sahibi, qövmünün böyüyü idi, hər il Kəsra ona qiymətli hədiyyələr göndərdiyinə görə xoş güzəran keçirir, heç vaxt səfər çətinliklərinə qatlanmırdı. Şair Əşa da Bəni-Qeys tayfasından olub, onun yaxın dostu idi. İmam əleyhis-salamın onun şeirini misal çəkməkdə məqsədi birinci mənaya görə Rəsulullahın (səlləllahu əleyhi və alih) vəfatından sonra haqqı qəsb olunaraq, ev dustağı və zülm-sitəmlərə məruz qaldığı vaxtla, Həzrət Peyğəmbərin sağlığında camaatın pərvanətək onun başına dolandığı iki gün arasında fərqi; ikinci izaha görə isə möhnət və qəm içində keçirdiyi güzəranla, özlərinin batil məqsədlərinə çatmaqla şad-xürrəm olanlar arasında olan fərqi bəyan etmək idi. Sonra Əbu Bəkrin məkr və şeytançılıqlarını xatırladaraq buyurur.
6. Deyirdi أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ yəni, «ey camaat, öz beyətlərinizi məndən götürərək məni xəlifəlikdən uzaqlaşdırın, mən sizlərdən yaxşı deyiləm və Əli sizin aranızdadır.
7. O, cümlədən, hamilə qadının daş-qalaq olunmasını əmr etməsi. Əmirəl-möminin bununla əlaqədar olaraq buyurdu: «Əgər bu qadın günah edibsə, onun uşağının ki, bir günahı yoxdur və o, daş-qalaq olunmamalıdır. Ömər dedi: لَوْ لا عَلىٌّ لَهَلَكَ عُمَرٌ yəni, «Əli olmasaydı Ömər mütləq həlak olardı». Bu sözü həmişə təkrar edərdi.
8. Çünki Əbu Lolo ona altı bıçaq zərbəsi vurmuşdu və o, həmin yaralar nəticəsində öləcəyini bilirdi. Xəlifəni təyin etmək üçün ”Şura-məşvərət” məclisi təşkil etdi. Bu o zaman baş verdi ki, qəbilə başçıları onun yanında toplaşıb dedilər: «Yaxşı olar ki, sən razı olduğun bir kəsi özünə canişin və xəlifə təyin edəsən» və Ömər onların cavabında dedi: «Ətrafımda yığışan sizlərdən heç birinizin nə ölüsü, nə də dirisinin xilafət yükünü öz öhdəsinə götürməyini istəmirəm. Dedilər: «Səninlə məsləhətləşirik, məsləhət bildiyini söylə». Dedi: «Bu işə yeddi nəfəri layiq bilirəm. Rəsulallahdan eşitmişəm ki, onlar Behişt əhlidir. Birincisi Səd ibn Zeyddir. O, mənimlə qohum olduğuna görə onu çıxarıram. Digər 6 nəfər Səd ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Ovf, Təlhə, Zübeyr, Osman və Əlidir. Səd ibn Vəqqasın kobudluq və pis əxlaqdan başqa xəlifəlik üçün başqa bir maneəsi yoxdur. Əbdürrəhman ibn Ovf bu ümmətin Qarunu olduğuna görə layiq deyil. Təlhə qürur və təkəbbürünə, Zübeyr paxıllıq və xəsisliyinə, Osman qohum-əqrabasını sevdiyinə, Əli əleyhis-salam isə xəlifəliyə həris olduğuna görə layiq deyil. Sonra dedi: «Suheyb üç gün camaatla namaz qılsın, siz bu altı nəfəri öz içlərindən birini xəlifə seçmələri üçün üç gün bir evdə toplayın. Əgər onlardan beşi müttəfiq, biri onların əleyhinə olarsa, həmin bir nəfəri öldürün. Əgər üç nəfər razılaşıb, üçü onlara qarşı çıxarsa Əbdürrəhmanın da arasında olduğu üç nəfəri seçib digər üç nəfəri öldürün!” Onun ölümündən və dəfnindən sonra xəlifəni təyin etmək üçün yığışdılar. Əbdürrəhman dedi: Mən və əmim oğlu Səd ibn Əbi Vəqqas bu işin üçdə birini təşkil edirik. Biz ikimiz xəlifəlik istəmirik, sizlərdən ən yaxşısını bu vəzifəyə seçirik. Sonra üzünü Sədə tutaraq dedi: «Gəl biz bir şəxsi təyin edib ona beyət edək ki, camaat da ona beyət etsin. Səd dedi: «Osman sənin arxanca gəlsə, mən üçüncü olaram. Osmanı təyin etmək istəyirsənsə, mən Əlini istəyirəm. Əbdürrəhman Sədin razılığını əldə etməkdən məyus olduqda Əbu Təlhəni əlli nəfər ənsarla götürüb onları xəlifə təyin etməyə vadar etdi. Üzünü Əli əleyhis-salama tərəf çevirərək onun əlindən tutub dedi: «Bir halda sənə beyət edərəm ki, Allahın kitabı, Peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifə Əbu Bəkrlə Ömərin yoluna əməl edəsən. Həzrət buyurdu: «Qəbul edərəm, bir halda ki, Allahın kitabı, Rəsulallahın sünnəsi və öz ictihadım, fikrim əsasında hərəkət edim!” Sonra Əbdürrəhman o Həzrətin əlini buraxıb, Osmana üz tutub onun əlini götürüb Əli əleyhis-salama dediyini ona da dedi. Osman qəbul etdi. Sonra Əbdürrəhman üç dəfə bunu Əliyə və Osmana təkrarladı, hər dəfə onların hər birindən eyni cavab eşitdi. Sonra dedi: «Ey Osman, xəlifəlik sənindir!» Ona beyət etdi və camaat da ona beyət etdi.
9. Hətta Osmanın qətlindən sonra belə o Həzrətə beyət etməyən Səd ibn Vəqqas nəzərdə tutulur.
10. Osmanın ana bir bacısının əri olan Əbdürrəhman ibn Ovf nəzərdə tutulur.
11. İsrafçılıq və Beytül-malın qövmünə bəxşiş olunması, yoxsullara və buna haqqı çatanlara isə qadağan edilməsi nəticəsində camaat yığılaraq xəlifəliyi qəsb etməsindən on bir il on bir ay on səkkiz gün sonra onu öldürdü.
12. Xilafət dəvəsi istədiyi yerə getsin, istədiyi tikanlıqda otlasın, hər zalım və fasiqin azğınlığına tuş gəlsin.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!