NƏHC-ül-BƏLAĞƏ - 5-Cİ XÜTBƏ

:

Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin beyət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.1

Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin.2 Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu (hökumət), iylənmiş su və yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.)

وَ مِنْ خُطبَةٍ له عليه السلام

 لما قبض رسول اللَّه صلى الله عليه وآله وسلم و خاطبه العباس و أبوسفيان ابن حرب في ان يبايعها له بالخلافة - و ذلك بعد ان تمت البيعة لأبي بكر في السقيفة و فيها ينهى عن الفتنة و يبين عن خلقه و علمه

 النهي عن الفتنة
 أَيُّها النَّاسُ، شُقُّوا أَمْوَاجَ الْفِتَنِ بِسُفُنِ النَّجَاةِ، وَ عَرَجُوا عَنْ طَريقِ الْمُنَافَرَةِ، وَضَعُوا تِيجَانَ الْمُفَاخَرَةِ أَفْلَحَ مَنْ نَهَضَ بِجِنَاحٍ، أَوِ اسْتَسْلَمَ فَأَرَاحَ. هذَا مَاءٌ آجِنٌ وَ لُقْمَةٌ يَغَصُّ بِهَا آكِلُها. وَ مُجْتَني الَّثمَرَةِ لِغَيْرِ وَقْتِ إينَاعِهَا كالزَّارِعِ بِغَيْرِ أَرْضِهِ

 خلقه و علمه
 فَإِنْ أَقُلْ يَقُولُوا: حَرَصَ عَلَى الْمُلْكِ، وَ إِنْ أَسْكُتْ يَقُولُوا: جَزِعَ مِنَ الْمَوْتِ هَيْهَاتَ بَعْدَ اللَّتَيَّا وَ الَّتي وَ اللَّهِ لاَبْنُ أَبي طَالِبٍ آنَسُ بِالْمَوْتِ مِنَ الطَّفْلِ بِثَدْيِ أُمه، بَل انْدَمَجْتُ عَلَى مَكْنُونِ عِلْمٍ لَوْ بُحْتُ بِهِ لَاضْطَرَبْتُمْ اضطِراب الْأَرْشِيَةِ في الطَّوِيِّ الْبَعِيدَةِ

 Hazırladı: Rəsul Mahmudzadə

 Ardı var...

6-CI XÜTBƏNİ BURADAN OXUYUN


1.   Həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra, camaat Bəni-Saidənin «Səqifə»sinə, yəni, Ənsarın (Mədinə əhlinin) yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə də bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: «Mənim narahatlığım və təəccüblənməyim xəlifəliyin Bəni-Haşimin əlindən çıxaraq Bəni-Teymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, Bəni-Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona beyət edək! Sən Peyğəmbərin əmisi olduğuna və Qüreyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik». Sonra bir dəstə ilə beyət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəl-möminin əleyhis-salam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur.
2.   Bizim itaət və tabeçilik gəmimizə minərək özünüzü fitnə-fəsad dənizinin fırtınalarından xilas edin. Sizin din və dünyanızın xeyri bundadır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!