NƏHC-ül-BƏLAĞƏ - 177-Cİ XÜTBƏ

:

Allah-təalanı bir iş digər bir işdən saxlamır.1 Zaman onu dəyişdirmir. (Çünki O, zamanın yaradanıdır, zamanı əhatə edib və vacibəl-vücud varlıqdır. Dəyişmək isə vücudu mümkün olan varlığın xüsusiyyətlərindəndir.) Heç bir yer və məkan Onu əhatə etməz. (Çünki haradasa yerləşmək və qərar tutmaq cisim və maddi varlıq olmağı tələb edir. O isə cisim deyil.) Heç bir dil Onu (Onun zatının mahiyyət və həqiqətini) vəsf edə bilməz. Su damcılarının sayı, göyün ulduzları, küləyin havaya səpələdiyi şey, qarışqanın sərt daşlar üzərində hərəkəti və zülmət və qaranlıq gecədə kiçik qarışqaların yataqları Ona gizli deyil. Yarpaqların düşdükləri yeri və gözaltı baxışları bilir. Bənzəri olmamış, varlığında şəkk-şübhə olmayan və din və yaratması inkaredilməz olan Allahdan başqa bir mə’budun (ibadət olunanın) olmamasına şəhadət verirəm, niyyəti düz (səmimi qəlbdən), batini (riyakarlıq və özünü göstərməkdən) saf, yəqin və inamı (şəkk və tərəddüddən) pak və tərəziləri ağır (gözəl əməlləri çox) olan şəxsin şəhadəti kimi! Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Onun yaratdıqları arasından seçilib, hökmlərinin bəyan edilməsi üçün bəyənilib, qiymətli lütflərinə məxsus edilib və gözəl xəbər və tapşırıqlarının çatdırılması üçün seçilib. Onun vasitəsi ilə hidayət və nicat nişanələri aşkar olub və korluq və azğınlıq zülmətləri işıqlanıb.
Camaat! Dünya onu istəyəni və ona arxalananı aldadır, onun vurğunu olan (və onu özü üçün istəyən) kimsəyə simiclik etmir (çirkinliklərə düçar edir) və ona qalib gələnə (malını əldə edənə) qələbə çalacaqdır (məhv edəcəkdir). And olsun Allaha ki, heç vaxt nemət bolluğu və həyatın şadlığında olan heç bir tayfanın firavanlıq və şadlığı etdikləri günahlardan başqa bir şey səbəbindən zavala uğramayıb.2 Çünki (əgər onlar nemət nankorluğu və günah etməklə yenə nemətə layiq olsaydılar, nemətin onlardan əsirgənməsi birindən layiq olduğu şeyi əsirgəmək olardı ki, bu da zülmdür. Allahın zülm etməsi isə qeyri-mümkündür, necə ki, Ənfal surəsinin 51-ci ayəsində buyurulur:) «أَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ» «Allah bəndələrə əsla zülm edən deyildir».3 Əgər insanlar çətinliklər onlara üz tutanda və nemətlər onlardan alınanda düzgün niyyət və vurğun qəlblərlə Rəbblərinə pənah aparsalar, O, əldən çıxanı onlara qaytarar və hər bir fəsadı onlar üçün islah edər, düzəldər. Mən sizin (xilafəti qəsb edərək Həzrət Peyğəmbərin vəsiyyətinə uyğun davranmayan kəslərə tabe olmaq kimi nalayiq əməlləriniz nəticəsində cahiliyyət dövrünün insanları kimi) durğunluq və boşluğa düçar olmağınızdan (Peyğəmbərin dinindən uzaqlaşaraq zaman keçdikcə dindən əl götürüb nadanlıq və azğınlıq nəticəsində puç və yanlış düşüncələrə tabe olmağınızdan) qorxuram. Bir sıra işlər olub keçdi (xəlifələr haqları olmadan iş üstünə gəldilər) ki, siz onlara meyl göstərərək haqdan əl götürdünüz və mənim yanımda bəyənilməyən və xoşagəlməz insanlar idiniz. Əgər (Allahın Peyğəmbərinin - səlləllahu əleyhi və alih - zamanında) malik olduğunuz üsul və qayda (çirkinliklərdən sonra) sizə qayıtsa, xoşbəxtlərdən olacaqsınız. Mənim vəzifəm ancaq (işlərin düzəlməsi və öyüd-nəsihət vermək istiqamətində) səy və təlaş göstərməkdir. Əgər (sizin üç xəlifənin zamanındakı çirkin söz və əməllərinizi) demək istəsəydim, deyərdim. (Lakin onları əfv etmək və onlara göz yummaq məsləhətdir.) Allah olub keçənləri əfv etsin, bağışlasın.

 

ومن خطبة له عليه السلام في الشهادة والتقوي

وقيل: إنّه خطبها في أول خلافته الله و رسوله

لاَ يَشْغَلُهُ شَأْنٌ، وَلاَ يُغَيِّرُهُ زَمَانٌ، وَلاَ يَحْوِيهِ مَکَانٌ، وَلاَ يَصِفُهُ لِسَانٌ، وَلاَ يَعْزُبُ عَنْهُ عَدَدُ قَطْرِ الْمَاءِ، وَلاَ نُجُومِ السَّماءِ، وَلاَسَوَافِي الرِّيحِ فِي الْهَوَاءِ، وَلاَ دَبِيبُ النَّمْلِ عَلَي الصَّفَا، وَلاَ مَقِيلُ الذَّرِّ فِي اللَّيْلَةِ الظَّلْمَاءِ. يَعْلَمُ مَسَاقِطَ الْأَوْرَاقِ، وَخَفِيَّ طَرْفِ الْأَحْدَاقِ. وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ غَيْرَ مَعْدُولٍ بِهِ، وَلاَ مَشْکُوکٍ فِيهِ، وَلاَ مَکْفُورٍ دِينُهُ، وَلاَ مَجْحُودٍ تَکْوِينُهُ، شَهَادَةَ مَنْ صَدَقَتْ نِيَّتُهُ، وَصَفَتْ دِخْلَتُهُ، وَخَلَصَ يَقِينُهُ، وَثَقُلَتْ مَوَازِينُهُ. وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، الْمُجْتَبَي مِنْ خَلاَئِقِهِ، وَالْمُعْتَامُ لِشَرْحِ حَقَائِقِهِ، وَالْمُخْتَصُّ بِعَقَائِلِ کَرَامَاتِهِ، وَالْمُصْطَفَي لِکَرَائِمِ رِسَالاَتِهِ، وَالْمُوَضَّحَةُ بِهِ أَشْرَاطُ الْهُدَي، وَالْمَجْلُوُّ بِهِ غِرْبِيبُ الْعَمَي. أَيُّهَا النَّاسُ، إنَّ الدُّنْيَا تَغُرُّ الْمُؤَمِّلَ لَهَا وَالْمُخلِدَ إِلَيْهَا، وَلاَ تَنْفَسُ بِمَنْ نَافَسَ فِيهَا، وَتَغْلِبُ مَنْ غَلَبَ عَلَيْهَا. وَايْمُ اللهِ، مَا کَانَ قَوْمٌ قَطُّ فِي غَضِّ نِعْمَةِ مِنْ عَيْشٍ فَزَالَ عَنْهُمْ إِلاَّ بِذُنُوبٍ اجْتَرَحُوهَا، لاَِنَّ (اللهَ لَيْسَ بِظَلاَّمٍ لِلْعَبِيدِ) وَلَوْ أَنَّ النَّاسَ حِينَ تَنْزِلُ بِهِمُ النِّقَمُ، وَتَزُولُ عَنْهُمُ النِّعَمُ، فَزِعُوا إِلَي رَبِّهِمْ بِصِدْقٍ مِنْ نِيَّاتِهمْ، وَوَلَهٍ مِنْ قُلُوبِهمْ، لَرَدَّ عَلَيْهِمْ کُلَّ شَارِدٍ، وَأَصْلَحَ لَهُمْ کُلَّ فَاسِدٍ، وَإنِّي لَأَخْشَي عَلَيْکُمْ أَنْ تَکُونُوا فِي فَتْرَةٍ. وَقَدْ کَانَتْ أُمُورٌ مَضَتْ، مِلْتمْ فِيهَا مَيْلَةً، کُنْتُمْ فِيهَا عِندِي غَيْرَ مَحْمُودِينَ، وَلَئِنْ رُدَّ عَلَيْکُمْ أَمْرُکُمْ إنَّکُمْ لَسُعَدَاءُ، وَمَا عَلَيَّ إلاَّ الْجُهْدُ، وَلَوْ أَشَاءُ أَنْ أَقُولَ لَقُلْتُ: عَفَا اللهُ عَمَّا سَلَفَ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

178-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki hər hansı bir iş o şəxsi digər işdən saxlayır ki, onun elm və biliyində naqislik və ya güc və qüdrətində məhdudluq olsun.
2. Necə ki, Rə’d surəsinin 11-ci ayəsində buyurur: « إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ» «Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmir.» Həmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: «وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ» «Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm və arxayın idi və hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq və qorxu libası geydirərək onlara çətinlik və bəlanın dadını daddırdı və etdiklərinə görə onları hər cür çətinlik və aclığa düçar etdi».
3. İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə və mütləq şəkildə belə deyil. Çünki Allah bəzən də bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam və dərəcələrini yüksəltmək üçün neməti onlardan alır və rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: «وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ» «Biz sizi qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) və Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət və mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır».

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!