NƏHC-ül-BƏLAĞƏ - 22-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.)

Agah olun ki, şeytan zülmün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,) özlərinin tərk etdikləri haqqı, özləri tökdükləri qanı (qisası) tələb etməkdədirlər. Belə isə əgər mən o qanın tökülməsində (Osmanın qətlində), onlarla ortaq olmuş olsaydım, onlara da bundan fayda çatardı.1 Əgər mənsiz özləri bu işi ediblərsə onda onlardan başqa heç kəs təqsirləndirilməməlidir. Onların ən böyük dəlil və sübutları (Osmanın qətlində iştirakı mənim adımla bağlamaları) öz zərərinədir. (Çünki özləri onu qətlə yetiriblər və mən bilirəm ki, onlar Osmanın qanını almaq niyyətində deyillər, onlar) südü qurumuş anadan süd istəyirlər, ölmüş bidəti diriltmək istəyirlər.2 Ey dəvət edən naümid, (ya məni müharibəyə, ya da özünlə razılaşmağa çağırırsan, hazır ol) dəvət edən kimdir və nə ilə cavab veriləcək?.3 Mən Allahın onlara olan höccətinə və onlar barəsində elminə razıyam.4 Əgər onlar boyun qaçırsalar, (haqq yoluna dönməsələr) qılıncın iti tərəfini onlara yönəldərəm (onları qətlə yetirərəm) ki, batildən (zülm və cövr xəstəliyindən) şəfa tapmaq üçün bu onlara kifayət edər və haqqa kömək olar. Vuruşmaq üçün meydana çıxmağımı mənə xəbər yollamaları, döyüşdə dözümlü və səbrli olmağımı demələri nə qədər heyrətlidir! Anaları vaylarına otursun, heç vaxt mən müharibə ilə təhdid olunmamışam, qılınc zərbəsindən qorxmamışam. Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur. (Təhdid olunmaq və qorxmaq öz Allahına yəqinliyi olmayan, dinində şübhəsi olan kəslərə layiqdir. Onlar buna görə ölməkdən və öldürməkdən qorxurlar.)

وَ مِنْ خُطَبةٍ لهُ عليه السلام
 حين بلغه خبر الناكثين ببيعته

 و فيها يذم عملهم و يلزمهم دم عثمان و يتهدهم بالحرب
 ذم الناكثين
 أَلاَ وَ إِنَّ الشَّيْطَانَ قَدْ ذَمَرَ حِزْبَهُ، وَ اسْتَجْلَبَ جَلَبهُ، لِيَعُودَ الْجَوْرُ إِلَى أَوْطَانِهِ، وَ يَرْجِعَ الْبَاطِلُ إِلَى نِصابِهِ. وَ اللَّهِ مَا أَنْكَرُوا عَلَيَّ مُنْكَراً، وَ لاَ جَعَلُوا بَيْني وَ بَيْنَهُمْ نَصَفاً.
دم عثمان
 وَ إِنَّهُمْ لَيَطْلُبُونَ حَقًّا هُمْ تَرَكُوهُ، وَ دَمَاً هُمْ سَفَكُوهُ؛ فَلَئِنْ كُنْتُ شَرِيكَهُمْ فِيهِ فَإِنَّ لَهُمْ لَنَصِيبَهُمْ مِنْهُ، وَ لَئِنْ كانُوا وَلُوهُ دُونِي، فَمَا التَّبِعَةُ إِلاَّ عِنْدَهُمْ، وَ إِنَّ أَعْظَمَ حُجَّتِهِمْ لَعَلَى أَنْفُسِهِمْ يَرْتَضِعُونَ أُمًّا قَدْ فَطَمَتْ وَ يُحْيُونَ بِدْعَةً قَدْ أُمِيتَتْ. يا خَيْبَةَ الدَّاعِي! مَنْ دَعَا! وَ إِلاَمَ أُجِيبَ! وَ إِنَي لرَاضٍ بِحُجَّةِ اللَّهِ عَلَيْهِمْ وَ عِلْمِهِ فِيهِمْ
 التهديد بالحرب
 فَإِنْ أَبَوْا أَعْطَيْتُهُمْ حَدَّ السَّيْفِ وَ كَفَى بِهِ شَافِياً مِنَ الْبَاطِلِ، وَ نَاصِراً لِلْحَقِّ! وَ مِنْ الْعَجَبِ بَعْثُهُمْ إِلَيَّ أَنْ أَبْرُزَ لِلطِّعَانِ! وَ أَنْ أَصْبِرَ لِلْجِلادِ،هَبِلَتْهُمْ الْهَبُولُ! لَقَدْ كُنْتُ وَ مَا أُهَدَّدُ بِالْحرْبِ، وَ لاَ أُرْهَبُ بِالضَّرْبِ! وَ إِنِّي لَعَلَى يَقِينٍ مِنْ رَبّي، وَ غَيْرَ شُبْهَة مِنْ دِيني

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

23-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Belə isə bunlar Osmanın qanını almağa qalxmamalıdırlar, çünki özləri də qatildirlər. Varis deyillər ki, onun qanını tələb edə bilsinlər.
2. Mənim də Osman kimi müsəlmanların, fəqirlərin malından istədikləri hər bir şeyi onlara verməyimi umurlar, lakin mən belə etməyəcəyəm, onun bidətini qaytarmayacağam.
3. Bu cümlədə məqsəd o Həzrət müharibəyə dəvət edənin-istər Təlhə, ya Zübeyr və ya istərsə də Ayişə olsun - alçaqlığını bəyan etməkdir.
4. Allah-taalanın mənimlə onlar arasında hökm etdiyi ilə və onlara tamamladığı höccətiylə razıyam. Allah onların niyyətlərindəki fəsaddan və işlərindəki zəlalətdən agahdır. Allahın höccəti dedikdə Onun düşmənlərlə vuruşum haqqında olan əmri nəzərdə tutulur. Qurani-Kərimin «Hücurat» surəsinin doqquzuncu ayəsində buyurulduğu kimi:وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ  - Yəni, əgər möminlərdən iki tayfa bir-birilə vuruşsa, onlar arasında sülh yaradın. Əgər bu iki tayfadan biri həddini aşsa, zülm etsə və sülhə razı olmasa, həddini aşanlarla vuruşun ki, Allahın hökmünə qayıtsınlar, onun əmr və fərmanına itaət etsinlər. Beləliklə də, əgər haqqa qayıdıb, vuruş¬maqdan əl çəksələr, onlar arasında bərabər səviyyədə sülh yaradın və ədalətli olun ki, Allah ədalətliləri sevir. Bununla o Həzrət Allahın əmrinə razı olduğunu bildirir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!