NƏHC-ül-BƏLAĞƏ - 23-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o, yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:)

Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü-qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır.1 Buna görə də sizlərdən biriniz qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin.2 Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir: ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır, yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-taala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun! Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-taala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik.
Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-taalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır.3
Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar.
(Seyid Rəzi buyurur:) Deyirəm: (غَفِيرَة – əfirə)bu xütbədə çoxluq mənasındadır. Necə ki,( جمع كثير – cəmin kəsir) sözünün yerinə (جَمُّ غَفِير və جَمّآءُ غَفِير cəmmun əfir) deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً (əfvətun) deyilmişdir.  عَفْوَ yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ (əkəltu əvət-təam) yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.

وَ مِنْ خُطَبةً لهُ عليه السلام
و تشمل على تهذيب الفقراء بالزهد و تأديب الاغنياء بالشفقة

تهذيب الفقراء
أَمَّا بَعْدُ فَإِنَّ الْأَمْرَ يَنْزِلُ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ كَقَطَرَاتِ الْمَطَرِ إِلَى كُلِّ نَفْسٍ بِما قُسِمَ لَها مِنْ زِيادَةٍ أَوْ نُقْصَانٍ، فَإِنْ رَأَى أَحْدُكُمْ لِأَخِيهِ غَفيِرَةً فِي أَهْلٍ أَوْ مَالٍ أَوْ نَفْسٍ فَلا تَكُونَنَّ لَهُ فِتْنَةً؛ فَإِنَّ الْمَرْءَ الْمُسْلِمَ مَالَمْ يَغْشَ دَنَاءَةً تَظْهَرُ فَيَخْشَعُ لَها إِذَا ذُكِرَتْ، وَ يُغْرَى بِها لِئَامُ النَّاسِ، كانَ كالْفَالِجِ الْيَاسِرِ الَّذِي يَنْتَظِرُ أَوَّلَ فَوْزَةً مِنْ قِدَاحِهِ تُوجِبُ لَهُ الْمَغْنَمَ، وَ يُرْفَعُ بِهَا عَنْهُ الْمَغْرَمُ، وَ كَذلِكَ الْمَرْءُ الْمُسْلِمُ الْبَرِيءُ مِنَ الْخِيَانَةِ يَنْتَظِرُ مِنَ اللَّهِ إِحْدَى الْحُسْنَيَيْنِ: إِمَّا دَاعِيَ اللَّهِ فَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لَهُ، وَ إِمَّا رِزْقَ اللَّهِ فَإِذا هو ذُو أَهْلٍ وَ مَالٍ، وَ مَعَهُ دِينُهُ وَ حَسَبُهُ. وَ إِنَّ الْمَالَ وَ الْبَنِينَ حَرْثُ الدُّنْيَا، وَ الْعَمَلَ الصَّالِحَ حَرْثُ الْآخِرَةِ، وَ قَدْ يَجْمَعُهُمَا اللَّهُ تَعَالَى لِأَقْوَامٍ، فَاحْذَرُوا مِنَ اللَّهِ مَا حَذَّرَكُمْ مِنْ نَفْسِهِ، وَ اخْشَوْهُ خَشْيَةً لَيْسَتْ بِتَعْذيرٍ وَ اعْمَلُوا فِي غَيْرِ رِيَاءٍ وَ لاَسُمْعَةٍ؛ فَإِنَّهُ مَنْ يَعْمَلْ لِغَيْرِ اللَّهِ يَكِلْهُ اللَّهُ لِمَنْ عَمِلَ لَهُ. نَسْأَلُ اللَّهَ مَنَازِلَ الشُّهَدَاءِ، وَ مُعَايَشَةَ السُّعَدَاءِ، وَ مُرَافَقَةَ الْأَنْبِيَاءِ

تأديب الاغنياء
أَيُّهَا النَّاسُ، إِنَّهُ لاَيَسْتَغْني الرَّجُلُ - وَ إِنْ كانَ ذَا مالٍ - عَنْ عَتْرَتِهِ، وَ دِفَاعِهِمْ عَنْهُ بِأَيْديهِمْ وَ أَلْسِنَتِهِمْ، وَ هُمْ أَعْظَمُ النَّاسِ حَيْطَةً مِنْ وَرَائِهِ، وَ أَلَمُّهُمْ لِشَعَثِهِ، وَ أَعْطَفُهُمْ عَلَيْهِ عِنْدَ نازِلَةٍ إِذَا نَزَلَتْ بِهِ. وَ لِسَانُ الصِّدْقِ يَجْعَلُهُ اللَّهُ لِلْمَرْءِ فِي النَّاسِ خَيْرٌ لَهُ مِنَ الْمَالِ يَرِثُهُ غَيْرَهُ
و منها: أَلاَ لاَيَعْدِلَنَّ أَحَدُكُمْ عَنِ الْقَرابَةِ يَرَى بِهَا الْخَصَاصَةَ أَنْ يَسُدَّهَا بِالذِي لا يَزِيدُهُ إِنْ أَمْسَكَهُ وَ لاَ يَنْقُصُهُ إِنْ أَهْلَكَهُ وَ مَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِيرَتِهِ، فَإِنَّمَا تُقْبَضُ مِنْهُ عَنْهُمْ يَدٌ وَاحِدَةٌ، وَ تُقْبَضُ مِنْهُمْ عَنْهُ أَيْدٍ كَثِيرَةٌ؛ وَ مَنْ تَلِنْ حَاشِيَتُهُ يَسْتَدِمْ مِنْ قَوْمِه الْمَوَدَّةَ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

24-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Hər bir kəs Allah-taalanın hikmət və ədalət əsasında onun üçün təyin etdiyindən bəhrələnər. Qurani-Kərimin «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulduğu kimi: نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا - yəni, dünya həyatında onlara çatacaq şeyləri aralarında bölmüşük. Hicr surəsinin 21-ci ayəsində buyurulur: وَ إِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ - yəni, elə bir şey yoxdur ki, onun xəzinələrindən bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən olunmuş qədər endiririk.»
2. Beləliklə, yoxsul və kasıb şəxs öz taylarında, yaxınlarında mal, gəlir yeri və ya övlad cəhətdən üstünlük görsə, onların paxıllığını çəkib günaha düşməməli, onlarla pis rəftar etməməli, onların qarşısında əyilməməlidir. Ehtiyacsızlığını izhar edib qəm-kədəri qəlbinə buraxmamalıdır. Alçaqlıq və xarlığa səbəb olan işlərin baş verməməsi, abır-həyasını və şərəfini yaxşı qorumaq üçün çalışmalıdır. Həmişə udmağını gözləyən uduzmuş qumarbaz kimi şad olub, nemətin çoxalmasını gözləməlidir.
3. Çünki yaxşı ad onu eşidən qohum və ya yadın onun bağışlamasını dua etmələrinə səbəb olar. İrs isə yalnız irs sahibinə bəhrə verər. Deməli, yaxşı ada görə var-dövlət xərcləmək insan üçün varisə sərvət saxlamaqdan daha yaxşıdır. Bu cümlədə göstərilir ki, insanlar malını qohumları üçün xərcləməkdən çəkinməməli, onlara yardım etməli, əllərindən tutmalıdır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!