NƏHC-ül-BƏLAĞƏ - 95-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allah-taalaya həmd-səna edildiyi və həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – vəsf olunduğu) xütbələrindən biridir.
Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur və axırdır (bütün yaradılmışların qayıdışı onadır).

Ondan sonra bir şey yoxdur. (Əlamət və nişanələrə görə) görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və (zatının əsli) gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. (Başqa sözlə desək,) görünən və qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc və qüdrəti qarşısında acizdir).

Bu xütbənin bir hissəsində həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfi verilir:
Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədinə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq yataqlarında (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam məkanlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-taala o həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) və düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət və dostluq yaratdı, yaxın qohumları (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözləri haqqı bəyan edən və susmağının (da) dili var idi. (Söz buyurduqda ilahi hökmləri bəyan edərdi. Hər hansı sözü, əməli görüb sakit dayansaydı, bu, onun doğru, düzgün və icazə verilmiş olmasına dəlalət edərdi.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
في اللَّه و في الرسول الْأَكْرَم

اللَّه تعالى
اَلْحَمْدُ لِلَّهِ الْأَوَّلِ فَلاَ شَيْءَ قَبْلَهُ، وَ الآخِرِ فَلاَ شَيْءَ بَعْدَهُ، وَ الظَّاهِرِ فَلا شَيْءَ فَوْقَهُ، وَ الْبَاطِنِ فَلاَ شَيْءَ دُونَهُ
و منها في ذكر الرسول صلى الله عليه وآله وسلم
مُسْتَقَرُّهُ خَيْرُ مُسْتَقَرٍّ، وَ مَنْبِتُهُ أَشْرَفُ مَنْبِتٍ، فِي مَعَادِنِ الْكَرَامَةِ، وَ مَمَاهِدِ السَّلاَمَةِ؛ قَدْ صُرِفَتْ نَحْوَهُ أَفْئِدَةُ الْأَبْرَارِ، وَ ثُنِيَتْ إِلَيْهِ أَزِمَّةُ الْأَبْصَارِ، دَفَنَ للَّهُ بِهِ الضَّغَائِنَ، وَ أَطْفَأَ بِهِ الثَّوَائِرَ، أَلَّفَ بِهِ إِخْوَاناً، وَ فرَّقَ بِهِ أَقْرَاناً، أَعَزَّ بِهِ الذِّلَّةَ،  وَ أَذَلَّ بِهِ الْعِزَّةَ، كَلاَمُهُ بَيَانٌ، وَ صَمْتُهُ لِسَانٌ

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

96-CI XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!