NƏHC-ül-BƏLAĞƏ - 99-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Peyğəmbər (s) və Əhli-beyti haqqında olan) xütbəsidir.
Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq və əziyyət) görə şükr edir, əmrlərini (vacibat və müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik.

Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Məbud yoxdur və Mühəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim (Əhli-beytin) aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qurani-Kərimi və müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər və məsləhətlə söz danışıb addım atar və) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez iş görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə və) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt  ölüm onu yaxalayacaq (məlun İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-taalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas və onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik və dağınıqlığa giriftar olacaqsınız). Hələ gəlməyənə tamah salmayın və sonradan gələndən də (İmami-Zamandan) ümidinizi üzməyin. Çünki ola bilsin ki, onun iki ayağından biri (zahiri hakimiyyəti)  büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din və dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri və batini hakimiyyəti yerinə) qayıdar.
Agah olun ki, Mühəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan ulduzlar kimidir, biri batdıqda digəri çıxar. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan boş qalmaz (uzaq olmaz).) Sanki, Allah-taalanın sizə olan nemətlərinin bütövlənəcəyini və arzu etdiyinizin sizə veriləcəyini (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız.) müşahidə edirəm. (yəni mütləq onlara qovuşacaqsınız.)

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

( في رسول اللَّه و أهل بيته)
 اَلْحَمْدُ لِلَّهِ النَّاشِرِ فِي الْخَلْقِ فَضْلَهُ، وَ الْبَاسِطِ فِيهِمْ بِالْجُودِ يَدَهُ نَحْمَدُهُ فِي جَميعِ أُمُورِهِ، وَ نَسْتَعِينُهُ عَلَى رِعَايَةِ حُقُوقِهِ، وَ نَشْهَدُ أَنْ لاَ إِلهَ غَيْرُهُ. وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، أَرْسَلَهُ بِأَمْرِهِ صَادِعاً، وَ بِذِكْرِهِ نَاطِقاً، فَأَدَّى أَميناً، وَ مَضَى رَشِيداً، وَ خَلَّفَ فِينَا رَايَةَ الْحَقِّ، مَنْ تَقَدَّمَهَا مَرَقَ، وَ مَنْ تَخَلَّفَ عَنْهَا زَهَقَ، وَ مَنْ لَزِمَهَا لَحِقَ، دَلِيلُهَا مَكِيثُ الْكَلاَمِ بَطِيءُ الْقِيَامِ، سَرِيعٌ إِذَا قَامَ. فَإِذَا أَنْتُمْ أَلَنْتُمْ لَهُ رِقَابَكُمْ، وَ أَشَرْتُمْ إِلَيْهِ بِأَصَابِعِكُمْ،جَاءَهُ الْمَوْتُ فَذَهَبَ بِهِ، فَلَبِثْتُمْ بَعْدَهُ مَا شَاءَ اللَّهُ حَتَّى يُطْلِعَ اللَّهُ لَكُمْ مَنْ يَجْمَعُكُمْ وَ يَضُمُّ نَشْرَكُمْ، فَلا تَطْمَعُوا فِي غَيْرِ مُقْبِلٍ، وَ لاَ تَيْأسُوا مِنْ مُدْبِرٍ فَإِنَّ الْمُدْبِرَ عَسَى أَنْ تَزِلَّ بِهِ إِحْدَى قائِمَتَيْهِ، وَ تَثْبُتَ الْأُخْرَى، فَتَرْجِعَا حَتَّى تَثْبُتَا جَمِيعاً.
 أَلاَ إِنَّ مَثَلَ آلِ مُحَمَّدٍ صلى الله عليه وآله وسلم، كَمَثَلِ نُجُومِ السَّمَاءِ: إِذَا خَوَى نَجْمٌ طَلَعَ نَجْمٌ، فَكَأَنَّكُمْ قَدْ تَكَامَلَتْ مِنَ اللَّهِ فِيكُمُ الصَّنَائِعُ، وَ أَرَاكُمْ مَا كُنْتُمْ تَأْمُلُونَ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

100-CÜ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!