NƏHC-ül-BƏLAĞƏ - 111-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-taalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.) 

Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qarnında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? (cavab olaraq buyurur:) Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər? (Yaradılmışlardan biri olan ölüm mələyini əlamətlərindən başqa cür tanımaq mümkün olmadığı kimi. Şübhəsiz ki, dərkedilmədən uca və bütün məxluqların yaradıcısı olan Allah-taalanın zatının əslini də başa düşmək olmaz.)

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

 ذكر فيها ملك الموت و توفية النفس و امتناع اللَّه عن أن يوصف

 هَلْ تُحِسُّ بِهِ إِذَا دَخَلَ مَنْزِلاً؟، أَمْ هَلْ تَرَاهُ إِذَا تَوَفَّى أَحَداً؟ بَلْ كَيْفَ يَتَوَفَّى الْجَنِيْنَ فِي بَطْنِ أُمِّهِ. أَيَلِجُ عَلَيْهِ مِنْ بَعْضِ جَوَارِحِهَا؟ أَمِ الرُّوحُ أَجابَتْهُ بِإِذْنِ رَبِّهَا، أَمْ هُوَ سَاكِنٌ مَعَهُ في أَحْشَائِهَا؟ كَيْفَ يَصِفُ إِلهَهُ مَنْ يَعْجَزُ عَنْ صِفَةِ مَخْلُوقٍ مِثْلِهِ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

112-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!