CÜMƏ AXŞAMININ DUASI

:

Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən, nemətlərinə qərq olduğum halda Öz nuru ilə məni əhatə edən Allaha məxsusdur;

Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru! Salam göndər Mühəmməd və onun Əhli-beytinə! Bu gündüz və gecə, sonrakı günlər haram işlər yerinə yetirdiyimə və günahlarıma görə məni cəzalandırma. Bu günün xeyri və onda olan bütün xeyirləri, sonrakı günlərin xeyrini mənə ruzi et. Bu günün şəri və onda olan bütün şərləri, sonrakı günlərin şərini məndən uzaqlaşdır. Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət axtarıram, Quran ehtiramı ilə Sənə etimad edirəm; Mühəmməd Mustafa (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinin vasitəsilə Səndən şafaət diləyirəm. Allahım, istəyimin yerinə yetməsində ümid etdiyim əhdi qəbul et; ey mehribanların mehribanı! Allahım, cümə axşamı mənim beş istəyimi qəbul et ki, yalnız Sənin böyüklüyünlə onlar həyata keçər, yalnız Sənin nemətlərinlə onlara güc çatar: vasitəsilə Sənə itaət gücü qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla, qəmli hadisələrdən öz pənahında qoru! Salam göndər Mühəmməd və onun Əhli-beytinə! O həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaətçi və faydalı et ki, həqiqətən, Sən mehribanların mehribanısan!

دعاء یوم الخمیس

اَلْحَمْدُ للهِ الَّذى اَذْهَبَ اللَّيْلَ مُظْلِماً بِقُدْرَتِهِ وَجاءَ بِالنَّهارُ مُبْصِراً بِرَحْمَتِهِ وَكَسانى ضياءه وَاَنا فى نِعْمَتِهِ اَللّـهُمَّ فَكَما اَبْقَيْتَنى لَهُ فَاَبْقِنى لاِمْثالِهِ وَصَلِّ عَلَى النَّبِىِّ مُحَمَّد وَآلِهِ وَلا تَفْجَعْنى فيهِ وَفى غَيْرِهِ مِنَ اللَّيالى وَالاْيّامِ بِارْتِكابِ الْمحارِمِ وَاكْتِسابِ الْمَآثِمِ وَارْزُقْنى خَيْرَهُ وَخَيْرَ ما فيهِ وَخَيْرَ ما بَعْدَهُ وَاصْرِفْ عَنّى شَرَّهُ وَشَرَّ ما فيهِ وَشَرَّما بَعْدَهُ اَللّـهُمَّ اِنّى بِذِمَّةِ الاْسْلامِ اَتَوَسَّلُ اِلَيْكَ وَبِحُرْمَةِ الْقُرْآنِ اَعْتَمِدُ عَلَيْكَ وَبِمُحَمَّد الْمُصْطَفى صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ اَسْتَشْفِعُ لَدَيْكَ فَاعْرِفِ اَللّـهُمَّ ذِمَّتِىَ الَّتى رَجَوْتُ بِها قَضاءَ حاجَتى يا اَرْحَمَ الرّاحِمينَ اَللّـهُمَّ اقْضِ لى فِى الْخَميسِ خَمْساً لا يَتَّسِعُ لَها اِلاّ كَرَمُكَ وَلا يُطيقُها اِلاّ نِعَمُكَ سَلامَةً اَقْوى بِها عَلى طاعَتِكَ وَعِبادَةً اَسْتَحِقُّ بِها جَزيلَ مَثُوبَتِكَ وَسَعَةً فِى الْحالِ مِنَ الرِّزْقِ الْحَلالِ وَاَنْ تُؤْمِنَنى فى مَواقِفِ الْخَوْفِ بِاَمْنِكَ وَتَجْعَلَنى مِنْ طَوارِقِ الْهُمُومِ وَالْغُمُومِ فى حِصْنِكَ وَصَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد وَاجْعَلْ تَوَسُّلى بِهِ شافِعاً يَوْمَ الْقِامَةِ نافِعاً اِنَّكَ اَنْتَ اَرْحَمُ الرّحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!