HAQQA RƏĞBƏT BƏSLƏYƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Beşinci münacat:
HAQQA RƏĞBƏT BƏSLƏYƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi in kanə qallə zadi fil məsiri iləykə fələqad həsunə zanni bit-təvəkkuli ələykə, və in kanə curmi qad əxafəni min uqubətikə fə innə rəcai qad əş-ərani biləmni min niqmətikə, və in kanə zənbi qad ərəzani li-iqabikə fəqad əzənəni husnu siqati bisəvabikə, və in ənamətnil ğaflətu ənil isti`dadi li-liqaikə fəqad nəbbəhətnil mə`rifətu bikəramikə və alaikə, və in əvhəşə ma bəyni və bəynəkə fərtul isyani vət-tuğyani fəqad ənsəni buşral ğufrani vər-rizvani, əs-əlukə bisubuhati vəchikə və bi ənvari qudsikə, və əbtəhilu iləykə biəvatifi rahmətikə və lətaifi birrikə ən tuhəqqiqa zənni bima uvəmmiluhu min cəzili ikramikə, və cəmili in-amikə fil qurbi minkə vəz-zulfi lədəykə vəl-lətəmətu`i bin-nəzəri iləykə, və ha ənə mutə-ərrizun linfəhati rəvhikə və ətfikə, və muntəciun ğaysə cudikə və lutfikə, fərrun min səxatikə ila rizakə, haribun minkə iləykə, racun əhsənə ma lədəykə, muəvvilun əla məvahibikə, muftəqirun ila riayətikə, İlahi ma bədə-tə bihi min fəzlikə fətəmmimhu, və ma vəhəbtə li min kəramikə fəla təslubhu, və ma sətərtuhu ələyyə bihilmikə fəla təhtikhu, vəma əlimtuhu min qəbiihi fi`li fəğfirhu, İlahi istəşfə`tu bikə iləykə vəstəcərtu bikə minkə, ətəytukə tamiən fi ihsanikə, rağibən fi imtinanikə, mustəsqiyən vabilə tavlikə, mustəmtirən ğəmamə fəzlikə, talibən mərzatikə, qasidən cənabəkə, varidən şəriətə rifdikə, multəmisən səniyyəl xəyrati min indikə, vafidən ila həzrati cəmalikə, muridən vəchəkə, tariqən babəkə, mustəkinən liəzəmətikə və cəlalikə, fəf-əl bi ma Əntə əhluhu minəl məğfirəti vər-rahməti vəla təf-əl bi ma ənə əhluhu minəl əzabi vən-nəqməti, birahmətikə ya Ərhəmər rahimin.

HAQQA RƏĞBƏT BƏSLƏYƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənə doğru olan səfərdə azuqəmin (yaxşı əməlim) azlığına baxmayaraq, Sənə təvəkkül etməklə məni bağışlayıb əfv edəcəyinə “hüsnü-zənn”im (yaxşı gümanım) çoxdur. Təqsirlərim məni cəzalandırmağından qorxutsa da, (Sənə) ümidim mənə cəzalarından amanda qalacağımı anladır. Günahım məni əzabına düçar olmaq təhlükəsi ilə üzləşdirsə də, Sənə etimadım məni cavabına yönəldir. Qəflətim məni Səninlə görüşdən qafil etsə də, Sənin lütf və nemətlərinə olan mərifət və imanım onları xatırladaraq məni ayıltmışdır. Üsyankarlıq və tüğyançılıqda həddi aşmaq mənimlə Sənin aranda fasilə salaraq mənim üçün iztirab yaratsa da, bağışlamaq və razılıq müjdəsi mənə aramlıq bəxş edir.
İlahi, Səni and verirəm bənzərsiz və kamil zatın və müqəddəs nuruna, mehribanlığın və lütfünün lətifliyinə, Sənin çoxlu ehsanın, gözəl nemətin, Sənə yaxın olmaq məqamına çatmaq və camalına nəzər salmaqdan ləzzət almaqla bağlı gümanım, ümid və arzumu gerçəkləşdir.
Mənəvi rahatlıq gətirən mehin mənə dəyməsi, mehribanlıq, lütf və ehsan yağışının mərhəmət olaraq üzərimə yağmasını diləyir, qəzəbindən razılığına, Səndən Sənin özünə sığınır, dərgahında olanların ən yaxşısına ümid bəsləyir və bağışlamağına etimad edirəm. Mən Sənin himayən və qorumağına möhtacam. İlahi, əvvəldə lütf və mərhəmətinlə başladığın işi sonuna qədər tamamla, mənə bəxş etdiklərini məndən alma və Öz helminlə günahlarımın üstünə örtdüyün pərdələri yırtma! Məndən baş verən və Sənin də xəbərdar olduğun qəbahətli əməlləri bağışla! İlahi, Sənin Özünü Özünə vasitəçi edir və Sənin qəzəbindən Sənə sığınıram. Sənin ehsanına həris, nemətlərinə rəğbətli, ehsan yağışın və mərhəmət buluduna təşnə olduğum, razılığını istədiyim, Sənə diqqət yetirməyi iradə etdiyim, nemət arxına girdiyim və lütfünlə ən xeyirli olanları istədiyim halda, Sənin dərgahına üz tutmuşam. Sənin qonaqlarınla (Sənə üz tutanlarla) mehriban davranmağını bildiyim və Səni müşahidə etmək istədiyim halda, rəhmət qapını döyürəm. Sənin əzəmət və cəlalının seyrinə həddən artıq ehtiyaclıyam. Səni and verirəm Öz rəhmətinə, mənimlə mənə layiq olan əzab və intiqamla deyil, Sənə layiq olan rəhmət və məğfirətinlə rəftar et, ey mehribanların ən mehribanı!

HAQQA RƏĞBƏT BƏSLƏYƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الراغبین
بسم الله الرحمن الرحیم

اِلـهي اِنْ كانَ قَلَّ زادي فِي الْمَسيرِ اِلَيْكَ فَلَقَدْ حَسُنَ ظَنّي بِالتَّوَكُّلِ عَلَيْكَ، وَاِنْ كانَ جُرْمي قَدْ اَخافَني مِنْ عُقُوبَتِكَ فَاِنَّ رَجائي قَدْ اَشْعَرَني بِالاْمْنِ مِنْ نِقْمَتِكَ، وَاِنْ كانَ ذَنْبي قَدْ عَرَضَني لِعِقابِكَ فَقَدْ اذَنَني حُسْنُ ثِقَتي بِثَوابِكَ، وَاِنْ اَنامَتْنِي الْغَفْلَةُ عَنِ الاِْسْتِعْدادِ لِلِقائِكَ فَقَدْ نَبَّهَتْنِى الْمَعْرِفَةُ بِكَرَمِكَ وَآلائِكَ، وَاِنْ اَوْحَشَ ما بَيْني وَبَيْنَكَ فَرْط الْعِصْيانِ وَالطُّغْيانِ فَقَدْ انَسَني بُشْرَى الْغُفْرانِ وَالرِّضْوانِ، اَسْاَلُكَ بِسُبُحاتِ وَجْهِكَ وَبِاَنْوارِ قُدْسِكَ، وَاَبْتَهِلُ اِلَيْكَ بِعَواطِفِ رَحْمَتِكَ وَلَطائِفِ بِرِّكَ اَنْ تُحَقِّقَ ظَنّي بِما اُؤَمِّلُهُ مِنْ جَزيلِ اِكْرامِكَ، وَجَميلِ اِنْعامِكَ فِي الْقُرْبى مِنْكَ وَالزُّلْفى لَدَيْكَ وَالَّتمَتُعِّ بِالنَّظَرِ اِلَيْكَ، وَها اَنـَا مُتَعَرِّضٌ لِنَفَحاتِ رَوْحِكَ وَعَطْفِكَ، وَمُنْتَجِعٌ غَيْثَ جُودِكَ وَلُطْفِكَ، فارٌّ مِنْ سَخَطِكَ اِلى رِضاكَ، هارِبٌ مِنْكَ اِلَيْكَ، راج اَحْسَنَ ما لَدَيْكَ، مُعَوِّلٌ عَلى مَواهِبِكَ، مُفْتَقِرٌ اِلى رِعايَتِكَ، اِلـهي ما بَدَاْتَ بِهِ مِنْ فَضْلِكَ فَتَمِّمْهُ، وَما وَهَبْتَ لي مِنْ كَرَمِكَ فَلا تَسْلُبْهُ، وَما سَتَرْتَهُ عَلَيَّ بِحِلْمِكَ فَلا تَهْتِكْهُ، وَما عَلِمْتَهُ مِنْ قَبيحِ فِعْلي فَاغْفِرْهُ، اِلـهي اِسْتَشْفَعْتُ بِكَ اِلَيْكَ، وَاسْتَجَرْتُ بِكَ مِنْكَ، اَتَيْتُكَ طامِعاً في اِحْسانِكَ، راغِباً فِي امْتِنانِكَ، مُسْتَسقِياً وابِلَ طَوْلِكَ، مُسْتَمْطِراً غَمامَ فَضْلِكَ، طالِباً مَرْضاتَكَ، قاصِداً جَنابَكَ، وارِداً شَريعَةَ رِفْدِكَ، مُلْتَمِساً سَنِيَّ الْخَيْراتِ مِنْ عِنْدِكَ، وافِداً اِلى حَضْرَةِ جَمالِكَ، مُريداً وَجْهَكَ، طارِقاً بابَكَ، مُسْتَكيناً لِعَظَمَتِكَ وَجَلالِكَ، فَافْعَلْ بي ما اَنْتَ اَهْلُهُ مِنَ الْمَغْفِرَةِ وَالرَّحْمَةِ وَلا تَفْعَلْ بي ما اَنَا اَهْلُهُ مِنْ الْعَذابِ وَالنَّقْمَةِ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!