“CÖVŞӘN KӘBIR” DUАSININ TƏRCÜMƏSİ - I hissə

:

Cövşən” (coşən) ərəb dilində döyüş zamanı düşmən zərbəsindən qorunmaq üçün döyüşçülərin geyindiyi “zirehli paltar”-a deyilir, “kəbir” sözü isə “böyük” mənasını daşıyır.

سُبْحانَكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْغَوْثَ الْغَوْثَ خَلِّصْنا مِنَ النّارِ يا رَبِّ
Ey Səndən başqa məbud olmayan, Sən bütün eyib nə nöqsanlardan pak və uzaqsan, fəryada yet, fəryada yet və bizi cəhənnəm odundan amanda saxla, ey Rəbbim!

(1) اللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا اَللهُ يا رَحْمنُ يا رَحيمُ يا كَريمُ يا مُقيمُ يا عَظيمُ يا قَديمُ يا عَليمُ يا حَليمُ يا حَكيمُ سُبْحانَكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْغَوْثَ الْغَوْثَ خَلِّصْنا مِنَ النّارِ يا رَبِّ
1.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey Allah, ey rəhman (rəhməti həm mömin, həm də kafirə şamil olan), ey rəhim (qiyamətdə yalnız möminlərə rəhimli olan), ey ehsan və nemət sahibi, ey əbədi, ey əzəmətli, ey əzəli, ey sonsuz elm sahibi, ey səbirli, ey hikmət sahibi, ey Səndən başqa məbud olmayan, Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan, fəryada yet, fəryada yet və bizi cəhənnəm odundan amanda saxla, ey Rəbbim!

(2) يا سَيِّدَ السّاداتِ يا مُجيبَ الدَّعَواتِ يا رافِعَ الدَّرَجاتِ يا وَلِيَّ الْحَسَناتِ يا غافِرَ الْخَطيئاتِ يا مُعْطِيَ الْمَسْأَلاتِ يا قابِلَ التَّوْباتِ يا سامِعَ الاْصْواتِ يا عالِمَ الْخَفِيّاتِ يا دافِعَ الْبَلِيّاتِ
2.Ey böyüklər böyüyü, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey xeyirxahlıqlar sahibi, ey xətaları bağışlayan, ey istəkləri əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey sirləri bilən, ey bəlaları dəf edən!

(3) يا خَيْرَ الْغافِرينَ يا خَيْرَ الْفاتِحينَ يا خَيْرَ النّاصِرينَ يا خَيْرَ الْحاكِمينَ يا خَيْرَ الرّازِقينَ يا خَيْرَ الْوارِثينَ يا خَيْرَ الْحامِدينَ يا خَيْرَ الذّاكِرينَ يا خَيْرَ الْمُنْزِلينَ يا خَيْرَ الْمحْسِنينَ
3.Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey yardım edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey tərif edənlərin ən yaxşısı, ey xatırlayanların ən yaxşısı, ey nazil və ehsan edənlərin ən yaxşısı!

(4) يا مَنْ لَهُ الْعِزَّةُ وَالْجَمالُ يا مَنْ لَهُ الْقُدْرَةُ وَالْكَمالُ يا مَنْ لَهُ الْمُلْكُ وَالْجَلالُ يا مَنْ هُوَ الْكَبيرُ الْمُتَعالُ يا مُنْشِىءَ الْسَّحابِ الثِّقالِ يا مَنْ هُوَ شَديدُ الْمحالِ يا مَنْ هُوَ سَريعُ الْحِسابِ يا مَنْ هُوَ شَديدُ الْعِقابِ يا مَنْ عِنْدَهُ حُسْنُ الثَّوابِ يا مَنْ عِنْدَهُ اُمُّ الْكِتابِ
4.Ey izzət və camalın, qüdrət və kamalın, mülk (səltənət) və izzətin, əzəmət və ucalığın yalnız Onun üçün olduğu, ey ağır buludları yaradan, ey hiylə edənlər müqabilində intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey sürətlə haqq-hesab çəkən, ey cəzası şiddətli, ey gözəl mükafatlar (cənnət bağları) və “Ummul-kitab” (elmin həqiqəti) ixtiyarında olan!

(5) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا حَنّانُ يا مَنّانُ يا دَيّانُ يا بُرْهانُ يا سُلْطانُ يا رِضْوانُ يا غُفْرانُ يا سُبْحانُ يا مُسْتَعانُ يا ذَا الْمَنِّ وَالْبَيانِ
5.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey rəhmət sahibi, ey nemət və mükafat verən, ey azğınlar üçün aydın dəlil, ey aləmin soltanı, ey məxluqatın şadlığına səbəb olan, ey günahları bağışlayan, ey bütün eyiblərdən pak və uzaq, ey bəndələrinə yardımçı olan, ey minnət (nemət) və bəyan bəxş edən!

(6) يا مَنْ تَواضَعَ كُلُّ شَيْء لِعَظَمَتِهِ يا مَنِ اسْتَسْلَمَ كُلُّ شَيْء لِقُدْرَتِهِ يا مَنْ ذَلَّ كُلُّ شَيْء لِعِزَّتِهِ يا مَنْ خَضَعَ كُلُّ شَيْء لِهَيْبَتِهِ يا مَنِ انْقادَ كُلُّ شَيْء مِنْ خَشْيَتِهِ يا مَنْ تَشَقَّقَتِ الْجِبالُ مِنْ مَخافَتِهِ يا مَنْ قامَتِ السَّماواتُ بِاَمْرِهِ يا مَنِ اسْتَقَرَّتِ الاْرَضُونَ بِاِذْنِهِ يا مَنْ يُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ يا مَنْ لا يَعْتَدي عَلى اَهْلِ مَمْلَكَتِهِ
6.Ey əzəməti müqabilində bütün məxluqatın təvazökar, qüdrəti ilə hər şeyin təslim, izzətinə xatir bütün şeylərin zəlil, heybət və əzəmətindən hər şeyin baş əyib qorxduğu, qorxusundan bütün varlıqların müti olduğu, ey dağlar və aləmdəki bütün qoluzorluların Onun qorxusundan lərzəyə gəldiyi, ey əmri ilə səmaları dirəksiz saxlayan və izni ilə yerləri formalaşdıran, ey şimşək və ildırımların gurultularla həmd-səna etdiyi, ey mülkünün əhalisinə (bəndələrinə) zülm etməyən!

(7) يا غافِرَ الْخَطايا يا كاشِفَ الْبَلايا يا مُنْتَهَي الرَّجايا يا مُجْزِلَ الْعَطايا يا واهِبَ الْهَدايا يا رازِقَ الْبَرايا يا قاضِيَ الْمَنايا يا سامِعَ الشَّكايا يا باعِثَ الْبَرايا يا مُطْلِقَ الاْسارى
7.Ey xətaları bağışlayan, ey bəlaları aradan qaldıran, ey ümidlərin sonu, ey böyük nemətlər bəxş edən və hədiyyələr verən, ey məxluqata ruzi verən, ey hacətləri yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!

(8) ياذَا الْحَمْدِ وَالثَّناءِ يا ذَا الْفَخْرِ وَاْلبَهاءِ يا ذَا الْمجْدِ وَالسَّناءِ يا ذَا الْعَهْدِ وَالْوَفاءِ يا ذَا الْعَفْوِ وَالرِّضاءِ يا ذَا الْمَنِّ وَالْعَطاءِ يا ذَا الْفَضْلِ وَالْقَضاءِ يا ذَا الْعِزِّ وَالْبَقاءِ يا ذَا الْجُودِ وَالسَّخاءِ يا ذَا الاْلاءِ وَالنَّعْما
8.Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey izzət və uca məqam sahibi, ey əhd və vəfa sahibi, ey əfv və razılıq sahibi, ey minnət (nemət) və bəxşiş sahibi, ey fəzilət və hökm sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey müxtəlif (maddi və mənəvi) nemətlərin sahibi!

(9) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا مانِعُ يا دافِعُ يا رافِعُ يا صانِعُ يا نافِعُ يا سامِعُ يا جامِعُ يا شافِعُ يا واسِعُ يا مُوسِعُ
9.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey nemətlərdən məhrum olmağa layiq olanları məhrum edən, bəlaları dəf edən, ey bəndələrinin məqamlarını ucaldan, ey kainatı yaradan, ey bəndələrinə mənfəət verən, ey eşidən, ey məxluqatı bir yerə toplayan, ey şəfaətçi, ey rəhməti geniş olan, ey genişlik bəxş edən!

(10) يا صانِعَ كُلِّ مَصْنُوع يا خالِقَ كُلِّ مَخْلُوق يا رازِقَ كُلِّ مَرْزُوق يا مالِكَ كُلِّ مَمْلُوك يا كاشِفَ كُلِّ مَكْرُوب يا فارِجَ كُلِّ مَهْمُوم يا راحِمَ كُلِّ مَرْحُوم يا ناصِرَ كُلِّ مَخْذُول يا ساتِرَ كُلِّ مَعْيُوب يا مَلْجَأَ كُلِّ مَطْرُود
10.Ey hər şeyin yaradıcısı, ey bütün məxluqatı xəlq edən, ey bütün ruzi verilənlərə ruzi verən, ey bütün mülklərin maliki, ey qəm-qüssə və çətinlikdə olanların kədərini aradan qaldıran, ey müsibətə düçar olanların qəmini dağıdan, ey məhrumlara rəhm və kimsəsizlərə yardım edən, ey bütün eyibləri örtən, ey bütün qaçanların (avara düşənlərin) pənahı!

(11) يا عُدَّتى عِنْدَ شِدَّتي يا رَجائي عِنْدَ مُصيبَتي يا مُونِسي عِنْدَ وَحْشَتي يا صاحِبي عِنْدَ غُرْبَتي يا وَلِيّي عِنْدَ نِعْمَتي يا غِياثى عِنْدَ كُرْبَتى يا دَليلي عِنْدَ حَيْرَتى يا غَنائى عِنْدَ افْتِقارى يا مَلجَئي عِنْدَ اضْطِرارى يا مُعينى عِنْدَ مَفْزَعى
11.Ey çətinlik zamanı ehtiyatım, ey müsibətlərdə ümidim, ey vəhşət və qorxduğum vaxtlarda munisim, ey qürbətdə dostum, ey nemət içində olduğum zaman ixtiyar sahibim, ey çətinlik zamanı imdadıma yetən, ey sərgərdan qaldığım zaman rəhbər və bələdçim, ey fəqirlikdə ehtiyacsızlığım, ey sıxıntı çağında pənahım, ey qorxduğum zaman yardımçım!

(12) يا عَلاّمَ الْغُيُوبِ يا غَفّارَ الذُّنُوبِ يا سَتّارَ الْعُيُوبِ يا كاشِفَ الْكُرُوبِ يا مُقَلِّبَ الْقُلُوبِ يا طَبيبَ الْقُلُوبِ يا مُنَوِّرَ الْقُلُوبِ يا اَنيسَ الْقُلُوبِ يا مُفَرِّجَ الْهُمُومِ يا مُنَفِّسَ الْغُمُومِ
12.Ey qeybləri bilən, ey günahları bağışlayan, ey eyibləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri haldan-hala salan (dəyişən), ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey pak qəlblərin munisi, ey kədəri aradan qaldıran, ey qəmləri yox edən!

(13) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاْسمِكَ يا جَليلُ يا جَميلُ يا وَكيلُ يا كَفيلُ يا دَليلُ يا قَبيلُ يا مُديلُ يا مُنيلُ يا مُقيلُ يا مُحيلُ
13.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey cəlal sahibi , ey cəmal sahibi, ey hər bir işdə bəndələrini qoruyan, ey bəndələrin işlərini öhdəsinə götürən, ey doğru yolu göstərən bələdçi, ey aləmə diqqət yetirən, ey hakimiyyətlərə qalib, ey əta edən, ey günahlardan keçən, ey tədbir görən!

(14) يا دَليلَ الْمُتَحَيِّرينَ يا غِياثَ الْمُسْتَغيثينَ يا صَريخَ الْمُسْتَصْرِخينَ يا جارَ الْمُسْتَجيرينَ يا اَمانَ الْخائِفينَ يا عَوْنَ الْمُؤْمِنينَ يا راحِمَ الْمَساكينَ يا مَلْجَأَ الْعاصينَ يا غافِرَ الْمُذْنِبينَ يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ
14.Ey sərgərdan olanlara yol göstərən, ey fəryad edənlərin dadına yetən, ey sığınacaq axtaranlara pənah və qorxanlara aman verən, ey möminlərin yardımçısı, ey miskinlərə rəhm edən, ey üsyankarlara pənah verən, ey günahkarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!

(15) يا ذَا الْجُودِ وَالاْحْسانِ يا ذَا الْفَضْلِ وَالاْمْتِنانِ يا ذَا الاْمْنِ وَالاْمانِ يا ذَا الْقُدْسِ وَالسُّبْحانِ يا ذَا الْحِكْمَةِ وَالْبَيانِ يا ذَا الرَّحْمَةِ وَالرِّضْوانِ يا ذَا الْحُجَّةِ وَالْبُرْهانِ يا ذَا الْعَظَمَةِ وَالسُّلْطانِ يا ذَا الرَّأْفَةِ وَالْمُسْتَعانِ يا ذَا العَفْوِ وَالْغُفْرانِ
15.Ey ehsan və bəxşiş sahibi, ey fəzilət və nemət sahibi, ey əmin-amanlıq sahibi, ey pak və eyiblərdən uzaq, ey hikmət və bütün varlıqlarla bağlı elm sahibi, ey rəhmət və razılıq sahibi, ey höccət və dəlil sahibi, ey əzəmət və səltənət sahibi, ey ülfət və yardım sahibi, ey əfv və bəxşiş sahibi!

(16) يا مَنْ هُوَ رَبُّ كُلِّ شَيْء يا مَنْ هُوَ اِلـهُ كُلِّ شَيء يا مَنْ هُوَ خالِقُ كُلِّ شَيْء يا مَنْ هُوَ صانِعُ كُلِّ شَيْء يا مَنْ هُوَ قَبْلَ كُلِّ شَيْء يا مَنْ هُوَ بَعْدَ كُلِّ شَيْء يا مَنْ هُوَ فَوْقَ كُلِّ شَيْء يا مَنْ هُوَ عالِمٌ بِكُلِّ شَيْء يا مَنْ هُوَ قادِرٌ عَلى كُلِّ شَيْء يا مَنْ هُوَ يَبْقى وَيَفْنى كُلُّ شَيْء
16.Ey hər bir şeyin Rəbbi, ey bütün məxluqatın məbudu, ey hər bir şeyin xaliqi və yaradanı, ey hər şeydən öncə olan, ey hər şeydən (hər şey məhv olduqdan) sonra qalan, ey hər şeydən üstün, ey bütün şeylərə alim, ey hər şeyə qadir, ey hər şey fani olduğu halda, baqi qalan!

(17) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا مُؤْمِنُ يا مُهَيْمِنُ يا مُكَوِّنُ يا مُلَقِّنُ يا مُبَيِّنُ يا مُهَوِّنُ يا مُمَكِّنُ يا مُزَيِّنُ يا مُعْلِنُ يا مُقَسِّمُ
17.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey əmin-amanlıq bəxş edən, ey iqtidar və qüdrət sahibi, ey yaradan, ey bağışlayan, ey aydınlaşdıran, ey işləri asanlaşdıran, ey qüdrət verən, ey zinətləndirən, ey aşkar edən, ey bütün şeyləri (işlər, ruzi...) bölən!

(18) يا مَنْ هُوَ فى مُلْكِهِ مُقيمٌ يا مَنْ هُوَ فى سُلْطانِهِ قَديمٌ يا مَنْ هُو فى جَلالِهِ عَظيمٌ يا مَنْ هُوَ عَلى عِبادِهِ رَحيمٌ يا مَنْ هُوَ بِكُلِّ شَيْء عَليمٌ يا مَنْ هُوَ بِمَنْ عَصاهُ حَليمٌ يا مَنْ هُوَ بِمَنْ رَجاهُ كَريمٌ يا مَنْ هُوَ فى صُنْعِهِ حَكيمٌ يا مَنْ هُوَ فى حِكْمَتِهِ لَطيفٌ يا مَنْ هُوَ فى لُطْفِهِ قَديمٌ
18.Ey Öz mülkündə bərqərar və sabit, ey öz səltənətində əzəli və qədim, ey cəlalında əzəmətli, ey bəndələrinə qarşı rəhimli, ey hər şeyə elmli, ey günahkarlara qarşı həlim, ey ona ümid bəsləyənlərə kərim, ey yaratdıqlarında hikmətli, ey hikməti ilə yanaşı lətif (lütfkar), ey lütfündə əzəli olan!

(19) يا مَنْ لا يُرْجى إلاّ فَضْلُهُ يا مَنْ لا يُسْأَلُ إلاّ عَفْوُهُ يا مَنْ لا يُنْظَرُ إلاّ بِرُّهُ يا مَنْ لا يُخافُ إلاّ عَدْلُهُ يا مَنْ لا يَدُومُ إلاّ مُلْكُهُ يا مَنْ لا سُلْطانَ إلاّ سُلْطانُهُ يا مَنْ وَسِعَتْ كُلَّ شَيْء رَحْمَتُهُ يا مَنْ سَبَقَتْ رَحْمَتُهُ غَضَبَهُ يا مَنْ اَحاطَ بِكُلِّ شَيْء عِلْمُهُ يا مَنْ لَيْسَ اَحَدٌ مِثْلَهُ
19.Ey yalnız fəzlinə ümid edilən, ey əfvi istənilən, ey yalnız yaxşılıq və ehsanına göz dikilən, ey ədalətindən qorxulan, ey onun mülkündən başqa heç nəyin davamlı və səltənətindən başqa heç bir səltənətin olmadığı, ey rəhməti ilə hər şeyi əhatə edən, ey rəhməti qəzəbini üstələyən, ey elmi hər bir şeyi əhatə edən, ey tayı-bərabəri olmayan!

(20) يا فارِجَ الْهَمِّ يا كاشِفَ الْغَمِّ يا غافِرَ الذَّنْبِ يا قابِلَ التَّوْبِ يا خالِقَ الْخَلْقِ يا صادِقَ الْوَعْدِ يا مُوفِىَ الْعَهْدِ يا عالِمَ السِّرِّ يا فالِقَ الْحَبِّ يا رازِقَ الاْنامِ
20.Ey kədərli qəlbləri sevindirən, ey qəmlilərə sevinc bəxş edən, ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxluqatın xaliqi, ey vədinə sadiq, ey əhdinə vəfalı, ey sirlərə agah, ey toxumu yaran, ey yaradılmışlara ruzi verən!

(21) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا عَلِيُّ يا وَفِيُّ يا غَنِيُّ يا مَلِيُّ يا حَفِيُّ يا رَضِيُّ يا زَكِيُّ يا بَدِيُّ يا قَوِيُّ يا وَلِيُّ
21.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey ucaməqamlı, ey əhdinə vəfalı, ey zatən qəni və ehtiyacsız, ey hər şeyə sahib, ey məxluqatdan xəbərdar, ey əmrinə itaət edib qadağasından çəkinən bəndədən razı olan, ey pak və eyiblərdən uzaq, ey icad edən (yaradan), ey qüdrətli, ey ixtiyar sahibi!

(22) يا مَنْ اَظْهَرَ الْجَميلَ يا مَنْ سَتَرَ الْقَبيحَ يا مَنْ لَمْ يُؤاخِذْ بِالْجَريرَةِ يا مَنْ لَمْ يَهْتِكِ السِّتْرَ يا عَظيمَ الْعَفْوِ يا حَسَنَ التَّجاوُزِ يا واسِعَ الْمَغْفِرَةِ يا باسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ يا صاحِبَ كُلِّ نَجْوى يا مُنْتَهى كُلِّ شَكْوى
22.Ey gözəllikləri aşkar edən, ey pislikləri örtən, ey bəndələrini günah və pis əməllərinə görə tənbeh etməyən, ey həya pərdələrini yırtmayan, ey əfvi böyük, ey bəxşişi geniş, ey əllərini (fəzl və ehsanını) rəhmətlə açan, ey bütün pıçıltılardan (sirlərdən) agah, ey məxluqatın bütün şikayət və hacətlərinin qayıdış yeri!

(23) يا ذَا النِّعْمَةِ السّابِغَةِ يا ذَا الرَّحْمَةِ الْواسِعَةِ يا ذَا الْمِنَّةِ السّابِقَةِ يا ذَا الْحِكْمَةِ الْبالِغَةِ يا ذَا الْقُدْرَةِ الْكامِلَةِ يا ذَا الْحُجَّةِ الْقاطِعَةِ يا ذَا الْكَرامَةِ الظّاهِرَةِ يا ذَا الْعِزَّةِ الدّائِمَةِ يا ذَا الْقُوَّةِ الْمَتينَةِ يا ذَا الْعَظَمَةِ الْمَنيعَةِ
23.Ey hədsiz nemət sahibi, ey geniş rəhmət sahibi, ey məxluqatın istədiyindən artıq nemət bəxş edən, ey sonsuz hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qəti dəlil sahibi, ey aşkar kəramət, daimi izzət və yenilməz qüvvət sahibi, ey dəyərli əzəmət sahibi!

(24) يا بَديعَ السَّماواتِ يا جاعِلَ الظُّلُماتِ يا راحِمَ الْعَبَراتِ يا مُقيلَ الْعَثَراتِ يا ساتِرَ الْعَوْراتِ يا مُحْيِيَ الاْمْواتِ يا مُنْزِلَ الاياتِ يا مُضَعِّفَ الْحَسَناتِ يا ماحِيَ السَّيِّئاتِ يا شَديدَ النَّقِماتِ
24.Ey göyləri yaradan, ey qaranlıqları meydana çıxaran, ey göz yaşlarına rəhm edən, ey xətakarların tövbəsini qəbul edən, ey çirkinlik və eyibləri örtən, ey ölüləri dirildən, ey nişanələr nazil edən, ey yaxşılıqların savabını qat-qat artıran, ey pis əməllərin təsirlərini məhv edən, ey cəzası şiddətli!

(25) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاسْمِكَ يا مُصَوِّرُ يا مُقَدِّرُ يا مُدَبِّرُ يا مُطَهِّرُ يا مُنَوِّرُ يا مُيَسِّرُ يا مُبَشِّرُ يا مُنْذِرُ يا مُقَدِّمُ يا مُؤَخِّرُ
25.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey məxluqata surət və sima verən, ey qəzavü-qədəri müəyyən edən, ey tədbir tökən, ey pak edən, ey işıqlandıran, ey çətin işləri asanlaşdıran, ey müjdə verən, ey qorxudan, ey (hikməti ilə istədiyini) irəli salan, ey (istədiyini) gerilədən!

(26) يا رَبَّ الْبَيْتِ الْحَرامِ يا رَبَّ الشَّهْرِ الْحَرامِ يا رَبَّ الْبَلَدِ الْحَرامِ يا رَبَّ الرُّكْنِ وَالْمَقامِ يا رَبَّ الْمَشْعَرِ الْحَرامِ يا رَبَّ الْمَسْجِدِ الْحَرامِ يا رَبَّ الْحِلِّ وَالْحَرامِ يا رَبَّ النُّورِ وَالظَّلامِ يا رَبَّ التَّحِيَّةِ وَالسَّلامِ يا رَبَّ الْقُدْرَةِ فِي الاْنامِ
26.Ey “Beytül-Həram”ın (Kəbənin) Rəbbi, ey “möhtərəm ay”ın Rəbbi, ey “möhtərəm şəhər”in (Mədinə) Rəbbi, ey “Rükn” və “Məqam”ın Rəbbi, ey “Məşərül-Həram”ın Rəbbi, ey “Məscidül-Haram”ın Rəbbi, ey halal və haramın Rəbbi, ey aydınlıq və zülmətin Rəbbi, ey salam və salamatlığın Rəbbi, ey məxluqatdakı qüdrətin Rəbbi!

(27) يا اَحْكَمَ الْحاكِمينَ يا اَعْدَلَ الْعادِلينَ يا اَصْدَقَ الصّادِقينَ يا اَطْهَرَ الطّاهِرينَ يا اَحْسَنَ الْخالِقينَ يا اَسْرَعَ الْحاسِبينَ يا اَسْمَعَ السّامِعينَ يا اَبْصَرَالنّاظِرينَ يا اَشْفَعَ الشّافِعينَ يا اَكْرَمَ الاْكْرَمينَ
27.Ey hakimlərin ən hakimi, ey ədalətlilərin ən ədalətlisi, ey doğru danışanların ən doğruçusu, ey pakların ən pakı, ey yaradanların ən yaxşısı, ey hesab çəkənlərin ən sürətlisi, ey eşidənlərin ən yaxşısı, ey nəzər salanların ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşısı, ey kərimlərin ən kərimi!

(28) يا عِمادَ مَنْ لا عِمادَ لَهُ يا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يا ذُخْرَ مَنْ لا ذُخْرَ لَهُ يا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يا غِياثَ مَنْ لا غِياثَ لَهُ يا فَخْرَ مَنْ لا فَخْرَ لَهُ يا عِزَّ مَنْ لا عِزَّ لَهُ يا مُعينَ مَنْ لا مُعينَ لَهُ يا اَنيسَ مَنْ لا اَنيسَ لَهُ يا اَمانَ مَنْ لا اَمانَ لَهُ
28.Ey çarəsizlərin dayağı, ey dayağı olmayanların dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey sığınacağı olmayanların sığınacağı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey iftixarı olmayanların fəxri, ey izzəti olmayanların izzəti, ey köməkçisi olmayanların köməkçisi, ey munisi olmayanların munisi, ey pənahsızlara aman verən!

(29) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاسْمِكَ يا عاصِمُ يا قائِمُ يا دائِمُ يا راحِمُ يا سالِمُ يا حاكِمُ يا عالِمُ يا قاسِمُ يا قابِضُ يا باسِطُ
29.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey bəndələri günah və pisliklərdən amanda saxlayan, ey Öz zatı əsasında mövcud olan, ey daimi varlıq, ey məxluqata rəhm edən, ey zatı eyib və nöqsansız olan, ey hikmətli, ey alim, ey işləri bölüşdürən, ey can və digər şeyləri geri alan , ey həddən artıq əta edən!

(30 )يا عاصِمَ مَنِ اسْتَعْصَمَهُ يا راحِمَ مَنِ اسْتَرْحَمَهُ يا غافِرَ مَنِ اسْتَغْفَرَهُ يا ناصِرَ مَنِ اسْتَنْصَرَهُ يا حافِظَ مَنِ اسْتَحْفَظَهُ يا مُكْرِمَ مَنِ اسْتَكْرَمَهُ يا مُرْشِدَ مَنِ اسْتَرْشَدَهُ يا صَريخَ مَنِ اسْتَصْرَخَهُ يا مُعينَ مَنِ اسْتَعانَهُ يا مُغيثَ مَنِ اسْتَغاثَهُ
30.Ey ismət (günahdan qorunmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey bağışlanmaq istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey mühafizə olunmaq istəyənləri qoruyan, ey ehsan istəyənlərə ehsan edən, ey doğru yolu istəyənlərə bələdçi olan, ey fəryadına yetişməyini istəyənlərin fəryadına yetən, ey yardım istəyənlərə yardım edən, ey dadına yetişmək istəyənlərin dadına yetişən!

(31) يا عَزيزاً لا يُضامٌ يا لَطيفاً لا يُرامُ يا قَيُّوماً لا يَنامُ يا دائِماً لا يَفُوتُ يا حَيّاً لا يَمُوتُ يا مَلِكاً لا يَزُولُ يا باقِياً لا يَفْنى يا عالِماً لا يَجْهَلُ يا صَمَداً لا يُطْعَمُ يا قَوِيّاً لا يَضْعُفُ
31.Ey heç vaxt zəlil olmayacaq izzətli, ey həqiqəti bilinməyən lütfkar, ey yuxulamayan davamlı, ey daimi olması aradan qalxmayacaq əbədi, ey heç zaman ölməyəcək diri, ey hakimiyyəti sona yetməyəcək hökmran, ey fənaya uğramayacaq əbədi, ey cəhalətə uğramayacaq alim, ey qidalanmaqdan ehtiyacsız qəni, ey zəifləməyən qüdrətli!

(32) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاسْمِكَ يا اَحَدُ يا واحِدُ يا شاهِدُ يا ماجِدُ يا حامِدُ يا راشِدُ يا باعِثُ يا وارِثُ يا ضارُّ يا نافِعُ
32.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey tək və yeganə, ey bütün işlərə nəzarətçi və şahid, ey əzəmət və izzət sahibi, ey təşəkkürə layiq, ey məxluqata yol göstərən, ey məxluqatı öldükdən sonra dirildən, ey varis (bütün məxluqat fənaya uğradıqdan sonra, təkcə Onun varis kimi qalacağı), ey zərər (yəni zərərin səbəblərini yaradan) yetirən, ey mənfəət verən!

(33) يا اَعْظَمَ مِنْ كُلِّ عَظيم يا اَكْرَمَ مِنْ كُلِّ كَريم يا اَرْحَمَ مِنْ كُلِّ رَحيم يا اَعْلَمَ مِنْ كُلِّ عَليم يا اَحْكَمَ مِنْ كُلِّ حَكيم يا اَقْدَمَ مِنْ كُلِّ قَديم يا اَكْبَرَ مِنْ كُلِّ كَبير يا اَلْطَفَ مِنْ كُلِّ لَطيف يا اَجَلَّ مِن كُلِّ جَليل يا اَعَزَّ مِنْ كُلِّ عَزيز
33.Ey bütün əzəmətlilərdən əzəmətli, ey bütün kərimlərin kərimi, ey bütün rəhimlilərin rəhimlisi, ey bütün alimlərin elmlisi, ey bütün hikmət sahiblərindən daha hikmətlisi, ey bütün qədimlərdən qədim (əzəli), ey bütün böyüklərdən böyük, ey bütün lətiflərdən lətif, bütün izzətlilərdən izzətli, ey bütün əzizlərdən əziz olan!

(34) يا كَريمَ الصَّفْحِ يا عَظيمَ الْمَنِّ يا كَثيرَ الْخَيْرِ يا قَديمَ الْفَضْلِ يا دائِمَ اللُّطْفِ يا لَطيفَ الصُّنْعِ يا مُنَفِّسَ الْكَرْبِ يا كاشِفَ الضُّرِّ يا مالِكَ الْمُلْكِ يا قاضِيَ الْحَقِّ
34.Ey böyüklüyünlə bağışlayan, ey böyük nemətlər bəxş edən, ey həddən artıq xeyir verən, ey fəzl və ehsanı əzəli, ey lütfü daim olan, ey qəm-qüssəni aparan, ey süstlük və kədəri aradan qaldıran, ey mülkün sahibi, ey haqla hökm verən!

(35) يا مَنْ هُوَ فى عَهْدِهِ وَفِيٌّ يا مَنْ هُوَ في وَفائِهِ قَوِيٌّ يا مَنْ هُوَ في قُوَّتِهِ عَلِيٌّ يا مَنْ هُوَ في عُلُوِّهِ قَريبٌ يا مَنْ هُوَ فى قُرْبِهِ لَطيفٌ يا مَنْ هُوَ فى لُطْفِهِ شَريفٌ يا مَنْ هُوَ فى شَرَفِهِ عَزيزٌ يا مَنْ هُوَ فى عِزِّهِ عَظيمٌ يا مَنْ هُوَ فى عَظَمَتِهِ مَجيدٌ يا مَنْ هُوَ فى مَجْدِهِ حَميدٌ
35.Ey əhdində vəfalı, ey vəfasında qüvvətli, ey qüvvətində uca, ey uca olmasında yaxın, ey yaxın olmasında lətif (gizli), ey lütfündə şərafətli, ey şərafətində izzətli, ey izzətində əzəmətli, ey əzəmətində böyük, ey böyüklüyündə təriflənən!

Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!