“CÖVŞӘN KӘBIR” DUАSININ TƏRCÜMƏSİ - III hissə

:

Cövşən” (coşən) ərəb dilində döyüş zamanı düşmən zərbəsindən qorunmaq üçün döyüşçülərin geyindiyi “zirehli paltar”-a deyilir, “kəbir” sözü isə “böyük” mənasını daşıyır.

(65) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا سَتّارُ يا غَفّارُ يا قَهّارُ يا جَبّارُ يا صَبّارُ يا بارُّ يا مُخْتارُ يا فَتّاحُ يا نَفّاحُ يا مُرْتاحُ
65.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey eyibləri örtən, ey günahları bağışlayan, ey qalib, ey məxluqatın çatışmazlıqlarını aradan qaldıran, ey həddindən artıq səbirli, ey yaxşılıq edən, ey mütləq ixtiyar sahibi, ey (ruzi qapılarını) açan, ey nemət verən, ey genişləndirən!

(66) يا مَنْ خَلَقَنى وَسَوّاني يا مَنْ رَزَقَني وَرَبّاني يا مَنْ اَطْعَمَنى وَسَقانى يا مَنْ قَرَّبَنى وَ اَدْنانى يا مَنْ عَصَمَنى وَكَفانى يا مَنْ حَفِظَني وَكَلانى يا مَنْ اَعَزَّنى وَاَغْنانى يا مَنْ وَفَّقَنى وَهَدانى يا مَنْ آنَسَنى وَآوَانى يا مَنْ اَماتَنى وَاَحْيانى
66.Ey məni xəlq etdikdən sonra xilqətimi gözəlləşdirən , ey mənə ruzi verib boya-başa çatdıran, ey məni yedizdirən və susuzluğumu yatıran, ey məni Özünə yaxınlaşdırıb yaxınlarından edən, ey mənə ismət bəxş edib günahdan saxlayan və yetərli olan, ey məni qoruyub himayə edən, ey mənə izzət bəxş edib ehtiyacsız edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə ünsiyyət qurub dərgahında yer verən, ey məni öldürüb dirildən!

(67) يا مَنْ يُحِقُّ الْحَقَّ بِكَلِماتِهِ يا مَنْ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ يا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ يا مَنْ لا تَنْفَعُ الشَّفاعَةُ إلاّ بِاِذْنِهِ يا مَنْ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبيلِهِ يا مَنْ لا مُعَقِّبَ لِحُكْمِهِ يا مَنْ لا رادَّ لِقَضائِهِ يا مَنِ انْقادَ كُلُّ شَيْء لاِمْرِهِ يا مَنِ السَّماواتُ مَطْوِيّاتٌ بِيَمينِهِ يا مَنْ يُرْسِلُ الرِّياحَ بُشْراً بَيْنَ يَدَيْ رَحْمَتِهِ
67.Ey Öz kəlmələri (vəhyi) ilə haqqı aşkar və sabit, bəndələrin tövbəsini qəbul edən, ey insanın qəlbi ilə onun özü (nəfsi) arasında fasilə salan, ey izni olmadan şəfaətin fayda vermədiyi, ey yolunu azmışlardan xəbərdar olan, ey hökmünü təxirə sala biləcək və qəzavətini rədd edə biləcək bir şeyin olmadığı, ey əmri bütün şeylərə nüfuz edən, ey qüdrəti ilə səmaları bir-birilə əlaqələndirən, ey küləkləri öncədən rəhmətinə müjdə olaraq göndərən!

(68) يا مَنْ جَعَلَ الاْرْضَ مِهاداً يا مَنْ جَعَلَ الْجِبالَ اَوْتاداً يا مَنْ جَعَلَ الشَّمْسَ سِراجاً يا مَنْ جَعَلَ الْقَمَرَ نُوراً يا مَنْ جَعَلَ اللَّيْلَ لِباساً يا مَنْ جَعَلَ النَّهارَ مَعاشاً يا مَنْ جَعَلَ النَّوْمَ سُباتاً يا مَنْ جَعَلَ السَّمآءَ بِناءً يا مَنْ جَعَلَ الاْشْياءَ اَزْواجاً يا مَنْ جَعَلَ النّارَ مِرْصاداً
68.Ey yeri asayiş yeri qərar verən, ey dağları yerin mismarları edən, ey günəşi parlaq çıraq yaradan, ey ayı gecənin qaranlığında işıqlı edən, ey gecəni aləm və məxluqata örtük yaradan, ey gündüzü məxluqatın məişəti üçün müəyyən edən, ey yuxunu istirahət və aramlıq üçün qərar verən, ey səmanı sütunsuz quran (adi gözlər görməyən sütunlar üzərində quran), ey hər şeyi cüt şəkildə (erkək və dişi) yaradan, ey cəhənnəm atəşini kafir və zülmkarlara pusqu təyin edən!

(69) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا سَميعُ يا شَفيعُ يا رَفيعُ يا مَنيعُ يا سَريعُ يا بَديعُ يا كَبيرُ يا قَديرُ يا خَبيرُ يا مُجيرُ
69.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey (nidaları) eşidən, ey şəfaət verən, ey ucaməqamlı, ey yüksək dərəcəli, ey (duaları) tez qəbul edən, ey aləmi icad edən, ey əzəmətli və böyük, ey hər şeyə qadir, ey bütün işlərin həqiqətindən xəbərdar olan, ey pənah verən!

(70) يا حَيّاً قَبْلَ كُلِّ حَيٍّ يا حَيّاً بَعْدَ كُلِّ حَيٍّ يا حَيُّ الَّذي لَيْسَ كَمِثْلِهِ حَيٌّ يا حَيُّ الَّذي لا يُشارِكُهُ حَيٌّ يا حَيُّ الَّذى لا يَحْتاجُ اِلى حَيٍّ يا حَيُّ الَّذى يُميتُ كُلَّ حَيٍّ يا حَيُّ الَّذى يَرْزُقُ كُلَّ حَيٍّ يا حَيّاً لَمْ يَرِثِ الْحَياةَ مِنْ حَيٍّ يا حَيُّ الَّذى يُحْيِي الْمَوْتى يا حَيُّ يا قَيُّومُ لا تَأخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ
70.Ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey tayı-bərabəri olmayan diri, ey şəriki olmayan diri, ey heç bir diriyə (canlı məxluqa) ehtiyacı olmayan, ey bütün diriləri öldürən, ey bütün dirilərə ruzi verən diri, ey həyatı kimsədən irs aparmayan (kiminsə ona həyat vermədiyi və onun daim mövcud və diri olduğu) diri, ey ölüləri dirildən diri, ey daimi, ey əbədi, ey yuxulamayan və mürgüləməyən!

(71) يا مَنْ لَهُ ذِكْرٌ لا يُنْسى يا مَنْ لَهُ نُورٌ لا يُطْفى يا مَنْ لَهُ نِعَمٌ لا تُعَدُّ يا مَنْ لَهُ مُلْكٌ لا يَزُولُ يا مَنْ لَهُ ثَناءٌ لا يُحْصى يا مَنْ لَهُ جَلالٌ لا يُكَيَّفُ يا مَنْ لَهُ كَمالٌ لا يُدْرَكُ يا مَنْ لَهُ قَضاءٌ لا يُرَدُّ يا مَنْ لَهُ صِفاتٌ لا تُبَدَّلُ يا مَنْ لَهُ نُعُوتٌ لا تُغَيَّرُ
71.Ey unudulmaz zikrin sahibi, ey sönməz nurun sahibi, ey saya-hesaba gəlməyən nemətlərin sahibi, ey aradan getməz mülkün sahibi, ey sonsuz təriflər sahibi, ey əzəmət və böyüklüyünün keyfiyyətinin dillə bəyan olunması mümkünsüz olan, ey dərk olunmaz kamalın sahibi, ey rədd olunmaz hökm sahibi, ey əvəzolunmaz sifətlərin sahibi, ey dəyişməz və sabit sifətlərin sahibi!

(72)يا رَبَّ الْعالَمينَ يا مالِكَ يَوْمِ الدّينِ يا غايَةَ الطّالِبينَ يا ظَهْرَ اللاّجينَ يا مُدْرِكَ الْهارِبينَ يا مَنْ يُحِبُّ الصّابِرينَ يا مَنْ يُحِبُّ التَّوّابينَ يا مَنْ يُحِبُّ الْمُتَطَهِّرينَ يا مَنْ يُحِبُّ الْمحْسِنينَ يا مَنْ هُوَ اَعْلَمُ بِالْمُهْتَدينَ
72.Ey aləmlərin Rəbbi, ey qiyamət gününün mütləq sahibi, ey onu istəyənlərin məqsədinin sonu, ey pənah axtaranların dayağı, ey qaçanları dərk edən, ey səbirliləri sevən, ey tövbə edənləri sevən, ey pak olanları sevən, ey xeyirxahları sevən, ey hidayət olanların kim olduğunu yaxşı bilən!

(73) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاسْمِكَ يا شَفيقُ يا رَفيقُ يا حَفيظُ يا مُحيطُ يا مُقيتُ يا مُغيثُ يا مُعِزُّ يا مُذِلُّ يا مُبْدِئُ يا مُعيدُ
73.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey şəfqətli, ey dost, ey xeyirxah, ey qoruyan, ey hər şeyi qüdrət və elmi ilə əhatə edən, ey qüvvət verən, ey fəryada yetən, ey izzət bəxş edən, ey düşmənləri xar edən, ey xilqətin başlanğıc səbəbi, ey xilqətin sona çatma səbəbi!

(74) يا مَنْ هُوَ اَحَدٌ بِلا ضِدٍّ يا مَنْ هُوَ فَرْدٌ بِلا نِدٍّ يا مَنْ هُوَ صَمَدٌ بِلا عَيْب يا مَنْ هُوَ وِتْرٌ بِلا كَيْف يا مَنْ هُوَ قاض بِلا حَيْف يا مَنْ هُوَ رَبٌّ بِلا وَزير يا مَنْ هُوَ عَزيزٌ بِلا ذُلٍّ يا مَنْ هُوَ غَنِيٌّ بِلا فَقْر يا مَنْ هُوَ مَلِكٌ بِلا عَزْل يا مَنْ هُوَ مَوْصُوفٌ بِلا شَبيه
74.Ey həmtayı olmayan tək, ey oxşarı olmayan yeganə, ey zatı qüsursuz qane (ehtiyacsız), ey (maddə və cisim kimi) necəliyi olmayan tək, ey zülm etməyən hakim, ey yardımçısı olmayan Rəbb, ey xar olmayan izzətli, ey fəqir olmayan ehtiyacsız, ey hakimiyyəti aradan getməyən hökmdar, ey sifətləri (xüsusiyyətləri) məxluqata oxşarlığı olmadan vəsf edilən!

(75) يا مَنْ ذِكْرُهُ شَرَفٌ لِلذّاكِرينَ يا مَنْ شُكْرُهُ فَوْزٌ لِلشّاكِرينَ يا مَنْ حَمْدُهُ عِزٌّ لِلْحامِدينَ يا مَنْ طاعَتُهُ نَجاةٌ لِلْمُطيعينَ يا مَنْ بابُهُ مَفْتُوحٌ لِلطّالِبينَ يا مَنْ سَبيلُهُ واضِحٌ لِلْمُنيبينَ يا مَنْ آياتُهُ بُرْهانٌ لِلنّاظِرينَ يا مَنْ كِتابُهُ تَذْكِرَةٌ لِلْمُتَّقينَ يا مَنْ رِزْقُهُ عُمُومٌ لِلطّائِعينَ وَالْعاصينَ يا مَنْ رَحْمَتُهُ قَريبٌ مِنَ الْمحْسِنينَ
75.Ey xatırlanması xatırlayanlara şərafət, şükrünün yerinə yetirilməsi şükür edənlərə ucalıq, ey sitayişi həmd-səna edənlərə izzət, ey itaət olunması itaət edənlərə nicat, ey rəhmət qapısı rəhmətini diləyənlərə açıq, ey yolu tövbə edib qayıdanlara aşkar, ey qüdrət nişanələri nəzər salanlara dəlil, ey kitabı təqvalılara öyüd-nəsihət, ey ruzisi həm itaət edən, həm də üsyankarlara şamil, ey rəhməti xeyirxahlara yaxın olan!

(76) يا مَنْ تَبارَكَ اسْمُهُ يا مَنْ تَعالى جَدُّهُ يا مَنْ لا اِلـهَ غَيْرُهُ يا مَنْ جَلَّ ثَناؤُهُ يا مَنْ تَقَدَّسَتَ اَسْماؤُهُ يا مَنْ يَدُومُ بَقاؤُهُ يا مَنِ الْعَظَمَةُ بَهاؤُهُ يا مَنِ الْكِبْرِياءُ رِداؤُهُ يا مَنْ لا تُحْصى الاؤُهُ يا مَنْ لا تُعَدُّ نَعْماؤُهُ
76.Ey adı mübarək, ey şəni uca, ey məqamı yüksək olan, ey ondan başqa heç bir tanrı olmayan, ey tərifi üstün, ey adları müqəddəs, ey varlığı davamlı, ey zinəti əzəmət, ey libası əzəmət və böyüklük, ey (batini və zahiri) nemətləri saya-hesaba gəlməyən!

(77) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا مُعينُ يا اَمينُ يا مُبينُ يا مَتينُ يا مَكينُ يا رَشيدُ يا حَميدُ يا مَجيدُ يا شَديدُ يا شَهيدُ
77.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey yardım edən, ey əmin-amanlıq bəxş edən, ey bütün gözəllikləri aşkar edən, ey hər şeyə qadir və qüdrətli, ey (məqamında) sabit və möhkəm olan, ey bəndələrə yol göstərən, ey sitayiş edilən, ey əzəmət sahibi, ey cəzası şiddətli, ey hər şeyə şahid olan!

(78) يا ذَا الْعَرْشِ الْمجيدِ يا ذَا الْقَوْلِ السَّديدِ يا ذَا الْفِعْلِ الرَّشيدِ يا ذَا الْبَطْشِ الشَّديدِ يا ذَا الْوَعْدِ وَالْوَعيدِ يا مَنْ هُوَ الْوَلِيُّ الْحَميدُ يا مَنْ هُوَ فَعّالٌ لِما يُريدُ يا مَنْ هُوَ قَريبٌ غَيْرُ بَعيد يا مَنْ هُوَ عَلى كُلِّ شَيْء شَهيدٌ يا مَنْ هُوَ لَيْسَ بِظَلاّم لِلْعَبيدِ
78.Ey əzəmətli ərşin sahibi, ey haqq və tutarlı sözün sahibi, ey işlərində ciddi, ey şiddətli intiqam sahibi, ey cəza və mükafat vədələrinin sahibi, ey tərifəlayiq ixtiyar sahibi, ey iradə etdiyini yerinə yetirən, ey uzaq olmayan yaxın, ey hər bir şeyə şahid, ey bəndələrinə əsla zülm etməyən!

(79) يا مَنْ لا شَريكَ لَهُ وَلا وَزيرَ يا مَنْ لا شَبيهَ لَهُ وَلا نَظيرَ يا خالِقَ الشَّمْسِ وَالْقَمَرِ الْمُنيرِ يا مُغْنِيَ الْبائِسِ الْفَقيرِ يا رازِقَ الْطِّفْلِ الصَّغيرِ يا راحِمَ الشَّيْخِ الْكَبيرِ يا جابِرَ الْعَظْمِ الْكَسيرِ يا عِصْمَةَ الْخآئِفِ الْمُسْتَجيرِ يا مَنْ هُوَ بِعِبادِهِ خَبيرٌ بَصيرٌ يا مَنْ هُوَ عَلى كُلِّ شَيْء قَديرٌ
79.Ey şərik və vəziri olmayan, ey oxşar və bənzəri olmayan, ey günəş və nurlu ayı xəlq edən, ey fəqir və ümidsizləri qəni və ehtiyacsız edən, ey körpə uşağa ruzi verən, ey qocaya rəhm edən, ey sınmış sümükləri birləşdirən, ey qorxan və sığınanları qoruyan, ey bəndələrindən agah və onları görən, ey hər şeyə qadir!

(80) يا ذَا الْجُودِ وَالنِّعَمِ يا ذَا الْفَضْلِ وَالْكَرَمِ يا خالِقَ اللَّوْحِ وَالْقَلَمِ يا بارِئَ الذَّرِّ وَالنَّسَمِ يا ذَا الْبَأْسِ وَالنِّقَمِ يا مُلْهِمَ الْعَرَبِ وَالْعَجَمِ يا كاشِفَ الضُّرِّ وَالاْلَمِ يا عالِمَ السِّرِّ وَالْهِمَمِ يا رَبَّ الْبَيْتِ وَالْحَرَمِ يا مَنْ خَلَقَ الاْشياءَ مِنَ الْعَدَمِ
80.Ey ehsan və nemət sahibi, ey fəzl və kəramət sahibi, ey lövhə və qələm sahibi, ey bitki və insanları yaradan, ey əzab və intiqam sahibi, ey ərəb və əcəmə (haqqı) ilham edən, ey kədəri aradan aparan, ey sirr və niyyətləri bilən, ey Kəbə və hərəmin (Məscidul-Həram) Rəbbi, ey hər şeyi yoxdan yaradan!

(81) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا فاعِلُ يا جاعِلُ يا قابِلُ يا كامِلُ يا فاصِلُ يا واصِلُ يا عادِلُ يا غالِبُ يا طالِبُ يا واهِبُ
81.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey bütün xeyirli işləri görən, ey işləri müəyyən və təyin edən, ey (yaxşı əməlləri, duanı) qəbul edən, ey zatı və sifətlərində kamil, ey ayıran, ey birləşdirən (qovuşduran), ey adil, ey qalib, ey tələb edən, ey nemət bəxş edən!

(82) يا مَنْ اَنْعَمَ بِطَوْلِهِ يا مَنْ اَكْرَمَ بِجُودِهِ يا مَنْ جادَ بِلُطْفِهِ يا مَنْ تَعَزَّزَ بِقُدْرَتِهِ يا مَنْ قَدَّرَ بِحِكْمَتِهِ يا مَنْ حَكَمَ بِتَدْبيرِهِ يا مَنْ دَبَّرَ بِعِلْمِهِ يا مَنْ تَجاوَزَ بِحِلْمِهِ يا مَنْ دَنا في عُلُوِّهِ يا مَنْ عَلا في دُنُوِّهِ
82.Ey öz ehsanı ilə nemət verən, ey bəxşiş verməsi və lütfü ilə ehsan edən, ey qüdrəti sayəsində izzətli, ey hikməti ilə müqəddər edən, ey hikməti ilə hökm edən, ey elmi ilə tədbir tökən, ey helmi ilə təqsirlərdən keçən, ey ucalığında yaxın olan, ey yaxınlığında uca olan!

(83) يا مَنْ يَخْلُقُ ما يَشاءُ يا مَنْ يَفْعَلُ ما يَشاءُ يا مَنْ يَهْدي مَنْ يَشاءُ يا مَنْ يُضِلُّ مَنْ يَشاءُ يا مَنْ يُعَذِّبُ مَنْ يَشاءُ يا مَنْ يَغْفِرُ لِمَنْ يَشآءُ يا مَنْ يُعِزُّ مَنْ يَشاءِ يا مَنْ يُذِلُّ مَنْ يَشاءُ يا مَنْ يُصَوِّرُ فِي الاْرْحامِ ما يَشاءُ يا مَنْ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشاءُ
83.Ey istədiyini xəlq edən, ey istədiyi işləri görən, ey istədiyini hidayət edən, ey istədiyini (zəlalətə layiq olanları) zəlalətə uğradan, ey istədiyini cəzalandıran, ey istədiyini bağışlayan, ey istədiyinə izzət verən, ey istədiyini xar edən, ey bətnlərdə olanlara sima verən, ey istədiyini rəhmətinə şamil edən!

(84) يا مَنْ لَمْ يَتَّخِذْ صاحِبَةً وَلا وَلَداً يا مَنْ جَعَلَ لِكُلِّ شَيْء قَدْراً يا مَنْ لا يُشْرِكُ في حُكْمِهِ اَحَداً يا مَنْ جَعَلَ الْمَلائِكَةَ رُسُلاً يا مَنْ جَعَلَ فِي السَّماءِ بُرُوجاً يا مَنْ جَعَلَ الاْرْضَ قَراراً يا مَنْ خَلَقَ مِنَ الْماءِ بَشَراً يا مَنْ جَعَلَ لِكُلِّ شَيْء اَمَداً يا مَنْ اَحاطَ بِكُلِّ شَيْء عِلْماً يا مَنْ اَحْصى كُلَّ شَيْء عَدَداً
84.Ey Özünə həyat yoldaşı və övlad götürməyən, ey bütün şeylərdə ölçü təyin edən, ey hökmündə şəriki olmayan, ey mələkləri elçi göndərən, ey səmada bürclər yaradan, ey yeri məskən edən, ey nütfədən insan yaradan, ey hər bir şey üçün müddət təyin edən, ey elmi ilə hər şeyi əhatə edən, ey hər bir şeyin sayını bilən!

(85) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا اَوَّلُ يا اخِرُ يا ظاهِرُ يا باطِنُ يا بَرُّ يا حَقُّ يا فَرْدُ يا وِتْرُ يا صَمَدُ يا سَرْمَدُ
85.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey əvvəl (hər şeydən öncə), ey axır (hər şey məhv olduqdan sonra qalan), ey aşkar, ey məxluqatın göz və dərkindən gizlin, ey xeyirxah, ey haqq, ey tək, ey yeganə, ey ehtiyacsız, ey əbədi!

(86) يا خَيْرَ مَعْرُوف عُرِفَ يا اَفْضَلَ مَعْبُود عُبِدَ يا اَجَلَّ مَشْكُور شُكِرَ يا اَعَزَّ مَذْكُور ذُكِرَ يا اَعْلى مَحْمُود حُمِدَ يا اَقْدَمَ مَوْجُود طُلِبَ يا اَرْفَعَ مَوْصُوف وُصِفَ يا اَكْبَرَ مَقْصُود قُصِدَ يا اَكْرَمَ مَسْؤول سُئِلَ يا اَشْرَفَ مَحْبُوب عُلِمَ
86.Ey tanınmışların ən yaxşısı, ey ibadət olunan məbudların ən fəzilətlisi, ey şükür edilənlərin ən əzəmətlisi, ey xatırlanılanların ən izzətlisi, ey tərif olunanların ən üstünü, ey tələb olunanların ən qədimi, ey vəsf olunanların ən ucası, ey niyyət edilən məqsədlərin ən böyüyü, ey hacət istənilənlərin ən kəramətlisi, ey sevilənlərin ən şərəflisi kimi tanınan!

(87) يا حَبيبَ الْباكينَ يا سَيِّدَ الْمُتَوَكِّلينَ يا هادِيَ الْمُضِلّينَ يا وَلِيَّ الْمُؤْمِنينَ يا اَنيسَ الذّاكِرينَ يا مَفْزَعَ الْمَلْهُوفينَ يا مُنْجِيَ الصّادِقينَ يا اَقْدَرَ الْقادِرينَ يا اَعْلَمَ الْعالِمينَ يا اِلـهَ الْخَلْقِ اَجْمَعينَ
87.Ey ağlayanların dostu, ey təvəkkül edənlərin ağası, ey azğınları hidayət edən, ey möminlərin ixtiyar sahibi, ey xatırlayanların munisi, ey məzlumların fəryadına yetən, ey doğruçulara nicat verən, ey qüvvətlilərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın Allahı!

(88) يا مَنْ عَلا فَقَهَرَ يا مَنْ مَلَكَ فَقَدَرَ يا مَنْ بَطَنَ فَخَبَرَ يا مَنْ عُبِدَ فَشَكَرَ يا مَنْ عُصِيَ فَغَفَرَ يا مَنْ لا تَحْويهِ الْفِكَرُ يا مَنْ لا يُدْرِكُهُ بَصَرٌ يا مَنْ لا يَخْفى عَلَيْهِ اَثَرٌ يا رازِقَ الْبَشَرِ يا مُقَدِّرَ كُلِّ قَدَر
88.Ey məqamı uca qalib, ey qüdrətli malik, ey sirlərindən xəbərdar, ey ibadət edənlərə mükafat verən, ey itaətsizlik edənləri bağışlayan, ey düşüncələrlə dərk olunmayan, ey gözlərlə görünməyən, ey heç bir nişanənin ondan gizli olmadığı, ey bəşərə ruzi verən, ey bütün ölçüləri təyin edən!

(89) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا حافِظُ يا بارِئُ يا ذارِئُ يا باذِخُ يا فارِجُ يا فاتِحُ يا كاشِفُ يا ضامِنُ يا امِرُ يا ناهي
89.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey qoruyan, ey xəlq edən, ey ucaməqamlı, ey kədəri aparan, ey qəm-qüssəni dağıdan, ey bağlı qapıları açan, ey bəndələrə zamin, ey xeyir işlərə əmr edən, ey pis işlərdən çəkindirən!

(90) يا مَنْ لا يَعْلَمُ الْغَيْبَ إلاّ هُوَ يا مَنْ لا يَصْرِفُ السُّوءَ إلاّ هُوَ يا مَنْ لا يَخْلُقُ الْخَلْقَ إلاّ هُوَ يا مَنْ لا يَغْفِرُ الذَّنْبَ إلاّ هُوَ يا مَنْ لا يُتِمُّ النِّعْمَةَ إلاّ هُوَ يا مَنْ لا يُقَلِّبُ الْقُلُوبَ إلاّ هُوَ يا مَنْ لا يُدَبِّرُ الاَْمْرَ إلاّ هُوَ يا مَنْ لا يُنَزِّلُ الْغَيْثَ إلاّ هُوَ يا مَنْ لا يَبْسُطُ الرِّزْقَ إلاّ هُوَ يا مَنْ لا يُحْيِي الْمَوْتى إلاّ هُوَ
90.Ey ondan başqa, heç kəsin qeybi bilmədiyi, ey ondan başqa, kimsənin  pislikləri aradan qaldıra bilmədiyi, ey ondan başqa, kiminsə məxluqatı xəlq etmədiyi, ey ondan başqa, bir kəsin günahı bağışlamadığı, ey ondan başqa, kimsənin neməti tamamlamadığı, ey ondan başqa, heç kimin qəlbləri dəyişə bilmədiyi, ey ondan başqa, kimsənin tədbir tökmədiyi, ey ondan başqa, kimsənin yağışı nazil etmədiyi, ey ondan başqa, bir kəsin bəndələrə ruzi vermədiyi, ey ondan başqa, kimsənin ölüləri diriltmədiyi!

(91) يا مُعينَ الْضُعَفاءِ يا صاحِبَ الْغُرَباءِ يا ناصِرَ الاْوْلِياءِ يا قاهِرَ الاْعْداءِ يا رافِعَ السَّماءِ يا اَنيسَ الاْصْفِياءِ يا حَبيبَ الاْتْقِياءِ يا كَنْزَ الْفُقَراءِ يا اِلـهَ الاْغْنِياءِ يا اَكْرَمَ الْكُرَماءِ
91.Ey zəiflərin köməkçisi, ey qəriblərin yoldaşı, ey dostlarına yardımçı, ey düşmənlərə qalib, ey səmanı ucaldan, ey seçilmiş bəndələrin munisi, ey təqvalıların dostu, ey fəqirlərin xəzinəsi, ey varlıların Rəbbi, ey kərimlərin kərimi!

(92) يا كافِياً مِنْ كُلِّ شَيْء يا قائِماً عَلى كُلِّ شَيْء يا مَنْ لا يُشْبِهُهُ شَيْءٌ يا مَنْ لا يَزيدُ في مُلْكِهِ شَيْءٌ يا مَنْ لا يَخْفى عَلَيْهِ شَيْءٌ يا مَنْ لا يَنْقُصُ مِنْ خَزائِنِهِ شَيْءٌ يا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ يا مَنْ لا يَعْزُبُ عَنْ عِلْمِهِ شَيءٌ يا مَنْ هُوَ خَبيرٌ بِكُلِّ شَيْء يا مَنْ وَسِعَتْ رَحْمَتُهُ كُلَّ شَيْء
92.Ey hər şeyə yetərli, ey hər şeyə nəzarətçi, ey heç nəyə bənzəməyən, ey mülkündə bir şeyin artmadığı (mülkü sabit), ey heç nəyin Ona məxfi olmadığı, ey xəzinələri azalmayan, ey tayı-bərabəri olmayan, ey elminin əhatəsindən bir şeyin kənara çıxmadığı (hər şeyə alim), ey hər şeydən xəbərdar, ey rəhməti hər şeyi əhatə edən!

(93) اَللّـهُمَّ اِنّي اَسْئَلُكَ بِاسْمِكَ يا مُكْرِمُ يا مُطْعِمُ يا مُنْعِمُ يا مُعْطى يا مُغْني يا مُقْني يا مُفْني يا مُحْيي يا مُرْضي يا مُنْجي
93.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey yaxşılıq edən, ey bəndələrini yedirən, ey nemət verən, ey bəxşiş verən, ey ehtiyacsız edən, ey sərmayə verən, ey fani edən, ey dirildən, ey sevindirən, ey nicat verən!

(94) يا اَوَّلَ كُلِّ شَيْء وَآخِرَهُ يا اِلـهَ كُلِّ شَيْء وَمَليكَهُ يا رَبَّ كُلِّ شَيْء وَصانِعَهُ يا بارِئَ كُلِّ شَيْء وَخالِقَهُ يا قابِضَ كُلِّ شَيْء وَباسِطَهُ يا مُبْدِئَ كُلِّ شَيْء وَمُعيدَهُ يا مُنْشِئَ كُلِّ شَيْء وَمُقَدِّرَهُ يا مُكَوِّنَ كُلِّ شَيْء وَمُحَوِّلَهُ يا مُحْيِيَ كُلِّ شَيْء وَمُميتَهُ يا خالِقَ كُلِّ شَيْء وَوارِثَهُ
94.Ey hər şeyin əvvəli və sonu, ey hər şeyin məbud və maliki, ey hər şeyin Rəbbi və yaradanı, ey hər şeyin yaradanı və xaliqi, ey bütün məxluqatdan verdiklərini alan və toplayan, ey hər şeyi icad etdikdən sonra geriyə – əvvəlki halına qaytaran, ey hər şeyi yaratdıqdan sonra müqəddər edən, ey hər şeyi yaratdıqdan sonra xüsusiyyətlərini dəyişikliyə uğradan, ey hər bir şeyi dirildib öldürən, ey hər bir şeyin xaliq və varisi!

(95) يا خَيْرَ ذاكِر وَمَذْكُور يا خَيْرَ شاكِر وَمَشْكُور يا خَيْرَ حامِد وَمَحْمُود يا خَيْرَ شاهِد وَمَشْهُود يا خَيْرَ داع وَمَدْعُوٍّ يا خَيْرَ مُجيب وَمُجاب يا خَيْرَ مُؤنِس وَاَنيس يا خَيْرَ صاحِب وَجَليس يا خَيْرَ مَقْصُود وَمَطْلُوب يا خَيْرَ حَبيب وَمَحْبُوب
95.Ey xatırlayan və xatırlananların ən yaxşısı, ey təşəkkür edən və təşəkkür olunanların ən yaxşısı, ey tərif edən və təriflənənlərin ən yaxşısı, ey şahid olan və şahid tutulanların ən yaxşısı, ey çağıran və çağırılanların ən yaxşısı, ey qəbul edən və qəbul olunanların ən yaxşısı, ey munis seçən və munis seçilənlərin ən yaxşısı, ey dost tutan və dost tutulanların ən yaxşısı, ey nəzərdə tutan və nəzərdə tutulanların ən yaxşısı, ey sevən və sevilənlərin ən yaxşısı!

(96) يا مَنْ هُوَ لِمَنْ دَعاهُ مُجيبٌ يا مَنْ هُوَ لِمَنْ اَطاعَهُ حَبيبٌ يا مَنْ هُوَ اِلى مَنْ اَحَبَّهُ قَريبٌ يا مَنْ هُوَ بِمَنِ اسْتَحْفَظَهُ رَقيبٌ يا مَنْ هُوَ بِمَنْ رَجاهُ كَريمٌ يا مَنْ هُوَ بِمَنْ عَصاهُ حَليمٌ يا مَنْ هُوَ في عَظَمَتِهِ رَحيمٌ يا مَنْ هُوَ في حِكْمَتِهِ عَظيمٌ يا مَنْ هُوَ في اِحْسانِهِ قَديمٌ يا مَنْ هُوَ بِمَنْ اَرادَهُ عَليمٌ
96.Ey dua edənlərin duasını qəbul edən, ey itaət edənləri sevən, ey onu sevənlərə yaxın, ey qorunmaq istəyənlərin mühafizi, ey ona ümid bəsləyənlərə yaxşılıq edən, ey itaətsizlərə qarşı tez cəza verməyərək mülayim davranan, ey əzəmətli olması ilə yanaşı rəhimli, ey hikmətində əzəmətli, ey ehsanında əzəli, ey onu istəyənləri tanıyan!

(97) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا مُسَبِّبُ يا مُرَغِّبُ يا مُقَلِّبُ يا مُعَقِّبُ يا مُرَتِّبُ يا مُخَوِّفُ يا مُحَذِّرُ يا مُذَكِّرُ يا مُسَخِّرُ يا مُغَيِّرُ
97.İlahi, (mübarək) adının vasitəsilə səndən istəyirəm, ey bütün işlərə səbəb yaradan, ey yaxşı işlərə rəğbətləndirən, ey halətləri dəyişən və haldan-hala salan, ey təxirə (əcəli, əzabı) salan, ey nizamlayan, ey hədələyən, ey qorxudan, ey xatırladan, ey ram edən, ey dəyişdirən!

(98) يا مَنْ عِلْمُهُ سابِقٌ يا مَنْ وَعْدُهُ صادِقٌ يا مَنْ لُطْفُهُ ظاهِرٌ يا مَنْ اَمْرُهُ غالِبٌ يا مَنْ كِتابُهُ مُحْكَمٌ يا مَنْ قَضاؤُهُ كأئِنٌ يا مَنْ قُرْانُهُ مَجيدٌ يا مَنْ مُلْكُهُ قَديمٌ يا مَنْ فَضْلُهُ عَميمٌ يا مَنْ عَرْشُهُ عَظيمٌ
98.Ey bir şeyi yaratmamışdan qabaq ona elmi olan, ey vədəsində sadiq, ey lütfü aşkar, ey əmrində qalib, ey kitabındakı ayələri möhkəm (tutarlı), ey hökmü gerçəkləşən, ey Quranı dəyərli, ey mülkü qədim və əzəli, ey lütf və mərhəməti bütün məxluqata şamil, ey ərşi əzəmətli olan!

(99) يا مَنْ لا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْع يا مَنْ لا يَمْنَعُهُ فِعْلٌ عَنْ فِعْل يا مَنْ لا يُلْهيهِ قَوْلٌ عَنْ قَوْل يا مَنْ لا يُغَلِّطُهُ سُؤالٌ عَنْ سُؤال يا مَنْ لا يَحْجُبُهُ شَيْءٌ عَنْ شَيْء يا مَنْ لا يُبْرِمُهُ اِلْحاحُ الْمُلِحّينَ يا مَنْ هُوَ غايَةُ مُرادِ الْمُريدينَ يا مَنْ هُوَ مُنْتَهى هِمَمِ الْعارِفينَ يا مَنْ هُوَ مُنْتَهى طَلَبِ الطّالِبينَ يا مَنْ لا يَخْفى عَلَيْهِ ذَرَّةٌ فِي الْعالَمينَ
99.Ey bir şeylə məşğul olması digər şeyi eşitməsinə mane olmayan, ey bir işi görməsi başqa bir işi yerinə yetirməsinə mane olmayan, ey biri ilə danışması başqası ilə danışığa mane olmayan, ey bir sualın soruşulması ilə digər sualdan qəflət etməyən, ey bir şeyi görməsi digər bir şeyi görməsinə mane olmayan, ey hacət istəyənlərin tələbinin çoxluğu Ona əziyyət etməyən (Onu yormayan), ey Onu istəyənlərin məqsədinin, ariflərin qovuşmaq istədiklərinin sonu, ey tələb edənlərin tələbinin sonu, ey aləmdəki bir zərrənin belə ona gizli olmadığı!

(100) يا حَليماً لا يَعْجَلُ يا جَواداً لا يَبْخَلُ يا صادِقاً لا يُخْلِفُ يا وَهّاباً لا يَمَلُّ يا قاهِراً لا يُغْلَبُ يا عَظيماً لا يُوصَفُ يا عَدْلاً لا يَحيفُ يا غَنِيّاً لا يَفْتَقِرُ يا كَبيراً لا يَصْغُرُ يا حافِظاً لا يَغْفُلُ سُبْحانَكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْغَوْثَ الْغَوْثَ خَلِّصْنا مِنَ النّارِ يا رَبِّ .
100.Ey işlərində tələsməyən həlim, ey paxıllıq etməyən comərd, ey vədinə xilaf çıxmayan sadiq, ey əta etdiyini geri almayan (yaxud əta etdiyindən peşman olmayan) əliaçıq, ey məğlubedilməz qalib, ey vəsfolunmaz əzəmətli, ey zülm etməyən adil, ey heç nəyə ehtiyacı olmayan qane, ey kiçilməyən böyük, ey qoruduqlarından qəflət etməyən mühafiz! Ey Səndən başqa tanrı olmayan, Sən bütün eyib nə nöqsanlardan pak və uzaqsan, fəryada yet, fəryada yet və bizi cəhənnəm odundan amanda saxla, ey Rəbbim!

Allah qəbul etsin!

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!