“CÖVŞӘN KӘBIR” DUАSININ TƏRCÜMƏSİ - II hissə

:

Cövşən” (coşən) ərəb dilində döyüş zamanı düşmən zərbəsindən qorunmaq üçün döyüşçülərin geyindiyi “zirehli paltar”-a deyilir, “kəbir” sözü isə “böyük” mənasını daşıyır.

(36) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا كافى يا شافى يا وافى يا مُعافى يا هادى يا داعى يا قاضى يا راضى يا عالي يا باقي
36.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey yetərli (kifayət edən), ey şəfa bəxş edən, ey vəfalı, ey sağlamlıq verən, ey hidayət edən, ey bəndələrini (behiştinə) dəvət edən, ey məxluqata hakim, ey razı olan, ey uca məqamlı, ey baqi!

(37) يا مَنْ كُلُّ شَيْء خاضِعٌ لَهُ يا مَنْ كُلُّ شَيْء خاشِعٌ لَهُ يا مَنْ كُلُّ شَيْء كائِنٌ لَهُ يا مَنْ كُلُّ شَيْء مَوْجُودٌ بِهِ يا مَنْ كُلُّ شَيْء مُنيبٌ اِلَيْهِ يا مَنْ كُلُّ شَيْء خائِفٌ مِنْهُ يا مَنْ كُلُّ شَيْء قائِمٌ بِهِ يا مَنْ كُلُّ شَيْء صائِرٌ اِلَيْهِ يا مَنْ كُلُّ شَيْء يُسَبِّحُ بِحَمْدِهِ يا مَنْ كُلُّ شَيْء هالِكٌ إلاّ وَجْهَهُ
37.Ey müqabilində bütün varlıqların təvazökar və müti olduğu, ey bütün yaradılmışların Onun ibadəti üçün yarandığı, ey hər bir şeyin Onun vasitəsilə mövcud olduğu, ey varlıqların Ona tərəf qayıtdığı, ey hər bir şeyin Onun əzəmətindən qorxduğu, ey bütün varlıqların dayağı, ey hər bir şeyin yalnız Ona tərəf qayıtdığı, ey məxluqatın təsbih deyərək sitayiş etdiyi, ey Ondan başqa, bütün varlıqların həlak (məhv) olacağı.

(38) يا مَنْ لا مَفَرَّ إلاّ اِلَيْهِ يا مَنْ لا مَفْزَعَ إلاّ اِلَيْهِ يا مَنْ لا مَقْصَدَ إلاّ اِلَيْهِ يا مَنْ لا مَنْجا مِنْهُ إلاّ اِلَيْهِ يا مَنْ لا يُرْغَبُ إلاّ اِلَيْهِ يا مَنْ لا حَوْلَ وَلا قُوَّةَ إلاّ بِهِ يا مَنْ لا يُسْتَعانُ إلاّ بِهِ يا مَنْ لا يُتَوَكَّلُ إلاّ عَلَيْهِ يا مَنْ لا يُرْجى إلاّ هُوَ يا مَنْ لا يُعْبَدُ إلاّ هو
38.Ey Ondan başqasına tərəf qaçış yeri olmayan, ey nalə edənlərin Ondan başqasına sığınmadığı, ey Ondan başqasına tərəf məqsədin olmadığı, ey Onun rəhmətindən başqa qurtuluş yeri olmayan, ey Ondan başqasına rəğbət bəslənilməyən, ey Ondan başqa qüdrət və qüvvətin olmadığı, ey Ondan başqasından yardım istənilməyən, ey Ondan başqasına etimad və təvəkkül olunmayan, ey yalnız Ona ümid edilən, ey yalnız Ona ibadət olunan!

(39) يا خَيْرَ الْمَرْهُوبينَ يا خَيْرَ الْمَرْغُوبينَ يا خَيْرَ الْمَطْلُوبينَ يا خَيْرَ الْمَسْؤولينَ يا خَيْرَ الْمَقْصُودينَ يا خَيْرَ الْمَذْكُورينَ يا خَيْرَ الْمَشْكُورينَ يا خَيْرَ الْمحْبُوبينَ يا خَيْرَ الْمَدْعُوّينَ يا خَيْرَ الْمُسْتَأْنِسينَ
39.Ey qorxulanların ən yaxşısı, ey rəğbət olunanların ən yaxşısı, ey tələb (arzu) edilənlərin ən yaxşısı, ey hacət istənilənlərin ən yaxşısı, ey nəzərdə tutulanların ən yaxşısı, ey xatırlanılanların ən yaxşısı, ey təşəkkür edilənlərin ən yaxşısı, ey sevilənlərin ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey ünsiyyət qurulanların ən yaxşısı!

(40) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا غافِرُ يا ساتِرُ يا قادِرُ يا قاهِرُ يا فاطِرُ يا كاسِرُ يا جابِرُ يا ذاكِرُ يا ناظِرُ يا ناصِرُ
40.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey bağışlayan, ey eyibləri örtən, ey hər şeyə qadir, ey hər şeyə qalib, ey məxluqatı xəlq edən, ey yaran, ey bəndələrin nöqsanlarını aradan qaldıran, ey xatırlayan, ey görən, ey yardım edən!

(41) يا مَنْ خَلَقَ فَسَوّى يا مَنْ قَدَّرَ فَهَدى يا مَنْ يَكْشِفُ الْبَلْوى يا مَنْ يَسْمَعُ النَّجْوى يا مَنْ يُنْقِذُ الْغَرْقى يا مَنْ يُنْجِي الْهَلْكى يا مَنْ يَشْفِي الْمَرْضى يا مَنْ اَضْحَكَ وَاَبْكى يا مَنْ اَماتَ وَاَحْيى يا مَنْ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالاْنْثى
41.Ey yaratdıqdan sonra gözəl sima verən, ey hökmünü müəyyən etdikdən sonra hidayət edən, ey çətinlikləri aradan qaldıran, ey pıçıltıları (məxfi söhbətləri) eşidən, ey qərq olmaqda olanları xilas edən, ey həlak olmaqda olanlara nicat, xəstələrə şəfa verən, ey ağladıb-güldürən, ey öldürüb-dirildən, ey varlıqları cüt şəkildə (erkək və dişi olaraq) yaradan!

(42) يا مَنْ فيِ الْبَرِّ وَالْبَحْرِ سَبيلُهُ يا مَنْ فِي الاْفاقِ اياتُهُ يا مَنْ فِى الاْياتِ بُرْهانُهُ يا مَنْ فِي الْمَماتِ قُدْرَتُهُ يا مَنْ فِي الْقُبُورِ عِبْرَتُهُ يا مَنْ فِي الْقِيامَةِ مُلْكُهُ يا مَنْ فِي الْحِسابِ هَيْبَتُهُ يا مَنْ فِي الْميزانِ قَضاؤُهُ يا مَنْ فِي الْجَنَّةِ ثَوابُهُ يا مَنْ فِي النّارِ عِقابُهُ
42.Ey quru və sudakı yolların sahibi, ey səmada nişanələri (möcüzələri), nişanələrdə onun varlığına dəlillər olan, ey məxluqatı öldürmək Onun qüdrət əlaməti olan, ey qəbirdəkilərlə bəndələrə ibrət dərsi verən, ey qiyamətdə mülk (hakimiyyət və hökmranlıq) sahibi, ey haqq-hesab çəkməkdə əzəmət və heybət sahibi, ey məxluqatın əməlləri ilə bağlı hökmü ədalətli olan, ey cənnətdəki mükafatların, cəhənnəmdəki cəzaların sahibi!

(43) يا مَنْ اِلَيْهِ يَهْرَبُ الْخائِفُونَ يا مَنْ اِلَيْهِ يَفْزَعُ الْمُذْنِبُونَ يا مَنْ اِلَيْهِ يَقْصِدُ الْمُنيبُونَ يا مَنْ اِلَيْهِ يَرْغَبُ الزّاهِدُونَ يا مَنْ اِلَيْهِ يَلْجَأُ الْمُتَحَيِّرُونَ يا مَنْ بِهِ يَسْتَأْنِسُ الْمُريدُونَ يا مَنْ بِه يَفْتَخِرُ الْمحِبُّونَ يا مَنْ فى عَفْوِهِ يَطْمَعُ الْخاطِئُونَ يا مَنْ اِلَيْهِ يَسْكُنُ الْمُوقِنُونَ يا مَنْ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ
43.Ey qorxan qəlblərin yalnız Ona tərəf üz çevirdiyi, ey günahkarların yalnız Onun dərgahında ah-nalə etdiyi, ey günahdan peşman olanların təkcə Onu nəzərdə tutduğu, ey zahidlərin yalnız Ona rəğbət bəslədiyi, ey heyrət və çıxılmaz vəziyyətdə qalanların yalnız Ona pənah apardığı, ey arzusunda və müştağı olanların yalnız Onunla ünsiyyət qurduğu, ey Ona məhəbbət bəsləyənlərin yalnız Onunla fəxr etdiyi, ey xəta edənlərin təkcə Onun əfvinə göz dikdiyi, ey yəqin əhlinin qəlbinin yalnız Onunla aramlıq tapdığı, ey təvəkkül və etimad edənlərin yalnız Ona təvəkkül etdiyi!

(44) اَللّـهُمَّ اِنّى اَسْأَلُكَ بِاسْمِكَ يا حَبيبُ يا طَبيبُ يا قَريبُ يا رَقيبُ يا حَسيبُ يا مُهيبُ يا مُثيبُ يا مُجيبُ يا خَبيرُ يا بَصيرُ
44.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey həbib, ey təbib və şəfa verən, ey məxluqata yaxın, ey bəndələri qoruyan, ey kifayət edən və yetərli, ey əzəmət və heybətli, ey mükafat verən, ey dua və əməlləri qəbul edən, ey agah, ey (zahir və batini) görən!

(45) يا اَقَرَبَ مِنْ كُلِّ قَريب يا اَحَبَّ مِنْ كُلِّ حَبيب يا اَبْصَرَ مِنْ كُلِّ بَصير يا اَخْبَرَ مِنْ كُلِّ خَبير يا اَشْرَفَ مِنْ كُلِّ شَريف يا اَرْفَعَ مِنْ كُلِّ رَفيع يا اَقْوى مِنْ كُلِّ قَوِيٍّ يا اَغْنى مِنْ كُلِّ غَنِيٍّ يا اَجْوَدَ مِنْ كُلِّ جَواد يا اَرْاَفَ مِنْ كُلِّ رَؤوُف
45.Ey bütün yaxınların ən yaxını, ey bütün sevilənlərin ən sevimlisi, ey bütün görənlərin ən bəsirətlisi, ey bütün agahların daha agahı, ey bütün şərəflilərin ən şərəflisi, ey bütün ucaməqamlıların ən ucası, ey bütün qüvvətlilərin ən qüvvətlisi, ey bütün varlıların ən varlısı, ey bütün səxavətlilərin ən səxavətlisi, ey bütün mehribanların ən mehribanı!

(46) يا غالِباً غَيْرَ مَغْلُوب يا صانِعاً غَيْرَ مَصْنُوع يا خالِقاً غَيْرَ مَخْلُوق يا مالِكاً غَيْرَ مَمْلُوك يا قاهِراً غَيْرَ مَقْهُور يا رافِعاً غَيْرَ مَرْفُوع يا حافِظاً غَيْرَ مَحْفُوظ يا ناصِراً غَيْرَ مَنْصُور يا شاهِداً غَيْرَ غائِب يا قَريباً غَيْرَ بَعيد
46.Ey məğlubedilməz qalib, ey yaradılmayan yaradan, ey xəlq olunmayan xaliq, ey kimsənin hakimiyyətində olmayan malik, ey heç kəsin zəfər çala bilmədiyi qalib, ey Ondan başqasının malik olmadığı ucaməqamlı, ey qorunmağa ehtiyacı olmayan mühafiz, ey köməyə ehtiyacsız yardımçı, ey məxfi olmayan aşkar, ey uzaq olmayan yaxın!

(47) يا نُورَ النُّورِ يا مُنَوِّرَ النُّورِ يا خالِقَ النُّورِ يا مُدَبِّرَ النُّورِ يا مُقَدِّرَ النُّورِ يا نُورَ كُلِّ نُور يا نُوراً قَبْلَ كُلِّ نُور يا نُوراً بَعْدَ كُلِّ نُور يا نُوراً فَوْقَ كُلِّ نُور يا نُوراً لَيْسَ كَمِثْلِهِ نُورٌ
47.Ey aydınlığın nuru, ey nuru nurlandıran, ey nuru yaradan, ey nuru münəzzəm edən, ey nura ölçü təyin edən, ey bütün nurların nuru, ey bütün nurlardan öncə olan nur, ey bütün nurlardan (nurlar aradan getdikdən) sonra qalacaq nur, ey bütün nurların fövqündə olan nur, ey tayı-bərabəri olmayan nur!

(48) يا مَنْ عَطاؤُهُ شَريفٌ يا مَنْ فِعْلُهُ لَطيفٌ يا مَنْ لُطْفُهُ مُقيمٌ يا مَنْ اِحْسانُهُ قَديمٌ يا مَنْ قَوْلُهُ حَقٌّ يا مَنْ وَعْدُهُ صِدْقٌ يا مَنْ عَفْوُهُ فَضْلٌ يا مَنْ عَذابُهُ عَدْلٌ يا مَنْ ذِكْرُهُ حُلْوٌ يا مَنْ فَضْلُهُ عَميمٌ
48.Ey bəxşişi şərafətli, ey feli (gördüyü işlər) lətif, ey lütfü əbədi, ey ehsanı qədim və əzəli, ey sözləri haqq, ey vədəsi doğru, ey əfv və bağışlaması fəzilətli, ey əzabında ədalətli, ey xatırlanması şirin, ey fəzl və kərəmi hamıya şamil olan!

(49) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا مُسَهِّلُ يا مُفَصِّلُ يا مُبَدِّلُ يا مُذَلِّلُ يا مُنَزِّلُ يا مُنَوِّلُ يا مُفْضِلُ يا مُجْزِلُ يا مُمْهِلُ يا مُجْمِلُ
49.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey çətinlikləri asanlaşdıran, aləmdəki işləri bir-birindən ayıran (fərqləndirən), ey (nemətləri, işləri və s.) dəyişdirən, ey pis bəndələr və təkəbbürlüləri xar edən, ey (rəhmət, bəla və s.) nazil edən, ey nemət bəxş edən, ey fəzilətli edən, ey böyük nemətlər verən, ey möhlət verən, ey gözəllik bəxş edən!

(50) يا مَنْ يَرى وَلا يُرى يا مَنْ يَخْلُقُ وَلا يُخْلَقُ يا مَنْ يَهْدى وَلا يُهْدى يا مَنْ يُحْيي وَلا يُحْيا يا مَنْ يَسْأَلُ وَلا يُسْأَلُ يا مَنْ يُطْعِمُ وَلا يُطْعَمُ يا مَنْ يُجيرُ وَلا يُجارُ عَلَيْهِ يا مَنْ يَقْضى وَلا يُقْضى عَلَيْهِ يا مَنْ يَحْكُمُ وَلا يُحْكَمُ عَلَيْهِ يا مَنْ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ
50.Ey görünməyən və görən, ey yaradılmayan və yaradan, ey hidayət edilməyən və hidayət edən, ey (kiminsə tərəfindən) dirilməyən və dirildən, ey sorğu-suala tutulmayan və sorğu-sual edən, ey qidalanmayan (yeməyən) və (başqalarını) qidalandıran (yedizdirən), ey (kiməsə) sığınmayan və sığınacaq verən, ey hökm verən və Özü məhkum edilməyən, ey doğmayan və doğulmayan, ey tayı-bərabəri olmayan!

(51) يا نِعْمَ الْحَسيبُ يا نِعْمَ الطَّبيبُ يا نِعْمَ الرَّقيبُ يا نِعْمَ الْقَريبُ يا نِعْمَ الْمـٌجيبُ يا نِعْمَ الْحَبيبُ يا نِعْمَ الْكَفيلُ يا نِعْمَ الَوْكيلُ يا نِعْمَ الْمَوْلى يا نِعْمَ النَّصيرُ
51.Ey yaxşı kifayət edən, ey yaxşı təbib, ey yaxşı qoruyan, ey (bəndələrə) yaxşı yaxın, ey duaları yaxşı qəbul edən, ey yaxşı sevilən, ey yaxşı zamin, ey yaxşı vəkil, ey yaxşı ixtiyar sahibi, ey yaxşı yardım edən!

(52) يا سُرُورَ الْعارِفينَ يا مُنَى الْمحِبّينَ يا اَنيسَ الْمُريدينَ يا حَبيبَ التَّوّابينَ يا رازِقَ الْمُقِلّينَ يا رَجاءَ الْمُذْنِبينَ يا قُرَّةَ عَيْنِ الْعابِدينَ يا مُنَفِّسُ عَنِ الْمَكْرُوبينَ يا مُفَرِّجُ عَنِ الْمَغْمُومينَ يا اِلـهَ الاْوَّلينَ وَالاخِرينَ
52.Ey ariflərin sevinci, ey sevənlərin arzusu, ey müştaq olanların munisi, ey tövbə edənləri sevən, ey fəqirlərə ruzi verən, ey günahkarların ümid yeri, ey abidlərin (ibadət əhlinin) gözlərinin nuru, ey kədərlilərin kədərini dağıdan, ey qəmlilərə sevinc bəxş edən, ey əvvəlkilər (keçmişdəkilər) və sonrakıların (gələcəkdəkilərin) məbudu!

(53) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا رَبَّنا يا اِلهَنا يا سَيِّدَنا يا مَوْلانا يا ناصِرَنا يا حافِظَنا يا دَليلَنا يا مُعينَنا يا حَبيبَنا يا طَبيبَنا
53.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey Rəbbimiz, ey məbudumuz, ey sərvərimiz, ey ixtiyar sahibimiz, ey köməkçimiz, ey bizi qoruyan, ey bizə yol göstərən, ey köməkçimiz, ey sevdiyimiz, ey təbibimiz!

(54) يا رَبَّ النَّبيّينَ وَالاْبْرارِ يا رَبَّ الصِّدّيقينَ وَالاْخْيارِ يا رَبَّ الْجَنَّةِ وَالنّارِ يا رَبَّ الصِّغارِ وَالْكِبارِ يا رَبَّ الْحُبُوبِ وَالِّثمارِ يا رَبَّ الاْنْهارِ وَالاْشْجارِ يا رَبَّ الصَّحارى وَالْقِفارِ يا رَبَّ الْبَراري وَالْبِحارِ يا رَبَّ اللَّيْلِ وَالنَّهارِ يا رَبَّ الاْعْلانِ وَالاْسْرارِ
54.Ey peyğəmbərlər və məxluqatın seçilmişlərinin Rəbbi, ey düz danışanlar və xeyirxahların Rəbbi, ey cənnət və cəhənnəmin Rəbbi, ey kiçik və böyüklərin Rəbbi, ey toxum və meyvələrin Rəbbi, ey çaylar və ağacların Rəbbi, ey səhralar və biyabanların Rəbbi, ey quru və sulu ərazilərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi!

(55) يا مَنْ نَفَذَ في كُلِّ شَيْء اَمْرُهُ يا مَنْ لَحِقَ بِكُلِّ شَيْء عِلْمُهُ يا مَنْ بَلَغَتْ اِلى كُلِّ شَيْء قُدْرَتُهُ يا مَنْ لا تُحْصِى الْعِبادُ نِعَمَهُ يا مَنْ لا تَبْلُغُ الْخَلائِقُ شُكْرَهُ يا مَنْ لا تُدْرِكُ الاْفْهامُ جَلالَهُ يا مَنْ لا تَنالُ الاْوْهامُ كُنْهَهُ يا مَنِ الْعَظَمَةُ وَالْكِبْرِياءُ رِداؤُهُ يا مَنْ لا تَرُدُّ الْعِبادُ قَضاءَهُ يا مَنْ لا مُلْكَ إلاّ مُلْكُهُ يا مَنْ لا عَطاءَ إلاّ عَطاؤُهُ
55.Ey hökmü bütün şeylərdə təsirli, ey elmi hər bir şeyə əhatəli, ey hər şeyə qüdrəti çatan, ey nemətlərini bəndələrin sayıb qurtara bilmədiyi, ey (nemətlərinin) şükrünü yerinə yetirməkdə məxluqatın aciz olduğu, ey əzəmətini şüurların dərk etmədiyi, ey zatından dərrakələrin baş açmadığı, ey libası əzəmət və böyüklük olan, ey hökmündən bəndələrin yayına bilmədiyi, ey hakimiyyətindən başqa hakimiyyət olmayan, ey bəxşişindən başqa hədiyyə (bəxşiş) olmayan!

(56) يا مَنْ لَهُ الْمَثَلُ الاْعْلى يا مَنْ لَهُ الصِّفاتُ الْعُلْيا يا مَنْ لَهُ الاْخِرَةُ وَالاْولى يا مَنْ لَهُ الْجَنَّةُ الْمَاْوى يا مَنْ لَهُ الاياتُ الْكُبْرى يا مَنْ لَهُ الاْسْماءُ الْحُسْنى يا مَنْ لَهُ الْحُكْمُ وَالْقَضاءُ يا مَنْ لَهُ الْهَواءُ وَالْفَضاءُ يا مَنْ لَهُ الْعَرْشُ وَالثَّرى يا مَنْ لَهُ السَّماواتُ الْعُلى
56.Ey nümunə göstərilməyə layiq olanların ən üstünü, ey ən üstün xüsusiyyətlərin, ey axirət və dünyanın, ey asayiş məkanı olan cənnətin, ey əzəmətli nişanə və möcüzələrin, ey gözəl adların, ey hökm və qəzavü-qədərin, ey sonsuz kainat və havanın, ey göylər və yer mülkünün, ey uca səmaların yalnız Ona məxsus olduğu!

(57) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا عَفُوُّ يا غَفُورُ يا صَبُورُ يا شَكُورُ يا رَؤوفُ يا عَطُوفُ يا مَسْؤولُ يا وَدُودُ يا سُبُّوحُ يا قُدُّوسُ
57.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey əfv edən, ey çox bağışlayan, ey (günahkarları cəzalandırmaqda tələsməyən) səbirli, ey şükrü qəbul edən, ey mehriban, ey aləmdəkilərin istəyi, ey mehriban, ey eyiblərdən pak və uzaq, ey müqəddəs!

(58) يا مَنْ فِي السَّماءِ عَظَمَتُهُ يا مَنْ فِي الاْرْضِ آياتُهُ يا مَنْ في كُلِّ شَيْء دَلائِلُهُ يا مَنْ فِي الْبِحارِ عَجائِبُهُ يا مَنْ فِي الْجِبالِ خَزائِنُهُ يا مَنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعيدُهُ يا مَنْ اِلَيْهِ يَرْجِـعُ الاْمْرُ كُلُّهُ يا مَنْ اَظْهَرَ فى كُلِّ شَيْء لُطْفَهُ يا مَنْ اَحْسَنَ كُلَّ شَيْء خَلْقَهُ يا مَنْ تَصَرَّفَ فِي الْخَلائِقِ قُدْرَتُهُ
58.Ey səmalarda əzəməti aşkar, ey yerdə nişanələri bilinən, ey hər bir şeyə dəlil və sübutu olan, dəryalarda təəccüb doğuracaq məxluqları və dağlarda xəzinələri olan, ey xilqəti əvvəlcə yaradan, sonra isə sona çatdıran, ey bütün işlərin Ona tərəf qayıtdığı (dönüşün ona doğru olduğu), ey hər şeydə lütfü zahir olan, ey hər şeyə gözəl xilqət verən, ey qüdrəti ilə bütün məxluqat üzərində hökm etməyə qadir olan!

(59) يا حَبيبَ مَنْ لا حَبيبَ لَهُ يا طَبيبَ مَنْ لا طَبيبَ لَهُ يا مُجيبَ مَنْ لا مُجيبَ لَهُ يا شَفيقَ مَنْ لا شَفيقَ لَهُ يا رَفيقَ مَنْ لا رَفيقَ لَهُ يا مُغيثَ مَن لا مُغيثَ لَهُ يا دَليلَ مَنْ لا دَليلَ لَهُ يا اَنيسَ مَنْ لا اَنيسَ لَهُ يا راحِمَ مَنْ لا راحِمَ لَهُ يا صاحِبَ مَنْ لا صاحِبَ لَهُ
59.Ey dostu olmayanların dostu, ey təbibi olmayanların təbibi, ey heç kəsin qəbul etmədiyini qəbul edən, ey şəfqət göstərilməyənlərə şəfqət göstərən, ey heç bir rəfiqi olmayanların rəfiqi, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey heç bələdçisi olmayanlara bələdçi olan, ey həmdəm və həmsöhbəti olmayanların munisi, ey rəhm edilməyənlərə rəhm edən, ey sahibsizlərin sahibi!

(60) يا كافِيَ مَنِ اسْتَكْفاهُ يا هادِيَ مَنِ اسْتَهْداهُ يا كالِىءَ مَنِ اسْتَكْلاهُ يا راعِيَ مَنِ اسْتَرْعاهُ يا شافِيَ مَنِ اسْتَشْفاهُ يا قاضِيَ مَنِ اسْتَقْضاهُ يا مُغْنِيَ مَنِ اسْتَغْناهُ يا مُوفِيَ مَنِ اسْتَوْفاهُ يا مُقَوِّيَ مَنِ اسْتَقْواهُ يا وَلِيَّ مَنِ اسْتَوْلاهُ
60.Ey kifayət edilməsini istəyənlərə yetərli olan, ey hidayət tələb edənlərə yol göstərən, ey qorunmaq istəyənləri qoruyan, ey nəzərə alınmasını istəyənləri nəzərə alan, ey şəfa istəyənlərə şəfa verən, ey hökm verməyini istəyənlərin işləri barədə ədalətlə hökm verən, ey ehtiyacsız olmaq istəyənləri ehtiyacsız edən, ey vəfadarlıq istəyənlərə vəfalı olan, ey qüdrət istəyənlərə qüdrət verən, ey dostluq və yardım istəyənlərin dostu və yardımçısı!

(61) اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ يا خالِقُ يا رازِقُ يا ناطِقُ يا صادِقُ يا فالِقُ يا فارِقُ يا فاتِقُ يا راتِقُ يا سابِقُ يا سامِقُ
61.İlahi, (mübarək) adının vasitəsilə Səndən istəyirəm, ey yaradan, ey ruzi verən, ey danışan, ey sadiq, ey gecənin zülmətini gündüzün aydınlığı ilə yaran, ey (haqla batili) ayıran, ey açan, ey bağlayan, ey məxluqatdan öncə olan, ey uca olan!

(62) يا مَنْ يُقَلِّبُ اللَّيْلَ وَالنَّهارَ يا مَنْ جَعَلَ الظُّلُماتِ وَالاْنْوارَ يا مَنْ خَلَقَ الظِّلَّ وَالْحَرُورَ يا مَنْ سَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ يا مَنْ قَدَّرَ الْخَيْرَ وَالشَّرَّ يا مَنْ خَلَقَ الْمَوْتَ وَالْحَياةَ يا مَنْ لَهُ الْخَلْقُ وَالاْمْرُ يا مَنْ لَمْ يَتَّخِذْ صاحِبَةً وَلا وَلَداً يا مَنْ لَيْسَ لَهُ شَريكٌ فِى الْمُلْكِ يا مَنْ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ
62.Ey gecə və gündüzü bir-birinin ardınca gətirən, ey zülmət və nurları müəyyən edən, ey kölgə və istiliyi xəlq edən, ey günəşi və ayı ram edən, ey xeyir və şəri müəyyən ölçüdə yaradan, ey ölüm və həyatı xəlq edən, ey hökm və məxluqatın Ona məxsus olduğu, ey Özünə nə bir həyat yoldaşı, nə də övlad götürməyən, ey mülkündə heç bir şəriki olmayan, ey sonsuz qüdrətə sahib olduğu üçün kimsənin yardımına ehtiyacı olmayan!

(63) يا مَنْ يَعْلَمُ مُرادَ الْمُريدينَ يا مَنْ يَعْلَمُ ضَميرَ الصّامِتينَ يا مَنْ يَسْمَعُ اَنينَ الْواهِنينَ يا مَنْ يَرى بُكاءَ الْخائِفينَ يا مَنْ يَمْلِكُ حَوائِجَ السّائِلينَ يا مَنْ يَقْبَلُ عُذْرَ التّائِبينَ يا مَنْ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدينَ يا مَنْ لا يُضيعُ اَجْرَ الْمـٌحْسِنينَ يا مَنْ لا يَبْعُدُ عَنْ قُلُوبِ الْعارِفينَ يا اَجْوَدَ الاْجْودينَ
63.Ey müştaqların məqsədini bilən, ey susanların batinindən agah, ey nalə edənlərin naləsini eşidən, ey qorxuda olanların ağlamasını görən, ey hacət istəyənlərin hacətlərinə malik və onları verməyə qadir olan, ey tövbə edənlərin üzrünü qəbul edən, ey fitnə-fəsad törədənlərin əməllərini islah etməyən, ey yaxşı əməl sahiblərinin mükafatını zay etməyən, ey ariflərin qəlbindən uzaq olmayan, ey səxavətlilərin ən səxavətlisi!

(64) يا دائِمَ الْبَقاءِ يا سامِعَ الدُّعاءِ يا واسِعَ الْعَطاءِ يا غافِرَ الْخَطاءِ يا بَديعَ السَّماءِ يا حَسَنَ الْبَلاءِ يا جَميلَ الثَّناءِ يا قَديمَ السَّناءِ يا كَثيرَ الْوَفاءِ يا شَريفَ الْجَزاءِ
64.Ey daimi və əbədi olan, ey duanı eşidən, ey bəxşişi geniş, ey xətaları bağışlayan, ey səmaları vücuda gətirən, ey yaxşı imtahan edən, ey həmd-sənası gözəl, ey böyüklüyü əzəli, ey vəfası çox olan, ey mükafatı bəyənilən!

Ardı var...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!