"İNCİL"də MÜHƏMMƏD PEYĞƏMBƏR(s)in GƏLİŞİ

:

Əvvəlki peyğəmbərlərə iman İslam dinində “üsulid-dinin” əsas bəndlərindən sayılır. Peyğəmbərlərin əsrlər boyu biri digərini əvəz etməsini nəhayətdə axirəz-zəman peyğəmbərin vasitəsilə İslamın əsl məramına yetişməsi kimi qəbul etmək olar.

Qurani-kərim peyğəmbərlərin ali məqam sahibi olmalarına və onlar tərəfindən səmavi kitabların gətirilməsinə inanmağı tələb edir. Bütün bunlar isə İslam dininin haqq və sonuncu olduğunu təsdiq edir. Bununla göstərir ki, insanlar müxtəlif zamanlarda Allahın göndərdiyi peyğəmbərlərə tərəf meyl etməliydilər. Peyğəmbərlərin tərbiyə və təlim proqramlarındaki fərqlər insanların müxtəlif zamanlardakı şüur və inkişaf səviyyələrinə sahib olduqlarından irəli gəlir. Allah-taala tərəfindən təyin olunmuş amalları həyata keçirmək peyğəmbərlərin müxtəlifliyi ilə bağlı deyil, çünki onların hamısı vahid mənbədən olan göstərişləri (doktrinanı) təbliğ edirdilər. “Biz onların (peyğəmbərlər) aralarında heç bir fərq qoymuruq və hamımız Onun müqabilində təslim olanlardanıq” (“Bəqərə”, ayə 136)
Xilqətin əvvəl yaranışından peyğəmbər göndərmək Allahın əsas planlarından idi. Allah-taala bu planını insanları mənəvi kamala çatdırmaq üçün tədricən həyata keçirirdi. İnsanlar kamilləşdikcə peyğəmbərlərin missiyaları da onlara uyğun şəkildə daha yuxarı səviyyədə təkmilləşirdi. O cümlədən peyğəmbərlər öz ideyaları  haqqında insanlara xəbərlər verirdilər.
İslam peyğəmbəri (s) özündən qabaqkı peyğəmbərləri və onların gətirdikləri səmavi kitabları onlar kimi təsdiq etdi.
Heç bir vaxt peyğəmbərlərin gəlmə zamanı dəqiq göstərilməyib. Çünki qabaqcadan bu elan edilsəydi onda çoxlu yalançı insanlar özünün vədə verilmiş peyğəmbərin olduğunu iddia edərdi. Şüurlu insanlar üçün haqq peyğəmbəri yalançıdan ayırd etmək çətin deyildir. Yaddan çıxarmaq olmaz ki, intellektual səviyyəsi aşağı olan insanlar üçün haqqı dərk etmək heç də asan deyildir. Elə buna görə də sonrakı peyğəmbərin xüsusiyyətləri bəyan olunurdu. Eyni zamanda sonuncu peyğəmbərin dəqiq nişanələri göstərilmişdi ki, din alimlər peyda olmuş iddiaçıları təsdiq və təkzib etməkdə və həqiqətin üzə çıxmasında çətinliyə düşməsinlər.
Xristianlar heç vaxt İsanın (ə) dininin əbədiliyini, axırıncı olmasını və İncilin kamilliyini iddia etməyiblər. Həmçinin başqa dinlər də bu iddianı irəli sürməyiblər. Xristian və İslam dinlərinin müqəddəs kitablarında əsas fərq bundan ibarətdir ki, xristianlığın əvvəlində qeydə alınmış mətn indi tam şəkildə İncildə əksini tapmır, amma İslamda bunun əksinədir. İncilin mətnini təhqiq edən alimlər onun təhrifə uğradığını təsdiq ediblər.
Əsrlərdən bəri xristian missionerləri Mühəmməd peyğəmbərin (s) gəlişi haqqında İncildə heç bir xəbərin olmadığı haqda bəhs etməyi xoşlayırlar. Amma bu iddianın heç bir əsası yoxdur. Çünki İncil Mühəmməd peyğəmbərin (s) gəlişi haqqındakı xəbəri İsanın (ə.s) gəlişindən daha aydın surətdə bəyan edir. Sadəcə olaraq Peyğəmbərin (s) haqqında olan xəbərlər yəhudi  tarixlərindəki yazılardan Avropa dillərinə olan tərcümədə tərcüməçi hiyləgərliyi ilə örtülü saxlanılıb. Təqribən 100 il bundan əvvəl qədim xalqların dillərindən agah olan Roma katolik kilsəsinin keşişi Benjamin Keldani bu yəhudi yazılarını orjinaldan təhqiq edəndə İslam dinini qəbul etmiş və Əbdul-Əhəd Davud adı ilə məşhurlaşmışdı. Onun təhqiqatları “İncildə Mühəmməd” kitabında əksini tapmışdır ki, bu məqalədə həmin kitabın materyallarından istifadə olunur.
Bibliyada oxuyuruq:
«Я воздвигну им Пророка из среды братьев их, такого, как ты, и вложу слова Мои в уста Его, и Он будет говорить им все, что Я повелю Ему» (Второзаkоние, 18:18);
(Mən onlar üçün onların qardaşları arasından Sənin kimi bir peyğəmbər göndərəcəyəm. Öz sözlərimi Onun dilinə qoyacağam ki, Mən Ona nə desəm o, da onu onlara deyəcək.)
Mühəmməd (s) İbrahim peyğəmbərin oğlu həzrət İsmayılın (ə) nəslindən, həzrət İsa (ə) isə İbrahim peyğəmbərin oğlu həzrət İshaqın nəslindəndir. İsmayıl İshaqın qardaşı olduğu üçün Bibliyada ona bu cür işarə olunur: “Onların qardaşları arasından peyğəmbər göndərəcəyəm.” İsadan (ə) sonra gəlmiş peyğəmbər həmin    Mühəmməd (s) peyğəmbərdir.
“Новой завет”-da Tövratdan gətirilmiş sitat:
«Моисей сказал отцам: «Господь Бог ваш воздвигнет вам из братев ваших Пророка, как меня;слушайтесь Его во всем, что Он будет говорить вам;
И будет, что всякая душа, которая не послушает Пророка того , истребится из народа» (Деяния, 3:22-23)
(Musa (ə) Bəni-İsrailə dedi: “Allah-taala sizin qardaşlarınızdan sizə mənim kimi bir Peyğəmbər göndərəcək. O sizə nə desə onları qəbul edin. Hər kəs o Peyğəmbərə qulaq asmasa xalq arasından məhv olub gedəcək.”)
Məlum olduğu kimi həzrət İsa (ə) özünün həmin peyğəmbər olduğunu iddia etməmişdir:
Birinci: İsa (ə) heç cür Musaya (ə) oxşamır. Çünki Musa (ə) evli idi. Musa şəxsən dəfələrlə müharibələr aparmış və qalib gəlmişdi. Musa Allah-taala tərəfindən qanunlar gətirmiş və onları pozanları cəzalandırmışdı. Musanı (ə) hamı eşidirdı. Amma İsanı (ə) hamı eşidirdimi?
İsa (ə) qeyri-adi şəkildə dünyaya gəlmişdi, evlənməmişdi, heç vaxt əlinə qılınc almamış və heç bir müharibəyə rəhbərlik etməyib. O, Allah-taala tərəfindən qanun gətirməyib. Elə bu səbəbdən onun davamçıları sonralar Musa (ə) tərəfindən xəbər verilmiş ikinci gəlişi gözləyirdilər ki, həmin vaxt Onun dediklərinin onları hidayət edən şəxsdə gerçəkləşəcəyinə şahid olsunlar. Amma Allah-taala Musa (ə) tərəfindən verilmiş xəbərin başqa bir şəxsin simasında bizim eramızın 6-7-ci əsrlərində həyata keçirtdi. (Bu əlamətlər İsanın (ə) şəxsiyyəti və xidmətləri ilə uyğunlaşmır, çünki hər bir peyğəmbərin öz missiyası var idi.)
İkinci: İsanın (ə) davamçılarının iddiasına əsasən İsa ikinci dəfə qanunverici kimi yox, hakim kimi gələcək. Amma Allah tərəfindən göndərilmiş Peyğəmbər sağ əlində möhkəm qanunla gəlməli idi.
Vədə verilmiş peyğəmbərin şəxsiyyətini müəyyənləşdirməkdə Musanın (ə) digər bir kəlamı kömək edir: «Он сказал: Господ пришел от Синая, открылся им от Сиера, воссиял от горы Фарана и шел со тьмами святых; одесную Его огонь закона» (Второзакония. 33:2) (O, (Musa) dedi: “Həzrət Turi-Sinadan gəldi, Siyerada təbliğə başladı (İsanın Yerusəlimdəki təbliğinə işarədir), Faran dağlarından (Məkkədəki dağın adıdır) parladı və sağ əlində odlu qanunlarla zülmətlərə qarşı on min müqəddəslərlə birgə hərəkət etdi).
Bəni-israildən heç kimin o cümlədən İsanın (ə) Faran dağları ilə əlaqələri olmayıb. Hacər oğlu İsmayılla səhrada sərgərdan dolandıqları halda Faranda məskunlaşdılar.
«Он жил в пустыне Фарана; и мать взяла ему жену из земли Египетской» (Бытие. 21:21) (O, Faran səhrasında yaşayırdı və anası Misir torpağından onun üçün arvad aldı) İsmayılın oğlu Ədnandan ərəb tayfaları meydana gəldi ki, indiyə qədər Faran səhralarının sakinləridirlər. Məlum olduğu kimi Mühəmməd (s) İsmayılın oğlu Ədnanın sülaləsindəndir. Məhz Mühəmməd (s) Faran səhrasından peyğəmbər kimi Məkkəyə daxil oldu. (Peyğəmbərin (s) Məkkə şəhərini iman gətirmiş 10.000 müsəlmanla fəth etməsinə işarədir). Bununla da insaniyyət qanunlarına impuls verdi.
Məgər bu əlamət vədə verilmiş Peyğəmbərin gəlişini təsdiqləmir?
İncildə adı çəkilmiş Avvakum peyğəmbərin dilindən oxuyuruq: «Бог от Фемана грядет, и Святой – от горы Фаран. Покрыло небеса величие Его, и славою Его наполнилась земля» (Аввакум. 3:3) (Allah Feman vadisindən təcəlli edəcək və Müqəddəs peyğəmbər Faran dağlarından. Asimanı onun əzəməti bürüyəcək və onun şöhrəti yer üzünü dolduracaq.)
İndi isə tarixə baxaq:
Xristianlıqdan 6 əsr sonra dünyaya gələn İslam dinini bəşəriyyətə nicat və şərəf gətirici bir din kimi çatdıran Mühəmmədin (s) şöhrəti yer kürəsini və asimanı doldurub. Hal-hazırda bir milyard yarımdan çox insan bu dinlə nəfəs alır və günbəgün onların sayı sürətlə artır.
«Да возвысит голос пустыня и города её, селения, где обитает Кидар; да торжествуют живущие на скалах, да возглашают с вершин гор Да воздадут Господу славу, и хвалу Его да возвестят  на остравах» (Исаия. 42:1.1) (Allah Kidar övladlarından səhralarda, kəndlərdə və şəhərlərdə yaşayan sakinlərinin səslərini ucaldacaq. Qayalar üstündə və dağlarda yaşayanlar qalib gələcəklər. Onlar adalarda (ola bilsin məqsəd Ərəbistan yarımadasında) Allaha həmd və səna səslərini ucaldacaqlar.)
İncildə mətnlərdəki təhrifə baxmayaraq orada İslam peyğəmbərinə aid olan “Дух истини», “Cвятой Дух”, “Утешитель” ibarələri mövcuddur. İncildə deyilir ki, İsa (ə) Həvarilərə (tələbələrinə) müraciətlə dedi: «Уже немного Мне говорить с вами; ибо идет князь мира сего, и во Мне не имеет ничего. Когда же придет Утешитель, которого Я пошлю вам от Отца. Дух Истины, который от Отца исходит, Он будет свидетельствовать о Мне..." Но Я истину говорю вам: лучше для вас, чтобы Я пошел; ибо, если Я не пойду, Утешитель не придет к вам; а если пойду, то пошлю Его к вам, и он, придя, обличит мир о грехе, и о правде, и о суде: о грехе, что не веруют в Меня; о правде, что Я иду к Отцу Моему, и уже не увидите Меня; о суде же, что князь мира сего осужден. Еще многое имею сказать вам; но вы теперь не можете вместить. Когда же придет Он, Дух истины, то наставит вас на всякую истину: ибо не от себя говорить будет, но будет говорить, что услышит, и будущее возвестит вам. Он прославит Меня. потому что от Моего возьмет и возвестит вам. Все, что имеет Отец, есть Мое; потому Я сказал, что от моего возьмет и возвестит вам.»
Məgər İsanın (ə) verdiyi nişanələr Mühəmmədin (s) əlamətləri ilə uyğun gəlmirmi? İsa (ə) deyəndə ki; “O, mənim haqqımda şəhadət verəcək”  (Он будет свидетельствовать о Мне), “O, məni tanıtdıracaq” (Он прославит меня), məgər İslam peyğmbəri İsanı (ə) tanıtdırmadı və həzrət Məryəmi (s.ə) yəhudilərin cürbəcür töhmət və ləkələrindən müdafiə etmədimi?
Bəli bunu Bibliyada adı “Святой Дух” (Müqəddəs Ruh) “Пророк Ислама”  “İslam peyğəmbəri” kimi yad edilən sonuncu Peyğəmbər Mühəmməd (s) icra etdi.
Bibliya tərcüməçiləri  "параклетос", kəliməsinin yunan dilindən tərcümədə Peyğəmbərin adı “Əhməd” ilə eyni olduğunu etiraf ediblər.
Doktor Bukeyl bu haqda şərh verəndə “İohanın İncildə İsanın axırıncı dialoqu bəhsi altında Paraklit haqqında deyir: “İohan İsanın (ə) həvarilərlə axırıncı söhbətini yazan İncil yazarlarından biridir. Bu hadisə İsanın həbsindən öncə axırıncı şam yeməyi zamanı olmuşdu. İsanın axırıncı söhbəti uzun nitqlə başa çatır. İohandan nəql ounan Bibliyaların 14-17-yə qədərki bölmələrində olan xəbərlərin heç birinə başqa Bibliyalarda rast gəlmək olmur. Orada İsanın (ə) verdiyi göstərişlər gələcək təlimlər üçün prinsipial xarakterlidir. Bu vida səhnəsi Müəllim və tələbələri arasındakı səmimiliyi nümayiş etdirir.”
İsanın (ə) ruh və mənəvi paklığını göstərən səhnə olduqca təkan vericidir. Lakin bunlara  Matfey, Mark və Lukadan nəql olunmuş Bibliyalarda rast gəlmək olmur. Görəsən bunun səbəbini necə izah etmək olar? Hamının bu sualı “Görəsən sadalanan Bibliyalarda sözü gedən mətn əvvəllər mövcud olubmu?” verməyə haqqı var. Görəsən həmin mətn sonralar nəyə görə çıxarılmışdır? Etiraf etmək lazımdır ki, bu suallara cavab tapılmayıb. Bu böyük məsələni əhatə etmiş sirr, üç Bibliyada həmişəki kimi qaranlıq olaraq qalır.
"Параклетос" kəlməsinin yunan dilindən tərcümə olunmuş yeganə və düzgün tərcüməsini İohandan nəql olunmuş Bibliyadan oxuyuruq: "Если любите Меня, соблюдите Мои заповеди, И Я умолю Отца, и даст вам другого Утешителя (pаrасlеtе)"(14,15-16).
Утешитель (Рагас1еtе) görəsən nəyə işarədir? İohandan nəql olunmuş Bibliya bunu bu cür izah edir: "Утешитель же, Дух Святoй, Которого пошлет Отец во имя Мое, научит вас всему и напомнит вам все, что Я говорил вам." (14,26). (Sakitləşdirici Müqəddəs ruhdur ki, Ata (Allah) mənim adımdan göndərəcək. Mənim sizə dediyim bütün şeyləri sizə öyrədəcək və yadınıza salacaq.)
"...Он будет свидетельствовать о Мне; (15,26) (O, Mənim haqqımda sizə şəhadət verəcək...”
"лучше для вас, чтобы Я пошел; ибо, если Я не пойду, Утешитель не приидет к вам; а если пойду, то пошлю Его к вам, и он, придя, обличит мир о грехе, и о правде, и о суде...” (16:7-8). (Sizin üçün yaxşı olar ki, Mən gedim. Çünki mən getməsəm Sakitləşdirici (təsəlli verən) gəlməyəcək. Amma əgər getsəm onda Onu sizin yanınıza göndərəcəyəm. O gələndə dünyanı günahdan, həqiqətdən və qiyamətdən xəbərdar edəcək)
"Когда же придет Он, Дух истины, то наставит вас на всякую истину: ибо не от Себя говорить будет, но будет говорить, что услышит, и будущее возвестит вам. Он прославит Меня, ..." (16:13- 14). (O, Müqəddəs ruh gələndə sizi həqiqətə hidayət edəcək. Çünki O, öz adından danışmayacaq, amma bütün eşitdiklərini sizə deyəcək və sizi gələcəkdən xəbərdar edəcək. O məni tanıtdıracaq.)
Bibliyada Aqqey peyğəmbərdən nəql olunur: «И потрясу все народы, и прдёт Желаемый (HМD) всеми народами, и наполню дом сей славою, говорит Господ Саваоф» (Aqqey. 2;7) (Bütün xalqları lərzəyə gətirəcəyəm, onda tərəfindən bəyənilmiş gələcək və bütün dünyanı onun şöhrəti ilə doldurdcağam, həzrət Haqq xəbər verir) Bu üç (HMD) samit hərf ibrit dilində HiMDə, aramey dilində HiMiDə kimi oxunur. Eyni ilə həmin üç hərf ərəb dilində ƏHMƏD oxunur ki, Peyğəmbərin valideynlərinin ona verdikləri adı ilə uyğun gəlir. Allah da onu 40 yaşında peyğəmbər kimi məbus edəndə Mühəmməd adlandırmışdır. Beləliklə Bibliyadakı peyğəmbərlik xəbərini tərcümə edəndə “Bəyənilmiş” kimi tərcümə olunur.
Qədim zamanlarda qoyulan adlar məna ifadə edrdi. Yəhudilərin tarixində Bibliyada Aqqey peyğəmbərin verdiyi xəbərə oxşar bir xəbər verilməyib. Amma  “и прдет Желаемый” ibarəsini «и придет Ахмад» kimi oxusaq onda İbrahim peyğmbərin sülaləsində, Məkkə ibadətgahında verilmiş xəbərin öz həqiqətini tapdığını görürük.
Quranda da həzrət İsanın (ə) dilindən Aqqeyin verdiyi xəbər təsdiq olunur: “Məryəm oğlu İsanın verdiyi xəbəri yadına sal ki dedi: “Ey İsrail övladları! Məndən qabaq gəlmiş kitabı Tövratı təsdiq edirəm və məndən sonra gələcək Əhməd adlı bir Peyğəmbərin gəlməsini sizə şad xəbər verirəm” (“Səf”, ayə 6)
İndi isə Bibliyada İsanın (ə) verdiyi xəbərə diqqət edin: «Когда же придет Утешитель, Которого Я пошлю вам от Отца, Дух истины, Который от Отца исходит, Он будет свидетельствовать о Мне» (Иоан. 15: 26) (Atadan sizə göndərdiyim təsəlliverici (həqiqət Ruhu ki, Atadan nəşət alır) gələndə Mənim haqqımda şəhadət verəcək.”
Bibliyanın yunan dilindən olan tərcüməsindən İsanın (ə) (HMD) sözü əvəzinə tərcüməsini yazıblar. Amma qədim yunan dilindəki yazılarda bu samit “PRKLTS” hərflər şəkilində yazılıb. Sonralar yunanlar onu “PARAKLETOS”-“Yəni ictimai müdafiəçi” oxuyublar. Amma həmin “PRKLTS” kəlməsi “PERİKLİTOS” kimi oxunsa, onda “bəyənilmiş” mənasını verəcək ki, ərəb dilindəki “Əhməd” kəliməsi ilə mənası bir olacaqdır.

Tərcümə və tərtib edən: Elman İbadov

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!