PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ - 2

:

1. BƏLA İSTƏNİLƏN AYƏLƏR
“Bir zamanda: Ya Allah! Əgər [Quran] Sənin tərəfindən gəlməsi haqdırsa, onda başımıza göydən daş yağdır və ya şiddətli bir əzab göndər. Halbuki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz.” (“Ənfal” surəsi, ayə: 33)

“De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə [nə edərsiniz?] Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər?” (“Yunus” surəsi, ayə: 50)
“Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: “Bu əzabı gecikdirən [ona mane olan] nədir?” deyəcəklər.” (“Hud” surəsi, ayə: 8)
“Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.” (“Ənkəbut” surəsi, ayə: 53)
“Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar.” (“Ənam” surəsi, ayə: 124)
“[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir möcüzə gətirsin!” (“Ənbiya” surəsi, ayə: 5)
“Dərgahımızdan müşriklərə haqq [Quran və peyğəmbər] gəldikdə onlar: “Musaya verilən [möcüzələri] nə üçün eynilə ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr [tövrat və Quran] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və Muhəmməd bir-birinə yardım etdi]”, yaxud da: “Biz onların hər birini [Tövratı, Quranı, Musanı və Muhəmmədi] inkar edirik!” – deməmişdilərmi?” (“Qəsəs” surəsi, ayə: 48)

2. MÖCÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL OLMUŞ AYƏLƏR
“Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.” (“Nəhl” surəsi, ayə: 26)
“Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.” (“Zümər” surəsi, ayə: 25)

XÜLASƏ VƏ NƏTİCƏ
Haqqında bəhs etdiyimiz ayə bir qrup inadkar insanların, peyğəmbərlərin həqqaniyyətini dərk edərək onların möcüzələrini öz gözləri ilə müşahidə etdikdən sonra, bir daha möcüzə tələb etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər.
Ayədən məlum olur ki, bu kimi möcüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir.
Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə mənbələrində nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik.
1. İmam Baqir (ə) buyurur: “Müşriklərdən bir neçəsi Peyğəmbərdən (s) möcüzə göstərməsini istədilər. Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: Ya Muhəmməd! Allahın buyurur ki, onların istəklərinə (yəni möcüzənin göstərilməsinə) mane olan yalnız keçmiş peyğəmbərləri təkzib etmələridir. Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara möcüzə göstərsəydik və onlar da keçmiş ümmətlər kimi möcüzələrimizi təkzib etsəydilər, onlara da əzab nazil edərdik. Bu səbəbdən də biz möcüzələri bir qədər təxirə salırıq.” (“Təfsiri-burhan”, 1-ci cild, səh. 607)
2. İbn Abbasdan nəql olunmuş hədisdə deyilir: “Məkkə camaatı Peyğəmbərdən (s) möcüzə yolu ilə Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer ilə bərabər etməsini tələb edirdilər. Dərhal Allah tərəfindən belə bir vəhy nazil oldu: Əgər istəyirsənsə onların istəklərini bir qədər təxirə salım. Bəlkə də onların arasında kimsə iman gətirmiş olsun. Yox əgər istəyirsənsə onların istəklərini yerinə yetirim. Amma əgər təkzib edərlərsə keçmiş ümmətlər kimi onları da hamılıqla həlak edəcəyəm. Peyğəmbər (s) buyurdu: İlahi! Bir qədər onlara möhlət ver! Sonra Allah-taala bu ayəni nazil etdi. Möcüzənin göndərilməsinə mane olan yeganə şey varsa o da, keçmiş peyğəmbərlərin təkzib olunması və əzabın göndərilməsidir.” (“Təfsiri-Təbəri”, 15-ci cild, səh. 74)
Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər.

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!