QURBAN BAYRAMI HAQQINDA BİR NEÇƏ HÖKM

:

Ayətullah seyyid Əli Xamenei həzrətlərinin fətvasına uyğun olaraq Qurban bayramı haqqında bir neçə hökmü nəzərinizə çatdıracağıq:

Qurban bayramı namazı

Sual 1: Qurban bayramı namazı vacibdirmi?

Cavab: Hal-hazırda Qurban bayramı namazı vacib deyil, lakin müstəhəbdir. (tövsiyə olunur)

Qurbanlıq ətin bölünməsi

Sual 2: Evdə Qurban bayramı günü kəsilən qurban ətinin hamısı ehtiyacı olan insanlara paylanılmalıdırmı?

Cavab: Özü-özlüyündə vacib deyil.

Kasıblar üçün kəsilmiş qurbanlıq qoyunların bəzi üzvlərinin satışı

Sual 3: İnsanların köməyi ilə alınıb-kəsilən qurbanlıq qoyunların bəzi üzvlərini məsələn, baş-ayağını və ya ciyərlərini satıb, həmən pulu ətə çevirib qurbanlıq qəsdi ilə kasıblara vermək olarmı?
Cavab: Pul sahiblərinin icazəsi ilə olsa, heç bir maniəsi yoxdur.

Qurban bayramında toy mərasimi

Sual 4: Qurban bayramında nikah və ya toy mərasimi etmək mümkündürmü?

Cavab: Heç bir maniəsi yoxdur.

*Qurban bayramı gecəsi nikahlanmağın (evlənməyin) hökmü*

Sual 5: Qurban bayramının gecəsi evlənmək (nikahlanmaq) kərahət (bəyənilməyən bir iş) sayılırmı?

Cavab: Bu mərasimin gerçəkləşməsinin bir kərahəti yoxdur.

Qurban bayramında qəza orucu tutmaq

Sual 6: Mən Qurban bayramı günü oruc tutmağın caiz (icazəli) olmadığını bilmədiyimdən dolayı, bayram günü qəza orucumu tutdum.Mənim orucumun hökmü (boynuma düşən vəzifə) nədir?

Cavab: Qurban Bayramı günü tutulan oruc haram və batildir, qəza orucundan da hesab olunmur və yenidən qəza orucu tutmaq lazımdır.

Bilərəkdən açılan orucun kəffarəsinin ardıcıllığı və Qurban bayramı

Sual 7: Mən Ramazan ayının orucunu haram işlə batil etmişəm və hal-hazırda qəza orucunu yerinə yetirməyə başlamışam və Qurban bayramı gününə çatıb oruc tutmamışam, bu isə 31 günü ardıcıl olmalı olan qəza orucumun arasında fasilə yaradıb. Bunun hökmü nədir ?

Cavab: Kəffarə üçün 31 gün ardıcıl olaraq oruc tutmaq lazımdır. Orucun tutulmasına başlanılan gün elə bir vaxta təyin olunmalıdır ki, oruc tutmaq haram olan günə təsadüf etməsin, əks təqdirdə, orucun ardıcıllığında fasilə yaranacaq. Bu səbəbdən dolayı, qəza orucunu yenidən başlamaq lazım gələcəkdir. Ancaq, qəza orucu tutmağa başlandığı andan, bayram gününün yetişəcəyindən xəbərsiz olsa, fasilənin maneəsi yoxdur.

Qurbanlıq qoyunlarında bir neçə adamın ortaqlığı barəsində

Sual: Qurban bayramı günü kəsilməsi nəzərdə tutulan qurbanlıq qoyunda neçə nəfər şərik ola bilər?

Cavab: Müstəhəb qurbanlıqda şərik olmaq istəyən kəslər müəyyən bir say ilə məhdudlaşmayıbdır.

Hazırladı: Rəsul Mahmudov

Tags: SUALLARA CAVAB, FİQH

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!