FİTR BAYRAMI GÜNÜ VƏ NAMAZININ DƏYƏRİ

:

Allahın adı ilə
Fitr və Qurban, bu iki bayram İslamın ən böyük bayramlarıdır ki, hər il müsəlman xalqları böyük təntənə ilə onu qeyd edirlər. Fitr bayramı bəndələrin mükfatlandığı gündür. Bu bayram günündə bir ay öz bəndəliyinə etiraf etmiş və nəfsinin islahında bir-birilə yarışdıqdan sonra Rəbbindən mükafat almaq üçün bir araya gəldiyi gün Fitr bayramı günüdür.

Bu bayram günündə yerinə yetiriləcək əməllərdən biri də bayram namazıdır ki, bu namazın da mənəvi baxımdan özünəməxsus xüsusiyyəti vardır. Bu məqalədə bayram namazı, bayram günü və bu gündə olan mükafatlar haqqında araşdırma aparmışıq ki, siz əziz oxucularımıza təqdim edirik.

QURANİ KƏRİMDƏ BAYRAM

Qurani Kərimdə "bayram" sözü bir dəfə qeyd olunmuşdur. Bu haqda İsa əlyehissalam-ın dilindən belə ərz olunur:

"اللَّهُمَّ رَبَّنا أَنْزِلْ عَلَيْنا مائِدَةً مِنَ السَّماءِ تَكُونُ لَنا عِيداً لِأَوَّلِنا وَ آخِرِنا وَ آيَةً مِنْكَ وَ ارْزُقْنا وَ أَنْتَ خَيْرُ الرَّازِقِينَ قالَ اللَّهُ إِنِّي مُنَزِّلُها عَلَيْكُمْ فَمَنْ يَكْفُرْ بَعْدُ مِنْكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذاباً لا أُعَذِّبُهُ أَحَداً مِنَ الْعالَمِين"

Məryəm oğlu İsa dedi: "Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö´cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!" Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!"1
Qeyd olunan ayədə gözəl eyni zamanda zərif nöqtələr vardır ki, onlardan bəzilərinə işarə edirik:
1. Allahdan dilək "Əllahummə Rəbbəna" kəlmələri ilə başlayır. Hansı ki, Quranda zikr olunan dua ayələri adətən "Rəbb", ya "Rəbbəna" kəlmələri ilə başlanır. Bu, tələb olunan mətləbin əhəmiyyətinin nişanəsindən xəbər verir, yəni bayramdır.
2. Bayramda məqsəd, elə bayramdır ki, həm İsa (ə) həm ümməti üçün bir bayram diləyidir və bu işdə də Allahın razılığı vardır. Deməli həqiqi bayram o bayramdır ki, xalq müttəhid olmalı, onların ümumi şadlığına səbəb olmalı və İlahi dinin əzəməti o bayramda aşkar olmalıdır.2

QURANDA BAYRAM NAMAZI

Qurani Kərim açıq-aşkar Fitr və Qurban bayramı günlərinin adını qeyd etməsə də o gündə bayram namazına işarə etmişdir. Aşağıdakı ayələri təhlil edək:

Qurani Kərimdə belə oxuyuruq:

"قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!"3
Baxmayaraq qeyd olunan ayədə birbaşa hansı namazdan söz getdiyinə işarə olunmur lakin hədisdə bu cür təfsir olunmuşdur:

«وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى» قال: صَلوةُ الْفِطْرِ وَ‌الْاَضْحَي4

Səlat və namazda məqsəd, Fitr və Qurban namazıdır”.

Başqa bir ayədə belə oxuyuruq

فَصَلِّ لِرَبِّكَ وَ انْحَر- Ona görə də (bu ne´mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Kövsər, 2). Təfsir alimlərinin nəzərinə və həmçinin Peyğəmbərdən (s) nəql olunan hədisə əsasən bu ayədə əmr olunan namaz Qurban bayramının namazıdır.6
Ayələrdən göründüyü kimi bayram namazları Məsumun dövründə vacib olmağı çatdırdığı kimi onun fəzilətli iş olduğunu da bildirir. Çünki, birinci ayədə buyurulur ki, təmizlənən (ya qurban edən) kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! – Bu ayələrdən məlum olur ki, bu namazın insanın nicat tapmasında mühüm rolu vardır məxsusən mübaək Ramazan ayının günləri və Həcc əməllərini yerinə yetirməklə yanaşı olarsa daha fəzilətli olmuş olur.
İkinci ayədə əksər təfsir alimlərinin nəzərinə əsasən Kövsər sözündə məqsəd Xanım Zəhra (s) olmasını nəzərə alaraq, 11 imam nemətinin o həzrətin nəslindən olmasının şükrünü yerinə yetirməsinə görə ən yaxşı şükr bu olacaq ki, bayram namazı bərpa etsin, qurban kəssin və başqa ehtimala görə də nanaz qılsın və namaz qılan zaman əllərini təkbir üçün yuxarı qaldırsın.7

HƏDİSLƏRDƏ BAYRAM GÜNÜ VƏ BAYRAM NAMAZI

Bayram günü haqqında bir dəstə hədislər mövcuddur ki, onlardan yalnız iki dəstəsinə işarə edirik:
Birinci dəstə: Bayram namazının vacib olması
Bayram namazı vacibdir. Bu məna hədislərdə çox işlənibdir: O cümlədən, İmam Sadiq (ə) buyurub: صَلاةُ الْعِيْدِينِ فَريضَةٌ – Fitr və Qurban namazları vacibdir.
Hətta xanımların da bu namazda iştirak etməsinin vacib olması hədislərdə birbaşa gəmişdir.
İmam Əli (ə) bu haqda buyurur: لَا تَحْبِسُوا النِّسَاءَ عَنِ الْخُرُوجِ فِي الْعِيدَيْنِ فَهُوَ عَلَيْهِنَّ وَاجِب – Qadınların bayram namazına getməsinə mane olmayın çünki, bayram namazı onlara lazımdır.8
Hədislərə diqqət etdikdə bayram namazlarının vacib olduğu bildirilsə də sual yarana bilər ki, bəs nə üçün bizim alimlərimiz İmam Zamanın (əc) qeybət dövründə bayram namazının vacib olmadığına fətva veriblər? Cavabında deyə bilərik ki, iki bayram namazlarının vacib olması məsum İmamın (ə) insanlar arasında hazır olmasına bağlıdır.
Bu sözümüzə dəlil olaraq hədislər də qeyd edə bilərik ki, onlardan birini burada siz əziz oxuculara çatdırırıq: İmam Baqir (ə) buyurub:

لَا صَلَاةَ يَوْمَ الْفِطْرِ وَ الْأَضْحَى إِلَّا مَعَ إِمَام – (məsum) İmamın (ə) hazır olmadığı təqdirdə Fitr və Qurban bayramlarının namazları vacib deyil.9

FİTR BAYRAMI GÜNÜ VƏ NAMAZININ DƏYƏRİ

Bayram günü müsəlmanların toplanış günüdür

Müsəlmanların gündəlik və həftəlik toplanışından əlavə Həcc mərasimilə yanaşı illik toplanışı da vardır. Bizim məsum İmamlarımız (ə) bu toplanışa söykənərək onu müsəlmanların izzəti hesab etmişlər. O cümlədən səkkizinci imam həzrət İmam Rza (ə) buyurur:

إِنَّمَا جُعِلَ يَوْمُ الْفِطْرِ الْعِيدَ لِيَكُونَ لِلْمُسْلِمِينَ مُجْتَمَعاً يَجْتَمِعُونَ فِيهِ وَ يَبْرُزُونَ لِلَّهِ عَزَّ وَ جَلَّ فَيُمَجِّدُونَهُ عَلَى مَا مَنَّ عَلَيْهِمْ فَيَكُونُ يَوْمَ عِيدٍ وَ يَوْمَ اجْتِمَاعٍ وَ يَوْمَ فِطْرٍ وَ يَوْمَ زَكَاةٍ وَ يَوْمَ رَغْبَةٍ وَ يَوْمَ تَضَرُّعٍ

Həqiqətən Fitr gününün bayram olmasının səbəbi budur ki, camaat o günü toplaşaraq Allaha görə çölə çıxsın və nemətlərindən ötrü Ona sitayiş etsinlər. O gün, bayram günü, toplanış günü, fitrədə dönüş günü, zəkat verən gün və (Allaha) yalvarış günüdür... .10
Həqiqətən də bu toplanış, qüdrət nümayişi, İslamın və müsəlmanların əzəmətini nümayiş etdirir və onların mehribanlığının və bir birilə vəhdətin nişanəsidir.

Fitr bayramı gününün Qiyamət günü ilə oxşar cəhəti

Qiyamətdə olduğu kimi fitr bayramı günü də həllədici gündür və hamı öz əməllərinin nəticəsinin intizarındadır. Qiyamətdə olduğu kimi bayram günü də bu cürdür. Bu səbəbdən də İmam Əli (ə) buyurur:

أَيُّهَا النَّاسُ إِنَّ يَوْمَكُمْ هَذَا يَوْمٌ يُثَابُ فِيهِ الْمُحْسِنُونَ وَ يَخْسَرُ فِيهِ الْمُسِيئُونَ وَ هُوَ أَشْبَهُ يَوْمٍ بِقِيَامَتِكُمْ فَاذْكُرُوا بِخُرُوجِكُمْ عَنْ مَنَازِلِكُمْ إِلَى مُصَلَّاكُمْ خُرُوجَكُمْ مِنَ الْأَجْدَاثِ إِلَى رَبِّكُمْ وَ اذْكُرُوا بِوُقُوفِكُمْ فِي مُصَلَّاكُمْ وُقُوفَكُمْ بَيْنَ يَدَيْ رَبِّكُمْ وَ اذْكُرُوا بِرُجُوعِكُمْ إِلَى مَنَازِلِكُمْ رُجُوعَكُمْ إِلَى مَنَازِلِكُمْ فِي الْجَنَّةِ وَ النَّار

Ey camaat! Həqiqətən də bu gün (Fitr günü) yaxşılara savab verilən gündür və pislər ziyana uğrayarlar. O gün, Qiyamət gününə ən çox oxşayan gündür. Elə isə, evlərinizdən namaz qılınan yerə doğru çıxmaqla, qəbirlərinizdən çıxaraq Rəbbinizə doğru getməyi xatırlayın və namaz qılınan yerdə duranda, Rəbbinizin qarşısında durmağınızı xatırlayın və evlərinizə doğru qayıdan zaman cənnətdə yaxud cəhənnəmdə qalacağınız yeri xatırlayın.11
Qeyd olunan mübarək hədisdə bayram günü ilə Qiyamət gününün dörd oxşar cəhəti vurğulanıb:

1. Yaxşıların savab, pislərin isə cəza günüdür
2. Evlərdən çıxmaq qəbrlərdən çıxmaq kimidir
3. Namazda duran zaman Qiyamətdə Allah dərgahında durmağı xatırladır
4. Evə qayıdan zaman isə cənnət və yaxud cəhənnəmə getmə anını xatırladır

Qaliblərin elan günü

Mübarək Ramazan ayı və həmçinin dəqiq, ağır və bahalı əməlləri olan Həcc mərasimi, əslində müsəlmanlar üçün bir müsabiqə meydanıdır ki, bu müsabiqənin nəticəsi bayram günü elan olur və Allahın ayında böyük qonaqlıqda və Allah evində kimlərin azuqə topladığı və kimlərin də məğlub olduğu məlum olur.
Hədisdə gəlibdir ki, İmam Hüseyn (ə) bayram günü mənasız gülüşən və oyun oyuncağla məşğul olan camaata baxaraq öz səhabələrinə üzünü çevirib buyurdu:

إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ شَهْرَ رَمَضَانَ مِضْمَاراً لِخَلْقِهِ يَسْتَبِقُونَ فِيهِ بِطَاعَتِهِ إِلَى رِضْوَانِهِ فَسَبَقَ فِيهِ قَوْمٌ فَفَازُوا وَ تَخَلَّفَ آخَرُونَ فَخَابُوا فَالْعَجَبُ كُلُّ الْعَجَبِ مِنَ الضَّاحِكِ اللَّاعِبِ فِي الْيَوْمِ الَّذِي يُثَابُ فِيهِ الْمُحْسِنُونَ وَ يَخِيبُ فِيهِ الْمُقَصِّرُونَ وَ أيْمُ اللَّهِ لَوْ كُشِفَ الْغِطَاءُ لَشُغِلَ مُحْسِنٌ بِإِحْسَانِهِ وَ مُسِي‏ءٌ بِإِسَاءَتِه12

Həqiqətən Əziz və Cəlil Allah Ramazan ayını məxluqatı üçün imtahan (və müsabiqə) məkanı qərar vermişdir ki, (bəndələr) onda (o məkanda) Allahın razılığ və rizvanına çatmaq üçün bəndəlik və itaət vasitəsilə yarışırlar. Sonra onda bir dəstə önə keçir beləliklə nicat tapırlar və başqa bir dəstə itaətsizlik edir nəticədə ziyana uğrayırlar. Bu gündə gülənlər və oyun-oyuncaqla məşğul olanlar çox təəccüblüdür. Halbuki, yaxşılar o gündə mükafatl alır və müəqssir olanlar isə ziyana uğrayır. Allaha and olsun! Pərdələr çəkilsə (görəcəksiniz ki,) yaxşı iş görən öz yaxşılığı ilə və pis işlər görənlər isə öz pisliklərinə məşğuldur.

Bayram günü, mükafat günüdür

Dünyəvi yarışmalar zamanı bəzən qalibləri mükafatlandırma təxirə düşür. Lakin İlahi qanunlarda qaliblər elan olunan zaman mükafatları da onlara verilir. Təbii ki, bu mükafatlar insanların biri digərinə verdiyi dünyəvi və maddi mükafat deyil. Baxmayaraq Allahın mükafatları maddi və mənəvi olur lakin Allaha həqiqi bəndəlik edənlərin mükafatı Allah yanında qorunur və insanın ağlına gələn və gəlməyən nemətlərdir ki, Onun dərgahında qorunub saxlanılır.
İmam Baqirin (ə) dilindən Cabirdən nəql olunur:

قَالَ النَّبيُّ(ص) اِذا كانَ أَوَلَ يَوْمٍ مِنْ شَوَّالٍ نادَي مُنادٍ: أَيُّهَا الْمُؤْمِنُونَ اغْدُوا إِلَى جَوَائِزِكُمْ ثُمَّ قَالَ يَا جَابِرُ جَوَائِزُ اللَّهِ لَيْسَتْ بِجَوَائِزِ هَؤُلَاءِ الْمُلُوكِ ثُمَّ قَالَ هُوَ يَوْمُ الْجَوَائِز13

Peyğəmbər (s) buyurdu: Şəvval ayının birinci günü (Fitr bayramı günü) olduqda carcı səsləyəcək: ey möminlər! Sübh çağı (Allah tərəfindən hazırlanmış) mükafatlarınıızın dalınca düşün. Sonra İmam (ə) buyurdu: Ey Cabir! Allahın mükafatı şahların (maddi) mükafatı kimi deyil (çox dəyərli və vəsfolunmazdır). Sonra buyurdu: Həmin gün, mükafat (alma) günüdür.
İmam Sadiqdən (ə) nəql olunan hədisdə belə oxuyuruq:

إِذَا كَانَ صَبِيحَةُ يَوْمِ الْفِطْرِ نَادَى مُنَادٍ اغْدُوا إِلَى جَوَائِزِكُم14

Fitr bayramının sübh olduqda cağı car çəkər sübh tezdən mükafatlarınızın dalınca gedin.

BƏS GÖRƏSƏN MÜKAFAT NƏDİR?

Bəs görəsən bayram günü möminlərə verilən mükafat nədir və Allah onlar üçün nə hazırlamışdır? Bu haqda müxtəlif nəzərlər mövcuddur ki, bəzi misallarına işarə edirik:
Cənnət: Möminlərin əmiri həzrət İmam Əli (ə) fitr bayramının xütbəsində bu günün mükafatı haqqında buyurur:

أَلَا وَ إِنَّ السُّبْقَةَ الْجَنَّةُ وَ الْغَايَةَ النَّار15

 

Bilin ki, (bu yarışın) mükafatı cənnətdir və (məğlub olanın) sonu cəhənnəm olacaq.

Günahların bağışlanması: Mübarək Ramazan ayından sonra məxsusən Fitr bayramı günü bağışlanmağa layiq olanlar bağışlanacaqdır. Həzrət Peyğəmbər (s) bu haqda belə buyurur ki, bayram namazı üçün camaat çölə çıxan zaman Allahın bu işdən xəbəri vardır və buyurur:

 

عِبَادِي لِي صُمْتُمْ وَ لِي صَلَّيْتُمْ عُودُوا مَغْفُوراً لَكُمْ

Bəndələrim! Mənim üçün oruc tutdunuz və mənim üçün namaz qıldınız, bağışlanmış halda (evlərinizə) qayıdın.16
Doğurdan da günahların və günahkarların bağışlanması bizim rəsəvvürümüzün fövqündə durur. Şeyx Abbas Qumi buyurubdur ki, Ramazan ayının hər bir gününün sonunda iftar zamanı Allah Təala minlərlə insanı cəhənnəm odundan azad edir və cümə axşamı olduqda isə hər saatda minlərlə əzaba düçar olmuş insanı cəhənnəm odundan azad edir. Nəhayət Ramazan ayının sonunda bütün bu ay boyu azad etdiyi qədər insanı azad edir.17 Bu sözü yuxarıdakı hədislə daha aydın başa düşmək olur “qayıdın bağışlanmış halda”.
Axirət nemətləri
Oruc tutanlar üçün Cənnətin içində firavan nemətlər nəzərdə tutulmuşdur ki, bu da Fitr bayramı günü möminlərə əta olunur.
Peyğəmbər (s) buyurub:

إِنَّ اللَّهَ بَنَى الْجَنَّةَ مِنْ يَاقُوتٍ أَحْمَرَ وَ سُبِكَتْ بِالذَّهَبِ سُتُورُهَا السُّنْدُسُ وَ الْإِسْتَبْرَقُ أَشْجَارُهَا الزُّمُرُّدُ ثِمَارُهَا الْحُلَلُ أَعَدَّهَا اللَّهُ لِهَذِهِ الْأُمَّةِ يَوْمَ الْفِطْرِ18

Həqiqətən Allah, Cənnəti yaqutdan qırmızı etmişdir və qızıl ilə bir birinə bitişdirmişdir. Onun pərdələri sundus və qalın ipəkdəndir, zümrüddən ağacları vardır ki, meyvələri gözəldir. Allah onu (o cənnəti) bu ümmət üçün Fitr bayramı günündə yaratmışdır.
Nəticə alaraq deyə bilərik ki, bayram günü ibadət, Allahı zikr edib xatırlamaq və təqdis etmək günüdür. Bayram namazı ibadətlərin başında duran bir ibadətdir və başqa yöndən də bu bayram günü mükafatlara çatma günü və qaliblərə mükafatların verildiyi gündür. Bu gündə verilən ən mühüm mükafat, Cənnətə və onun tükənməz nemətlərinə çatmaq, günahların bağışlanması və ilahi bəxşişlərin verilməsidir.
Bu nemətlərə çatmağın yolu isə həqiqi tövbədən, ağlayaraq təvazökarlıqla Allah dərganında əfv diləməkdən keçir.
Ümid edirik tükənməz və sonsuz rəhmət sahibi, aləmlərin Rəbbi olan Allahımız bütün oruc tutanların orucunu və namazlarını qəbul edərək öz sahilsiz rəhmət dənizində bizləri bağışlayacaqdır.
Fürsətdən istifadə edərək bayram günü münasibətilə öndə sahibimiz həzrət İmam Zamanı (əc) və əziz rəhbərimiz həzrət Ayətullah Xamenei ağanı sonra siz əzizləri təbrik edir və Allahdan hər birinizə bərəkətli ömür və firavan nemətlərlər olan həyat arzulayırıq. Bayramınız mübarək olsun!

Tərcümə etdi və hazırladı: Rəsul Mahmud


1. Maidə surəsi, 114-115
2. Əl-Mİzan, c,6 səh251 və 252
3. Əla surəsi, 14-15
4. Biharul Ənvar, c-87, səh-348
5. Kövsər surəsi, 2
6. Biharul Ənvar, c-78, səh-349
7. Safi Təfsiri, c-5, səh-383
8. Biharul Ənvar, c78, rəvayət 1_4
9. Vəsailuş Şiə, c5, səh96
10. Vəsailüş Şiə, c5, səh141, hədis4,
11. Həmin mənbə, s141, hədis1, bab38
12. Mən la Yəhzuruhul Fəqih, c1, s511
13. ƏlKafi, c4, s168
14. Həmin mənbə
15. Müstədrəkül Vəsail, c6, s156, doqquzuncu hədisin davamı
16. Müstədrəkül Vəsail, c6, s121, hədis3
17. Məfatihul Cinan, Dini mətbuat nəşriyyatı, Qum, üçüncü çap, s286
18. Müstədrəkül Vəsail, c6, s154

Tags: FİQH

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!