12-Cİ MÜNAZİRƏ - II hissə

:

ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN MƏLUN YEZİDƏ LƏNƏTİ CAİZ BİLMƏLƏRİ
Sizin bir çox alimləriniz, o məlunu kafir bilmişlər. Hətta Əhməd ibn Hənbəl (hənbəlilərin imamı) və bir çox böyük alimləriniz Yezidə lənət oxunmasını caiz bilmişlər.

Xüsusilə Əbdürrəhman Əbul-Fərəc ibn Cuzi bu mövzuda «Ər-rəddu ələl-mütəəssibil ənidil maniu ən ləni Yezid lənətullah» adlı kitab yazmışdır. Əbul-Əla əl-Müərra isə, bu mövzuda bu şieri söyləmişdir:

Zamanın, davamlı olaraq tövhid və tövhid əhlinin
Əleyhinə şeytani planlar çızdığını görməkdəyəm.
Mənim təəccübüm getdikcə, durmadan artmaqdadır.
Görəsən, Qureyşiniz, başda Yezid olmaqla
həzrət Hüseyni şəhid etmədimi?!

Amma Qəzali kimi bir qrup təəssübkeş alimləriniz isə Yezidin tərəftarı olub, o məlunun etdiklərini təmizə çıxarmaq üçün məntiqsiz və gülünc üzrlər qondarmışlar. Halbuki, alimlərinizin çoxu, Yezidin zalımanə və küfr dolu əməllərini təfərrüatıyla yazmışlar. Çünki Dimyəri «Həyatul-həyavan» kitabında, Məsudi «Mürucuz-zəhəb»də belə yazırlar: «Yezidin çox sayda meymunu var idi. Onlara ipəkdən paltar geydirərək, boyunlarına qızıl boyunbağı taxıb, sonra onları atların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızıl zəncir taxılmış bir çox iti var idi. Onlara öz əliylə tumar çəkib, qızıl qablarda su verər, artığını isə özü içərdi. Çox spirtli içkilər içdiyindən, daima məst və sərxoş idi».
Məsudi «Mürucuz-zəhəb»in ΙΙ cildində belə yazır: «Yezidin yolu (əməl və hərəkətləri) Fironluq yoluydu. Hətta Firon idarəçilikdə ondan daha adil idi. Onun səltənəti İslam üçün böyük bir utandırıcı nöqsan qaynağı oldu. Şərab içməsi, həzrət Peyğəmbərin oğlunu şəhid etməsi, o həzrətin vəsisinə (Əli ibn Əbu Talib) lənət oxuması, Kəbəni talan etməsi və bir çox insanların qanını tökməsi, xüsusilə Mədinə camaatını qətlə yetirməsi, sayısız-hesabsız iyrənc əməlləri, onun bağışlanmayacağını göstərir».
Nəvvab: «Sizdən rica edirik ki, Mədinə əhalisini Yezidin əmri ilə qətlə yetirilməsinin necə baş verdiyini olduğu kimi bizə bəyan edəsiniz».
Dəvətçi: «Tarixçilər, xüsusilə Sibt ibn Cuzi «Təzkirə»nin 63-cü səhifəsində belə yazır: «Hicrətin 62-ci ilində Mədinə əhalisindən bir qrup Şama gələrək, Yezidin çirkin əməl və küfriyyatını görüdükdə, Mədinəyə döndülər. Beyətlərini pozub, açıq-aşkar ona lənət oxudular. Yezidin Mədinədəki valisi Osman ibn Məhəmməd ibn Əbi Süfyanı da şəhərdən qovdular. Abdullah ibn Hənzələ (mələklərin qüsl verdiyi şəxs) belə dedi: «Ey insanlar! Biz əgər Şamdan gəlib Yezidin əleyhinə qiyam etdiksə, bunun səbəbi, onun dinsiz olduğu, anaları, qızları və bacıları ilə cinsi əlaqədə olduğu, şərab içdiyi, namaz qılmadığı və Peyğəmbərin övladlarını öldürdüyü üçündür».

YEZİDİN BEYƏTİNİ POZDUQLARI ÜÇÜN MƏDİNƏ ƏHALİSİNİN QƏTLƏ YETİRİLMƏSİ
Yezid bu xəbəri eşidikdə, Müslim bin Uqbənin başçılığı altında Mədinəlilərin üsyanını dağıtmaq üçün Şam əhalisindən təşkil olunmuş böyük bir ordunu Mədinəyə yolladı. Onlar şəhərə yetişdikdə, üç gün-üç gecə, Mədinəliləri qətlə yetirdilər. İbn Cuzi, Məsudi və sairə tarixçilər belə yazırlar:
«O qədər çox insan öldürdülər ki, küçələrdə qan axmağa başladı, əhali qan gölü içindəydi! Hətta qan Rəsulullahın (s) qəbrinə yetişdi və Məscidün-Nəbi qanla doldu.
Ənsar, mühacir və Mədinə əhalisinin başçılarından 700 nəfər öldürdülər. Ümumi əhalidən isə 10 min nəfər qətlə yetirdilər. Müsəlmanların namuslarına toxunduqlarını zikr etməyə həya edirəm. Sadəcə Sibt ibn Cuzinin «Təzkirə», 163-cü səhifədə, Əbul-Həsən Mədəinidən nəql etdiyi bu cümləylə kifayətlənirəm: «”Hirrə” faciəsindən (Mədinə əhalisinin qətli) sonra, min qadın, ərsiz halda uşaq dünyaya gətirdilər». (Yəni Şam ordusunu əsgərlərindən hamilə olmuşdular.)
Bundan artıq məclisin vaxtını almaq istəmirəm. Düşünüb haqqa yetişmək üçün bu qədər kifayət edər.
Şeyx: «Söylədikləriniz hamısı sadəcə Yezidin fasiq olduğunu göstərir və günahkar fasiqin etdiyi əməllər isə əfv edilə bilən şeylərdir. Yezid də tövbə etmiş və Allah da onu bağışlamışdır. Çünki Allah günahları bağışlayandır. O halda siz nəyə əsaslanaraq ona daima lənət edir və məlun deyrsiniz?
Dəvətçi: «Bəzi vəkillər, haqq onlara aşkar olsa belə, maldan, puldan, bir şey əldə etmək üçün yenə də son fürsətə qədər müvəkkillərini müdafiə edirlər. Başa düşə bilmirəm ki, siz hansı mənfəətlər üçün o məlun Yezidi bu qədər müdafiə edirsiniz və “o, tövbə etmişdir” –  deyrsiniz. Onun küfrlü sözləri, övliyaullahı şəhid etməsi, Mədinə əhalisinin qətli və başqa əməlləri onun tövbə etdiyi mövzu ilə tamamilə uyğun deyil. Sizin, «Yezid tövbə etmişdir» –deyə buyurduğunuz söz rəvayətdir və sabit olmamışdır, amma bizim nəql etdiyimiz hadisələr dirayətdir; rəvayət dirayətin qarşısında dura bilməz.
Görəsən, məadı (Allahı, axirəti), vəhyi, peyğəmbərliyi inkar etmək və mürtəd olmaq sizə görə lənət oxumağa səbəb olan şeylər deyillərmi? Görəsən, Allah, Qurani-kərimdə zalımlara açıq aydın lənət etmirmi? Sizə görə Yezid zalım deyildirmi?
“Möhtərəm Yezid ibn Müaviyənin müdafiəçisi olan vəkil!” (Məclisdə olanların şiddətlə gülməsi.) Əgər bu gətirdiyim dəlilləri yetərli görmürsünüzsə, sizin izninizlə böyük alimlərinizin nəql etdiyi iki hədisi bildirim və bu mövzun qurtaraq artıq:
Müslim və Buxari “Səhih”lərində («Səhihi-Müslim» və «Səhihi-Buxari»), Əllamə Səmhudi «Tarixul-Mədinə» də, Əbul-Fərəc İbni Cuzi «Ər-rəddu ələl-mutəəsibil-ənid»də, Sibt ibn Cuzi «Təzkirə» də, İmam Əhməd ibn Hənbəl «Müsnəd»də və başqa şəxslər Rəsulullahın (s) belə buyurduğunu nəql etmişlər: «Kim Mədinə əhalisini zülm edərək qorxudarsa, Allah da (qiyamət günü) onu qorxudar. Allahın, mələklərinin və bütün insanların lənəti olsun belə bir zalım insana. Qiyamət günü, Allah-taala bu cür əməl sahibinin heç bir əməlini qəbul etməz».
Yenə başqa bir hədisdə belə buyurmuşdur: «Mənim şəhərimi (Mədinə əhalisini) qorxudana Allah lənət etsin».
Görəsən, Mədinədə baş verən bu faciə, müsəlmanların kütləvi qətli, namuslara təcavüz və malların talan edilməsi, Mədinə əhalisinin qorxmasına səbəb olmamışdırmı? Əgər bunu qəbul edirsinizsə, bilin ki, Allah, Peyğəmbəri, mələkləri və bütün insanlar o alçaq insana lənət etmiş və qiyamətə qədər də lənət edəcəklər.
Alimlərinizin çoxu Yezidə lənət etmiş və ona lənəti caiz bilmişlər. Bu mövzuda kitablar da yazmışlar. Məsələn: Əllamə Abdullah ibn Məhəmməd ibn Əmir Şibravi əş-Şafei «Əl-ithaf bi Hubbil-Əşrəf» adlı kitabının 20-ci səhifəsində Yezidə lənət etmə mövzusunda bunu nəql edir:
Molla Səd Təftazaninin yanında Yezidin adını söylədikdə o belə dedi: «Allahın lənəti olsun ona, onun əshabına və onun yardımçılarına»!
Əgər vaxt geçməsəydi, bu mövzu üzərində daha çox durardıq. Ağalar bu söylədiyim müqəddimədən anlayın ki, imam Hüseynin (ə) İslam və müsəlmanların üzərində böyük bir haqqı vardır. Çünki o, məzlumiyyət gücü ilə belə bir zülm və zalımın kökünü qazıdı. Öz qanıyla və Əhli-beytinin qanı ilə, Bəni-Üməyyənin, xüsusilə də məlun Yezidin zülmü ilə qurumaqda olan «La ilahə illallah» ağacını öz qanıyla suvarıb İslam və tövhidə yenidən həyat qazandırmışdır.
Təəssüfləndirici hal budur ki, siz, imam Hüseynin (ə) xidmətlərini təqdir etmək əvəzinə, onun ziyarətinə gedənlərə etiraz edir, onları qınayır və onlara başqa nisbətlər verib yaraşmayan adlar qoyursuz. Hər il milyonlarla insanın, imam Hüseynin (ə) ziyarətinə getdiyindən və onun üçün matəm tutub o məzlumun qəribliyinə ağladığına görə şikayətlənirsiz. Həqiqətən də bu etdiyiniz, əməl çox üzücü bir şeydir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!