1-Cİ MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT FATİMƏNİN (Ə) ÖVLADLARININ PEYĞƏMBƏRİN (S) ÖVLADLARI OLMASI BARƏDƏ

23 Rəcəb, cümə axşamı, 1345-ci il, hicri-qəməri təqvimi ilə.

Hafiz Məhəmməd Rəşid [1], Şeyx Əbdüssalam, Seyid Əbdülhəy və onların alim və böyüklərindən olan bir qrup, gecənin ilk saatlarında məclisdə hazır oldular. Onlara qarşı həddindən çox mülayim davrandıq və səmimi olan bu qardaşlara ziyafət verdik. Buna baxmayaraq, onlar əsəbi və narahat idilər. Amma mənim cahillərə qarşı xüsusi bir nəzərim olmadığına görə, öz əxlaqi vəzifəmə riayət edirdim.


Hər iki məzhəbdən (şiə və sünni) ibarət böyük bir camaatın hüzurunda məclis başladı. Qarşı tərəfdən rəsmi olaraq söhbət edən Hafiz Məhəmməd Rəşid idi. Bəzən digərləri də icazə istəyərək, söhbətə qatılırdı. Qəzetlərdə mənim üçün Hindistanda alimlərin önəmli ləqəblərindən olan «Qibleyi-Kəbə» ibarəsindən istifadə olunurdu. Amma mən bu kəlmənin adıma hallandırılmasının qarşısını alaraq, özümə «Dəvətçi», Məhəmməd Rəşidə isə, «Hafiz» adı ilə müraciət edilməsi təklifini irəli sürdüm.

Hafiz: «Qibleyi sahib[2], sizin Pişəvərə gəlişinizdən, xüsusilə də minbərdə dediyiniz sözlərinizdən sonra elmi mübahisə məclisləri artmış və ixtilaflar olduqca çoxalmışdır. İxtilafları aradan aparmaq üzərimizə düşən vəzifə olduğu üçün şübhələri yox etmək məqsədilə Pişəvərə gəldik. Bu gün də “İmambarə” hüseyniyyəsində diqqətlə sözlərinizi dinləyirdik; sizin sehirli bəyanınızı, eşitdiyimizdən daha gözəl gördük. Bu gecə də, sizinlə görüşmək səadətinə nail olduq. Əgər qəbul etsəniz, sizinlə bir az daha geniş və əsaslı söhbət edərdik».

Dəvətçi: «Məmnuniyyətlə sözlərinizi, təkliflərinizi dinləməyə hazırım. Amma bir şərtlə; o da budur ki, lütfən, təəssübkeşlik və ədavəti bir kənara qoyub, insaf, elm və məntiqlə iki qardaş kimi şübhələri aradan aparmaq üçün söhbət edək, inad və qövmü təəssüblərdən uzaq olaq».

Hafiz: «Təklifiniz olduqca yerində deyilən bir təklifdir. Mənim də bir şərtim vardır, çox güman ki, qəbul edərsiniz. O da budur ki, aramızda bəhs etdiyimiz zaman Qurana əsəslanmalı, Quranın dəlillərindən kənara çıxmamalıyıq».

Dəvətçi: «Sizin bu ricanız, ağıl sahibləri və üləmanın yanında elm və əql baxımından doğru deyildir. Çünki Qurani-məcid mucəz[3], mücməl[4] və müxtəsər olan müqəddəs bir kitabdır. Onun uca mənalarını açıqlamaq üçün bəyana ehtiyac vardır. Biz Quranı-məcidin külliyyatı əhatəsində, etibar edilən hədis və rəvayətlərlə istişhad[5] etmək məcburiyyətindəyik».

Hafiz: «Doğrudur, sağlam bir fikirdir. lakin icmaya lazım olan yerdə «mücməun əleyh»[6] rəvayət və hədislərdən şahid gətirək; xalqın arasında söylənilən rəvayətlərdən çəkinək. Başqalarına oyuncaq olmamaq üçün sərtlik və qəzəbdən uzaq olaq».

Dəvətçi: «İtaət edilməsi lazım olan və çox yerində bir söz buyurdunuz. Alim və ziyalı, xüsusi ilə seyidlik[7] iftixarına sahib olan mənim kimi bir şəxsin, bütün gözəl əxlaqlara sahib olan[8] uca cəddimiz Rəsulullahın (s) üslub və sünnəsinə zidd və Qurani-kərimin əmrinin[9] əksinə hərəkət etməsi, əlbəttə ki, doğru deyildir».

Hafiz: «Bu sözümə nöqsan tutmayın, söhbətinizin əsnasında özünüzü Rəsulullahın (s) soyuna istinad etdiyinizə görə soruşuram; bu onsuz da, görünüşünüzdən də məlumdur.

Mümkünsə ricamızı qəbul edib, bəsirətimizin artması üçün nəsil şəcərənizin Peyğəmbərə kimlərin vasitəsilə yetişdiyini açıqlayardınız».

ardı var...

ARDINI BURADAN OXUYUN


[1]              Əhli-hədis istilahında «hafiz» kəlməsi üçün müxtəlif mənalar söylənilmişdir. Məsələn hafiz, mətin sənət baxımından yüz min hədis barəsində yaxşı elmi olan, eləcə, Allahın kitabı Peyğəmbərin (s) sünnəsini qoruyana deyilir. Məhz bu səbəbdən , şiə sünni alimlərinin çoxunahafiz”deyilir.

[2]          Ehtiram, hörmət üçün deyilən bir sözdür. Azərbaycan dilində bu sözün qarşılığı yoxdur. Bu söz təqribən «alicənab» mənasındadır. Bu termin böyük alimlər üçün istifadə edilir.

[3]          Qanuni, qanunauyğun.

[4]          Xülasə, “Bəlağət” elmində az sözlə çoxlu mənanı çatdırmaq.

[5]          «Şahid» sözündəndir, dəlil, sübutgətirməkdeməkdir.

[6]          Doğruluğu haqqında ittifaq edilmiş.

[7]          Peyğəmbərin (s) nəslindən gələnlər.

[8]          Allah-Taala Peyğəmbər (s) haqqında belə buyurur: «Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən {sahibisən}».

[9]          Yenə buyurur: «Rəbibnin yoluna hikmət gözəl öyüdlə dəvət et onlarla ən gözəl bir şəkildə mübarizə et» («Nəhl» surəsi, ayə 125).

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!