LƏYAQƏTLİ QADINLARIN NİŞANƏLƏRİ

:

“Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar.”1
Allah ismətli qadının iki xüsusiyyətinə təkidlə işarə etmişdir:
1) Təvazökarlıq və itaət etmək.
Qadın öz ərinə itaət edərək onun müqabilində təvazökar olmalıdır. Əgər bir qadın əri qarşısında etinasızlıq və saymazlıq göstərərsə, həqiqətdə öz ilahinin ona verdiyi fitri qanunun əksinə hərəkət etmişdir. İslam nəzərincə ləyaqətli qadın odur ki, ərinə itaət etsin və kişi də evdə böyük kimi sayılsın. Amma gərək amansızlıq və zorakılıq deyil, əksinə ailənin idarəsi və məsləhətinə uyğun təbii bir tərzdə böyüklük etsin. Qadının öz ərinin buyuruğunda diqqətli olması ümdə vəzifələrindən biridir.

ƏRİN ARVAD ÜZƏRİNDƏKİ HAQQI
Xatırlamaq lazımdır ki, kişinin paltar yumaq, xörək bişirmək və s. işlər barədə tələbi olmamalıdır. Çünki, belə işlərdə kişinin qadın üzərində heç bir haqqı olmayıb təkcə “şəhvət ehtiyacını təmin etməkdə” tələb etmə haqqı vardır. Kişinin qadına paltar yumaq, yemək hazırlamaq və sair işlərdə əmr etməyə haqqı olmadığına baxmayaraq, qadın öz vəzifəsini bilməlidir. Belə ki, kişinin paltarını təmizləməli, xörək bişirməli və evi rahat yaşayış üçün hazırlamalıdır. Ləyaqətli qadın o qadındır ki, əri evə gəlməmişdən qabaq asayiş və rahatlıq üçün lazım olan şeyləri tədarük görüb hazırlasın. Qadın-kişi münasibəti rəfiqlik, dostluq, səfa-səmimiyyət xarakteri daşıyır. Onların əlaqəsi qanun və vəzifə ilə deyil, eşq-məhəbbət və zövq üzərində qurulmalıdır. Belə də deyil ki, kişinin şəriətə əsasən qadın üzərində hansı haqqı vardısa, qadın təkcə o sahədə söz qəbul etməlidir. Əksinə, ər-arvad bir-birindən müəyyən bir şey tələb edərlərsə hətta tələb olunan o şey şəriət qanunu üzrə onların vəzifəsi olmasa belə, onlar məhəbbət, eşq və səfa-səmimiyyət əsasında bir-birinin tələbini qəbul etməlidirlər.
2) Pak və haramdan uzaq olmaq.
İslamın ləyaqətli qadın üçün qeyd etdiyi ikinci xüsusiyyət “ismət, iffət və paklıqdır”. İstər gizlində, istərsə də aşkarda qadın haram işlərdən uzaq olaraq öz iffətini qorumalı, hər zaman “ismətli və pak” olmalı, ərinin onun yanında olub-olmaması qadının paklığına təsir etməməlidir.
QADININ VƏZİFƏLƏRİ
Ərinin evə gəlişindən qabaq onu qarşılamağa hazırlıq görməsi, üz-üzə gələrkən onunla təbəssümlə salamlaşması və onun yanında oturaraq deyib-gülməsi, şadlıq və xoşhallıq yaratması qadının ümdə vəzifələrindən sayılır.

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Hazırladı: Rəsul Mahmudzadə


1. Təqva–iman əhlinin ən gözəl xüsusiyyətindəndir ki, onlar Allahın ədalətindən qorxub Onun əmrinə qeydsiz-şərtsiz itaət edirlər. “Nisa” surəsi, ayə:34

Tags: SUALLARA CAVAB, AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!