QADINLARIN DƏYƏRİ

:

QƏRB MƏDƏNİYYƏTİNDƏ QADINA ƏN BÖYÜK HÖRMƏTSİZLİKLƏR
Qadın bütün tarix boyu məzlum olmuşdur. Hətta qadın və kişinin hüquq bərabərliyinə inanan mədəniyyətlərdə qadına ən böyük hörmətsizliklər olunmuşdur. Qərb cəmiyyətlərinə hakim olan mədəniyyət və sivilizasiyanın ideoloqları özlərinin maddi baxışları səbəbindən, insan haqda maddi qərizələrdən başqa bir şey anlamırlar. (Qadınlarla görüşdə çıxışdan; 12 mart 1985. İslam Cümhuriyyəti qəzeti)

QADIN DAİM KİŞİNİN TARİXİ VƏ TƏBİİ ZÜLMÜ QARŞISINDA
Çox vaxt, xüsusi yerlərdən başqa qadın tarixdə həmişə məzlum olmuşdur. Bu gün də həmin vəziyyət mövcuddur. Qadın ailədə, iş yerində və cəmiyyətdə hələ də kişi tərəfindən təbii zülmə məruz qalır. (İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989. Əbrar qəzeti)

FİZİKİ ZƏİFLİYİNƏ GÖRƏ KİŞİLƏRİN TARİX BOYU QADINLARA ZÜLM ETMƏSİ
Qadın hüquqları məsələsi təkcə İrana, yaxud İslam Respublikasına məxsus olan bir məsələ deyil. Belə təsəvvür etməyək ki, biz öz cəmiyyətimizlə vuruşmaqdayıq. Xeyr, bu tarixi bu mübarizədir. Yəni aydın dəlilə əsasən, qadınlar tarix boyu kişilərin zülmünə məruz qalmışlar. Aydın dəlil də budur ki, qadın fiziki baxımdan kişidən zəifdir. Bu, aydın məsələdir. Kişinin səsi qadının səsindən yoğun, boyu qadının boyundan uca, sümüyü qadının sümüyündən iridir. Kişinin yaranışının xüsusiyyətləri də hakim və fəal xüsusiyyətlərdir, qadının xüsusiyyətləri yumşaq, təsirlənmə və cəzbolunma xüsusiyyətləridir. (İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997)

QADINLAR ƏLEYHİNƏ TARİXİ ZÜLMLƏR
Bizim iranlı cəmiyyətimizdə qadın nə ictimai hüquq baxımından, nə fərdi fəaliyyət imkanı və qüvvəsi baxımından, nə də onlarla bağlı olan qanunlar baxımından hələ də İslamın istədiyi həddə və səviyyədə deyil. Bizim cəmiyyətimizin bəzi hissəsində qadına qarşı pis əxlaq hakimdir. Əlbəttə, bu təkcə İrana məxsus deyil. Əgər insan baxsa, təəssüflə görər ki, tarix boyu həmişə qadına zülm olunmuşdur. Bu əksər yerlərdə qadının qiymətinin və mövqeyinin bilinməməsindən irəli gəlmişdir. Əlbəttə, hər yerdə və hər hansı bir formada belə olmuşdur və var. Bizə aidiyyəti yoxdur. Lakin bizim cəmiyyətimizdə İslamın istədiyi formada olmalıdır. Qadın özünün həqiqi məqamını əldə etməlidir. Qadın olduğuna görə ona heç bir zülm göstərilməməlidir. Bu çox pis haldır.
Qadına olunan zülmlərin bəziləri zülm adlanır, bəzilərinin isə adı zülm deyil, amma əslində zülmdür; misal üçün, dəbdəbəçiliyə, istehlakçılığa, əbəs bəzəklərə və ağır xərclərə sövq etmək və bir istehlak vasitəsinə çevirmək. Bu, qadına böyük zülmdür, bəlkə də demək olar bundan üstün bir zülm yoxdur. Çünki onu özünün təkamül amallarından və məqsədlərindən bütünlüklə xəbərsiz edir və daşındırır, çox kiçik və dəyərsiz məsələlərlə məşğul edir. Bu, zalım şahlıq rejimi dövründə görülən işdir. İndi onun qarşısı alınmalıdır. Əlbəttə, inqilabın əvvəllərində çox yaxşı idi, lakin sonralar yenə diqqətsizliklər qarşıya çıxdı. Bu məsələ barəsində ciddi proqram hazırlamaq lazımdır. (Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991)

HƏRƏMXANALAR - QADININ TƏHQİR SİMVOLU
İranda da eynilə belə olmuşdur. Sasani şahlarının hərəmxanaları haqda eşitmisiniz. Hərəmxana yaratmaq nə deməkdir? Hərəmxana yaratmaq - yəni qadını təhqir etmək. Bir kişi imkanı çatdığından, hərəmxanasında min qadın saxlamağa özünü haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlayardılar. Bu qadına necə baxışdan xəbər verir? (Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991)

 

Tags: AİLƏ VƏ CƏMİYYƏT, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!