"ƏSHABUL-ƏYKƏ" KİMLƏR İDİ?

:

Qurani kərim bir neçə surədə1 “Əshabi Əykə”dən (əykə camaatından) söz açaraq Allah Təalanın onlara olan nemətlərindən və sonda isə onların küfrləri nəticəsində ağrılı əzaba düçar olmalarından söhbət açır. Beləki ilk öncə belə buyurur:  وَ إِنْ كانَ أَصْحابُ الْأَيْكَةِ لَظالِمِينَ - Və həqiqətən «Əykə»nin əhalisi zalım idi.  فَانْتَقَمْنا مِنْهُمْ – beləliklə biz onlardan intiqam aldıq.2


Əykə sözünün lüğətdə olan mənası bir-birinə sarılmış sıx ağaclar deməkdir. Bəs “Əshabul-Əykə kimdir” sualına gəlincə deyə bilərik ki, Əshabul-Əykə Şüeyb Peyğəmbərin (ə) qövmüdür ki, Hicaz və şam arasında bol-bol su və ağacı olan bir məmləkətdə yaşayırdı. Onlar rifah və firavan həyat sürürdü ki, bu da onların qəflətə düşməsinə səbəb olmuş nəticədə yer üzündə fəsad törədirmişlər. Şüeyb peyğəmbər onlara nəsihət versə də, qövmü onu təkzib edir, öz günahlarında israrlı idilər:

«Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi. O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi (təqvalı olmursunuzmu)?!». «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm». «Odur ki, Allahdan qorxun və mənə itaət edin».    Şüeyb (ə) onları bu işlərindən çəkindirərək haqq yola dəvət etsə də, onlar haqqın müqabilində təkəbbürlük edərək təslim olmurdu. Sonda ağrılı bir əzaba düçar oldular. Əzabları bundan ibarət idi ki, bir neçə gün şiddətli isti onları ağuşuna aldı və bundan sonra çox böyük bir bulud səmada göründü. Bunu görən Əykə sakinləri o buludun kölgəsinə sığınmağa tələssələr də əslində ölümlərinə tələsirdi. Elə ki, hamı buludun kölgəsinə toplaşdı elə bu an böyük bir şimşək çaxaraq o günahkarları məhv etdi. Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi (Şuəra surəsi, 189-cu ayə).  Qurani Kərim bu günahkarları “Əshabi Əykə” (çoxlu ağacları olan məmləkətin sakinləri) adlandırmasında məqsədi ola bilsin Allahın onlara olan nemətini xatırlatmaqdan irəli gəlsin. Yəni Allah bunu bildirmək istəyir ki, biz onlara çoxlu nemət bəxş etməyimizə baxmayaraq onlar bu nemətlərə şükr etməkdənsə küfr edərək, zülm və sitəmin binasını ucaltdı nəticədə də, şimşək onları və ağaclarını məhv etdi.

Qeyd: Yazının hazırlanmasında "Nümunə" təfsirindən istifadə olunub. Yazını hazırladı Rizvan.net

________________________________________________________________________________________________________________

Hicr sursəsi, 78-ci ayə, Şüəra surəsi, 176, Sad surəsi, 13 və s. ayələrə müraciət edə bilərsiz

2 Hicr sursəsi, 78-79 cu ayələr

 

Tags: QURAN, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!