CƏNNƏTİN NEÇƏ QAPISI VARDIR?

:

CAVAB
Ayə və hədislərdən məlum olur ki, cənnət müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, heç də bir qapıdan daxil olmağın çətinliyi deyildir. Bu qapılar hər hansı tayfa və təbəqə üçün də nəzərdə tutulmamışdır. Bir çox saraylarda qapıların çoxluğunda məqsəd tamam başqadır.

Rəvayətlərdə nəql olunur ki, behiştin müxtəlif adlı qapıları vardır. Bu qapılardan biri “mücahidlər qapısıdır.” Bu qapıdan din yolunda vuruşmuş mücahidlərin behiştdə daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.
İmam Sadiq (ə) buyurur: “Behiştin səkkiz qapısı vardır və onlardan hər biri eni qırx illik yol uzunluqdadır.” Hədisdən aydın olur ki, behişt qapısı bizim düşündüyümüz qapı anlamında deyildir.
“Hicr” surəsinin 44-cü ayəsində cəhənnəmin yeddi qapıya malik olması bilindirməklə, səadətə daha çox yol olduğuna işarə vurulur.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!