IMAM MƏHDI (əc) və ZÜHUR HAQQINDA

:

Üçüncü dünya müharibəsi ehtimalı Həzrət Məhdinin (ə) zühuru ilə bir araya sığırmı?

İzah: Bir müddətdir ki, dünyada üçüncü dünya müharibəsi haqqında söhbətlər gedir. Deyirlər ki, əgər yer üzündə nüvə müharibəsi baş versə, dünyadakı bütün canlı aləm məhv olub gedəcək. Şərq və qərb dövlət başçılarının da çıxışlarında da bu məsələyə toxunulur.

Belə bir sual yaranır ki, varlıq aləminə qadir və qəhhar Allah hakim olduğu halda, bir neçə imansız hoqqabaz dünyanın külünü göyə sovura bilərmi? Dünyanın nüvə müharibəsi ilə məhv olması fikri müsəlmanların, xüsusi ilə də, Həzrətin zühurunu gözləyən şiələrin əqidəsi ilə uyuşurmu? Üçüncü dünya müharibəsinin fikri əsrin imamının zühuru ilə zidd deyilmi?

CAVAB

Qeyd edək ki, yer üzündə nüvə müharibəsinin başlaması fikri ehtimallar üzərində qurulmuşdur. Dünyada baş verən siyasi hadisələr heç bir dəqiq proqrama, qanuna əsaslanmadığından gələcəkdə nə baş verəcəyini demək çətindir. Bir şey aydındır ki, hazırkı şəraitdə üçüncü dünya müharibəsi gözlənilir. Bəli, bu müharibə nüvə müharibəsi də ola bilər. Amma kimsə deyə bilməz ki, üçüncü dünya müharibəsi labüddür. Eləcə də, bu müharibənin nüvə müharibəsi olacağı bir ehtimaldır. Allah-taala dünya ölkələri başçılarına daha artıq ağıl payı verəcəyi təqdirdə, onlar nüvə müharibəsinin aqibətini daha yaxşı dərk edə bilərlər. Bəli, yer üzünü üçüncü dünya müharibəsindən yalnız və yalnız dünya ölkələri başçılarının düşüncəsi xilas edə bilər. Ən azı bu müharibədə nüvə silahından istifadə olunmaz.

Demək, üçüncü dünya müharibəsi ehtimalı müsəlmanların, eləcə də dünyada ədaləti bərpa edəcək imamın zühuruna inanan şiələrin əqidəsi ilə zidd deyil. Müharibə haqqındakı proqnozlar yalnız ehtimallar üzərində qurulmuşdur və hansısa qanunauyğunluğa əsaslanmır. Müharibə ehtimalı bu gün mövcud olan şəraitdən yaranmışdır. Biz əlbəttə qeyd etmişdik ki, bəşəriyyətin bugünkü narahatçılığı və pərişanlığı onu ilahi hökumətin qəbuluna da hazırlaya bilər. Bir gün zülm-sitəmə düşmüş bəşəriyyət vəziyyətdən çıxa bilmədiyini dərk etsə ilahi hökuməti qəbul etməyə məcbur olacaqdır. Əgər biz də nə vaxtsa üçüncü dünya müharibəsinin baş verəcəyini ehtimal etmişiksə, məqsəd bu olub ki, əgər bəşəriyyət materialist düşüncələrdən çəkinməsə, onu belə bir aqibət gözləyir. Bəli, bəşəriyyət bu gün tutduğu yolu dəyişməyə məcburdur.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr

Müәllif: Аyәtullаh Mәkаrim ŞirаziАyәtullаh Cәfәr Sübhаni

Tәrcümә еdәn:А. Turаn

 

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!