İMAM MƏHDİ (əc) KİMDİR?

:

XÜLASƏ

İmam Məhdi (əc), şiələrin on birinci imamı Həzrət İmam Həsən Əskərinin (ə) yeganə övladıdır. O, İraqın Samirra şəhərində dünyaya göz açmış beş ilə qədər əziz atasının və iffətli anası Həzrət Nəcmə xanımla birgə yaşamışdır.

Bundan sonra əziz atası zəmanəsinin zalım padşahının əli ilə şəhadətə yetir.– Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) uşaqlıq dövründə peyğəmbərliyə çatdığı kimi - İmam Məhdi (əc) də beş yaşında imamət vəzifəsini öz öhdəsinə götürür. O Həzrətin qeybəti dövrü bitdikdən sonra zühur edib, ədalətli hökümətini qurub İslam hakimiyyəti ilə ilahi hökmləri yer üzərində icra edəcək.

İSLAM GÜNƏŞİNİN DÜNYAYA GƏLİŞİ
Qəsbkar Abbasilərin hökümət agentlərinin İmam Həsən Əskərinin (ə) evini güdmək üçün fövqəlada məmuriyyətinə baxmayaraq şiələrin sonuncu imamı həzrət Məhdi (əc) şaban ayının on beşində hicri qəməri təqvimi ilə 255-ci ilində dünyaya göz açdı. O həzrətin məxfi şəkildə dünyaya gəlişi, oxşarlıqda heç də həzrət Musa (ə) və həzrət İbrahimin (ə) dünyaya gəlişindən geridə qalmır. Çünki necə ki, bu iki əzəmətli ilahi peyğəmbər Firon və Nəmrudun olduqca ciddi nəzarəti altında dünyaya göz açaraq onların sarayının kənarında böyüyüb başa çatıb, eləcə də həzrət Məhdi (əc) Abbasi xəlifəsinin agentlərinin gizli nəzarəti altında on birinci imam həzrət İmam Əskərinin (ə) evində dünyaya göz açdı. Hansı ki, onların ciddi nəzarətinə baxmayaraq o həzrət olduqca təhlükəsiz və onlardan xəbərsiz olaraq şaban ayının on beşi cümə gününün sübh çağında dünyaya mübarək qədəmlərini qoydu.

İMAM MƏHDİ(əc)NİN SİMASI
Həzrət Peyğəmbərimiz (s) və pak imamlarımız hər bir İmam Məhdinin (əc) sifətləri haqqında söz demiş və ona işarə etmişlər. Həzrət İmam Rza əleyhissalam o həzrətin simasını, əxlaqi xüsusiyyətlərini və fəzilətlərini vəsf edərkən buyurub: “Muhəmməd ailəsinin Qaimi (əc) onun gözəl üzünü nur haləsi əhadə edibdir. Mötədil rəftarı və şən siması var. Cismi baxımdan ən çox Peyğəmbərə (s) oxşayır. Özünəməxsus nişanəsi isə budur ki, uzun ömrlü olmasına baxmayaraq cavan siması vardır. Kim onu görsə qırx yaşı insana bənzədəcək. Başqa ninşanlərindən biri də budur ki, dünyadan köçənə qədər uzun zaman keçməsinə baxmayaraq qocalıq əlaməti onun simasında görünməyəcək”.

ALLAHIN HÖCCƏTİ
Bir gün Osman ibn Səid, şiə böyüklərindən təqribən qırx nəfərlə birlikdə İmam Əskərinin (ə) yanına gələrək gələcəkdə imamət haqqında ixtilafa düşməmək üçün o həzrətdən sonrakı canişini haqda soruşdular. Hədisi söyləyən deyir: Osman ibn Səid həzrət İmam Əskəriyə - sizinlə bir mühüm mövzu haqqında danışmağa gəlmişik hansı ki, siz o mövzudan daha agahsınız - deyəndə, İmam Əskəri (ə) buyurdu: Osman əyləşin. Bir müddət keçdikdən İmam (ə) buyurdu:  nə səbəbə görə gəlmənizi deyimmi? Hamı dedi: Ey Peyğəmbər (s) övladı buyurun, bəli. Sonra həzrət buyurdu: gəlmisiniz ki, məndən sonrakı İmam və Allahın höccəti haqqında soruşasınız. Dedilər: bəli. Bu an üzü ay kimi parlayan və hər cəhətdən İmam Əskəriyə (ə) oxşayan bir oğlan içəri daxil oldu. Həzrət buyurdu: məndən sonra sizin rəhbəriniz və mənim canişinim bu övladımdır. Muğayat olun məndən sonra dininizdə iğtişaşa düşməyəsiniz...

HƏYAT DÖVRÜ
İmam Zamanın (əc) həyat dövrü dörd qismə bülünür:
1. Təvəllüdündən qeybət dövrünə qədər: həzrət Məhdi (əc) təvəllüdündən sonra təqribən beş əziz atası həzrət İmam Əskərinin (ə) nəzarəti altında məxfi şəkildə yaşadı. İmam Əskərinin (ə) bu dövrlərdə atdığı ən mühüm addımlardan biri də gələcəkdə ixtilafa düşməsinlər deyə İmam Məhdini (əc) şiə böyüklərinə tanıtdırmağı idi.
2. Kiçik qeybət dövrü: Həzrət İmam Əskərinin (ə) şəhadətindən sonra hicrətin 260-cı ili kiçik qeybət dövrü başladı və bu 329-cu ilə qədər davam etdi. Bu dövrdə həzrət İmam Məhdi (əc) dörd naibi vasitəsilə camaatın işlərinə yetişərdi.
3. Böyük qeybət dövrü: Bu dövr 329-cu ildən başladı və Allahın məsləhət bildiyi zamana qədər davam edəcək. Bu dövr ərzində camaatın suallarına və ilahi hökmlərə cavab o həzrətin naibləri öhdəsindədir. Baxmayaraq bu dövr üçün o həzrətin xüsusi naibləri tanıdılmamışdır lakin öz nəfsini islah etmiş və elmli alimlər o həzrətin naibidir.
4. Hakimiyyət dövrü: Zühurdan sonra İmam Zaman (əc) İslam hökmlərinə əsasən vahid dünya hakimiyyəti təşkil edərək onun sayəsində bütün dünyanı ədalətlə dolduracaq, inşallah.

Mənbə: hawzah.net

Rizvan.net saytı üçün tərcümə etdi: R.Mahmudzadə

 

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!