UZUN-UZADI, ƏLÇATMAZ ARZULAR BİZƏ NƏ VERİR?

:

CAVAB

Ümid və arzu insan fəaliyyətinin əsas amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum olsa, yaşayış nizamı pozular. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ümid, mənim ümmətimin mərhəmət mayasıdır.

Əgər ümid nuru sönsəydi, heç bir ana övladına süd verməz və heç bir bağban fidan əkməzdi.” (Ali-İmran surəsi, ayə: 159) 

Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi aşıb ifrata vararsa, uzun-uzadı, əlçatmaz arzulara çevrilər. Ayədə buyurulur: “Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər.” (Hicr surəsi, ayə: 3) Ayədə zikr edilən arzu-ümid həmin məhvedici uzun-uzadı arzulardır. Bütün həyatı boyu hücumlara hədəf olan insan yalnız ayıq-sayıq olarsa, qoruna bilər. Uzun-uzadı arzular isə insanın başını qatıb, onu yuxuya verir.

Həzrət Əli (ə) buyurur: “Camaat! Sizin üçün çox təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət və uzun-uzadı arzular. Nəfs istəkləri sizi həqiqətdən uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan çıxarar.”

Ətrafa diqqətlə nəzər ,lıqlara çevrildiklərinin şahid olarıq. “Kumeyl” duasında oxuyuruq: “Uzun-uzadı arzular məni gerçək, faydalardan məhrum etdi.” El arasında gözəl bir deyim də var: “Çox istəyən, azdan da olar.”

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!